Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-959/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmeı kodu **********87242 Samsung Galaxy markalı telefon üçün 2012 (iki min on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 201.20 (iki yüz bir manat iyirmi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple watch 9 45mm Mıdnıght W/Midnight sport band qol saatın 1276.50 (bir min iki yüz yetmiş altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 127.65 (yüz iyirmi yeddi manat altmış beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İme kodu **********42251 Samsung Galaxy A35 5G markalı telefon üçün 749.60 (yeddi yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6.(iyirmi üç manat altmış qəpik) manat rüsum, 74.96 (yetmiş dörd manat doxsan altı qəpik) manat cərimə, ümumilikdə 4489.11 (dörd min dörd yüz səksən doqquz manat on bir qəpik) manat borc, 64,90 (altmış dörd manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01,08.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********87242 Samsung Galaxy S24 markalı telefon, Apple watch 9 45mm Mıdnıght W/X2 qol saatı, İmei kodu **********42251 Samsung Galaxy A35 5G markalı telefon almış nəticədə 4489.1 (dörd nin dörd yüz səksən doqquz manat, 11 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01,08.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2100 (iki min yüz) manat (12 ay x 175 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********87242 Samsung Galaxy S24 markalı telefon üçün ümumilikdə, 2236.80 (iki min iki yüz otuz altı manat, 80 qəpik) manat olmaqla ondan, 2012 (iki min on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumu, müştəriyə güzəşt olunaraq 201.20 (iki yüz bir manat, 20 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1436.04 (min dörd yüz otuz altı manat, 04 qəpik) manat (18 ay x 79.78 manat + 0 manat ilkin ödəniş) olan Apple watch 9 45mm Mıdnıght W/X2 qol saatı ümumilikdə, 1404.15 (nin dörd yüz dörd manat, 15 qəpik) manat olmaqla ondan, 1276.50 (min iki yüz yetmiş altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127.65 (yüz iyirmi yeddi manat, 65 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (12 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********42251 Samsung Galaxy A35 5G markalı telefon üçün ümumilikdə, 848.2 (səkkiz yüz qırx səkkiz manat, 20 qəpik) manat olmaqla ondan, 749.60 (yeddi yüz qırx doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyimi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 74.96 (yetmiş dörd manat, 96 qəpik) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 397.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01,08.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********87242 Samsung Galaxy S24 markalı telefon, Apple watch 9 45mm Mıdnıght W/X2 qol saatı, İmei kodu **********42251 Samsung Galaxy A35 5G markalı telefon almış nəticədə 4489.1 (dörd nin dörd yüz səksən doqquz manat, 11 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01,08.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2100 (iki min yüz) manat (12 ay x 175 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********87242 Samsung Galaxy S24 markalı telefon üçün ümumilikdə, 2236.80 (iki min iki yüz otuz altı manat, 80 qəpik) manat olmaqla ondan, 2012 (iki min on iki) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumu, müştəriyə güzəşt olunaraq 201.20 (iki yüz bir manat, 20 qəpik) manat cərimə. xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1436.04 (min dörd yüz otuz altı manat, 04 qəpik) manat (18 ay x 79.78 manat + 0 manat ilkin ödəniş) olan Apple watch 9 45mm Mıdnıght W/X2 qol saatı ümumilikdə, 1404.15 (nin dörd yüz dörd manat, 15 qəpik) manat olmaqla ondan, 1276.50 (min iki yüz yetmiş altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127.65 (yüz iyirmi yeddi manat, 65 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (12 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********42251 Samsung Galaxy A35 5G markalı telefon üçün ümumilikdə, 848.2 (səkkiz yüz qırx səkkiz manat, 20 qəpik) manat olmaqla ondan, 749.60 (yeddi yüz qırx doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyimi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 74.96 (yetmiş dörd manat, 96 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü tarixli müqavilələrə əsasən 2012 manat, 1276.50 manat və 749.60 manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə müqavilələr üzrə iddia tələbinin 201.20 manat, 127.65 manat və 74.96 manat cərimə borclarının tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2012 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 201.20 manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1276.50 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 127.65 manat dəbbə pulunun azaldılaraq 30 (otuz) manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 749.60 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, 74.96 manat dəbbə pulunun azaldılaraq 10 (on) manat, məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2012 (iki min on iki) manat ödənilməmiş hissə, X1 ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 50 (əlli) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1276.50 (bir min iki yüz yetmiş altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 749.60 (yeddi yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, X1 ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 10 (on) manat cərimə borcu, cəmi 4175,30 (dörd min bir yüz yetmiş beş manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 61,75 (altmış bir manat yetmiş beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2012 (iki min on iki) manat ödənilməmiş hissə, X1 ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 50 (əlli) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1276,50 (bir min iki yüz yetmiş altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 749,60 (yeddi yüz qırx doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, X1 ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 10 (on) manat cərimə borcu, cəmi 4175,30 (dörd min bir yüz yetmiş beş manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 61,75 (altmış bir manat yetmiş beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-959/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-959/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver