Məhkəmə qərarları › İş №e-2(009)-943/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-943/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-943/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.07.2019-cu il tarixli müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Samsung LED TV üçün 830 (səkkiz yüz otuz) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat cərimə, 21.02.2020-ci il müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 1144 manat (min yüz qırx dörd) borc və 31.44 manat (otuz bir manat qırx dörd qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "ABC Telecom” MMC 20.07.2019cu il və 21.02.2020-ci il tarixli müqavilələrinə əsasən, Samsung LED TV, İMEİ kodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 1144 (min yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdehin 20.07.2019-cu il tarixli müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, 21.02.2020-ci il müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 20.07.2019-cu il tarixli müqaviləsinə 01.03.2021-ci il 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 978 (doqquz yüz yetmiş səkkiz) manat (19 ay x 48.9 manat + 48.9 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 913 (doqquz yüz on üç) manat olmaqla ondan 830 (səkkiz yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83 (səksən üç) manat cərimə, 21.02.2020-ci il müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 268.8 (iki yüz altmış səkkiz manat səksən qəpik) manat (15 ay x 16.8 manat + 16.8 manat ilkin ödəniş) olan İMEİ lodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 231 (iki yüz otuz bir) manat olmaqla ondan 210 (iki yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 206.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 20.07.2019-cu il tarixli müqaviləsinə 01 saylı əlavə olan 01.03.2021-ci il və 21.02.2020-ci il tarixli müqaviləsinə 01 saylı əlavə olan 01.03.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyalarin təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi 01.03.2022-ci il tarixli xəbərdarlıq nəktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər övbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Hakim iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh "ABC Telecom” MMC arasında bağlanmış 20.07.2019-cu il və 21.02.2020-ci il tarixli müqavilələrinə əsasən, Samsung LED TV, İMEİ kodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon, aksessuar almışdır. İş materiallarında olan 31.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 20.07.2019-cu il tarixli müqaviləsinə 01.03.2021-ci il 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 978 (doqquz yüz yetmiş səkkiz) manat (19 ay x 48.9 manat + 48.9 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 913 (doqquz yüz on üç) manat olmaqla ondan 830 (səkkiz yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83 (səksən üç) manat cərimə, 21.02.2020ci il müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 268.8 (iki yüz altmış səkkiz manat səksən qəpik) manat (15 ay x 16.8 manat + 16.8 manat ilkin ödəniş) olan İMEİ lodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 231 (iki yüz otuz bir) manat olmaqla ondan 210 (iki yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 (iyirmi bir) manat cərimə borcu təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 31.44 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün 20.07.2019-cu il tarixli müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Samsung LED TV üçün 830 (səkkiz yüz otuz) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat cərimə, 21.02.2020-ci il müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 1144 manat (min yüz qırx dörd) borc və 31.44 manat (otuz bir manat qırx dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.07.2019-cu il tarixli müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, Samsung LED TV üçün 830 (səkkiz yüz otuz) manat ödənilməmiş hissə, 83 (səksən üç) manat cərimə, 21.02.2020-ci il müqaviləsinə 01.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********06051 kodu Xiaomi Redmi 8A markalı telefon üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, ümumilikdə 1144 manat (min yüz qırx dörd) borc və 31.44 manat (otuz bir manat qırx dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar