Məhkəmə qərarları › İş №e-2(009)-954/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-954/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-954/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon üçün 1876.70 (min səkkiz yüz yetmiş altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə 187.67 (yüz səksən yeddi manat, 67 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon üçün 1876.70 (min səkkiz yüz yetmiş altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 187.67 (yüz səksən yeddi manat, 67 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon üçün 1799.50 (min yeddi yüz doxsan doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 179.95 (yüz yetmiş doqquz manat, 95 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİ üçün 61.30 (altmış bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 6.13 (altı manat, 13 qəpik) manat dəbbə, ümumilikdə 6222.82 manat borc, 82.23 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon, İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon, SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİ almış və nəticədə 6222.82 (altı min iki yüz iyirmi iki manat, 82 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3778.06 (üç min yeddi yüz yetmiş səkkiz manat, 06 qəpik) manat (18 ay x 200.17 manat + 175 manat ilkin ödəniş) olan PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 2087.97 (iki min səksən yeddi manat, 97 qəpik) manat olmaqla ondan, 1876.70 (min səkiz yüz yetmiş altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 187.67 (yüz səksən yeddi manat, 67 qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3778.06 (üç min yeddi yüz yetmiş səkkiz manat, 06 qəpik) manat (18 ay x 200.17 manat + 175 manat ilkin ödəniş) olan PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 2087.97 (iki min səksən yeddi manat, 97 qəpik) manat olmaqla ondan, 1876.70 (min səkiz yüz yetmiş altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 187.67 (yüz səksən yeddi manat, 67 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2850 (iki min səkkiz yüz əlli) manat (12 ay x 225 manat + 150 manat ilkin ödəniş) olan İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 1979.45 (min doqquz yüz yetmiş doqquz manat, 45 qəpik) manat olmaqla ondan, 1799.50 (min yeddi yüz doxsan doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 179.95 (yüz yetmiş doqquz manat, 95 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 130.89 (yüz otuz manat, 89 qəpik) manat (6 ay x 20.58 manat + 7.41 manat ilkin ödəniş) olan SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİ üçün ümumilikdə, 67.43 (altmış yeddi manat, 43qəpik qəpik) manat olmaqla ondan, 61.30 (altmış bir manat, 30qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.13 (altı manat, 13 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3021.45 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13041642 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefonu alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 377.80 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş 13041643 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefonu alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 377.80 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş 16656156 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefonu alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 285 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş 14272468 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 6 ay müddətinə SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİnı alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 13.09 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış mobil telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 AZN, ümumilikdə 47.20 AZN pul ödənilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon, İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon, SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİ almış və nəticədə 6222.82 (altı min iki yüz iyirmi iki manat, 82 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3778.06 (üç min yeddi yüz yetmiş səkkiz manat, 06 qəpik) manat (18 ay x 200.17 manat + 175 manat ilkin ödəniş) olan PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 2087.97 (iki min səksən yeddi manat, 97 qəpik) manat olmaqla ondan, 1876.70 (min səkiz yüz yetmiş altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 187.67 (yüz səksən yeddi manat, 67 qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3778.06 (üç min yeddi yüz yetmiş səkkiz manat, 06 qəpik) manat (18 ay x 200.17 manat + 175 manat ilkin ödəniş) olan PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 2087.97 (iki min səksən yeddi manat, 97 qəpik) manat olmaqla ondan, 1876.70 (min səkiz yüz yetmiş altı manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 187.67 (yüz səksən yeddi manat, 67 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2850 (iki min səkkiz yüz əlli) manat (12 ay x 225 manat + 150 manat ilkin ödəniş) olan İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon üçün ümumilikdə, 1979.45 (min doqquz yüz yetmiş doqquz manat, 45 qəpik) manat olmaqla ondan, 1799.50 (min yeddi yüz doxsan doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 179.95 (yüz yetmiş doqquz manat, 95 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 130.89 (yüz otuz manat, 89 qəpik) manat (6 ay x 20.58 manat + 7.41 manat ilkin ödəniş) olan SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİ üçün ümumilikdə, 67.43 (altmış yeddi manat, 43qəpik qəpik) manat olmaqla ondan, 61.30 (altmış bir manat, 30qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.13 (altı manat, 13 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilələr üzrə PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon üçün 1876.70 manat, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon üçün 1876.70 manat, İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon üçün 1799.50 manat və SCHAFER SOURTİE EMAYE ÇAYDANLİK TAKİMİ3, SCHAFER SPLİT Y.Y.ÇAYDANLİK TAKİMİ üçün 61.30 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə 187.67, 187.67, 179.95 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İMEİ KODU **********43168 İPHONE 15 PRO markalı telefon üçün 1876.70 manat, PLYONKA İSTEHSALİ 2 ədəd, PAKET XXL xidməti, İmei kod **********49031 İPHONE 15 PRO markalı telefon üçün 1876.70 manat, İMEİ KODU **********34819 İPHONE 15 PRO markalı telefon üçün 1799.50 manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 187.67 manat dəbbə pulunun azaldılaraq 30 manat, 187.67 manat dəbbə pulunun azaldılaraq 30 manat və 179.95 manat dəbbə pulunun azaldılaraq 20 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 96.61 (doxsan altı manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun 77,48 (yetmiş yeddi manat qırx səkkiz qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1876,70 (bir min səkkiz yüz yetmiş altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1876,70 (bir min səkkiz yüz yetmiş altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1799,50 (bir min yeddi yüz doxsan doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 61,30 (altmış bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 6,13 (altı manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5747,53 (beş min yeddi yüz qırx yeddi manat əlli üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 77,48 (yetmiş yeddi manat qırx səkkiz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1876,70 (bir min səkkiz yüz yetmiş altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1876,70 (bir min səkkiz yüz yetmiş altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1799,50 (bir min yeddi yüz doxsan doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 61,30 (altmış bir manat otuz qəpik) manat ödənilməmiş hissə, 6,13 (altı manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5747,53 (beş min yeddi yüz qırx yeddi manat əlli üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 77,48 (yetmiş yeddi manat qırx səkkiz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar