Məhkəmə qərarları › İş №e-2(009)-964/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-964/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-964/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT+3 il xidməti üçün, 1521 (min beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 152.1 (yüz əlli iki manat on qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOVERBOARD ZİGZAG K8, ZƏMANƏT +3 il xidməti üçün 312.9 (üç yüz on iki manat doxsan qəpik) manat, 31.29 (otuz bir manat iyirmi doqquz qəpik) manat cərimə, ümumilikdə, 2017.29 (iki min on yeddi manat iyirmi doqquz qəpik) manat borc və 40.18 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə «ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT +3 il xidməti, HOVERBOARD ZİGZAG K8, ZƏMANƏT+3 il xidməti almış və nəticədə 2017.29 (iki min on yeddi manat, iyirmi doqquz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3275.96 (üç min iki yüz yetmiş beş manat doxsan altı qəpik) manat (6 ay x 512.66 manat + 200 manat ilkin ödəniş) olan LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT+3il xidməti üçün ümumilikdə 1673.1 (min altı yüz yetmiş üç manat on qəpik) manat olmaqla ondan, 1521 (min beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 152.1 (yüz əlli iki manat on qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 386.82 (üç yüz səksən altı manat, səksən iki qəpik) manat (18 ay x 21.49 manat + 0 manat ilkin ödəniş) olanHOVERBOARD ZİGZAG K8, ZƏMANƏT+3 il xidmət üçün ümumilikdə, 344.19 (üç yüz qırx dörd manat on doqquz qəpik) manat olmaqla ondan, 312.9 (üç yüz on iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.29 (otuz bir manat iyirmi doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1828.88 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması üçün üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-964/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, eləcə də işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT +3 il xidməti, HOVERBOARD ZİGZAG K8, ZƏMANƏT+3 il xidməti almışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 334.4 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cüil tarixli müqavilə üzrə ümumilikdə, 2017.29 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdehlə «ABC TELECOM)) MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT +3 il xidməti, HOVERBOARD ZİGZAG K8, ZƏMANƏT+3 il xidməti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiymət xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT+3 il xidməti üçün, 1521 (min beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 152.1 (yüz əlli iki manat on qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOVERBOARD ZİGZAG K8, ZƏMANƏT +3 il xidməti üçün 312.9 (üç yüz on iki manat doxsan qəpik) manat, 31.29 (otuz bir manat iyirmi doqquz qəpik) manat cərimə, ümumilikdə 2017.29 (iki min on yeddi manat iyirmi doqquz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT +3 il xidməti, HOVERBOARD ZİGZAG K8, ZƏMANƏT+3 il xidməti üzrə əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “152.1 (bir yüz əlli iki manat 10 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn LG OLED55CS6LA TELEVİZOR, ZƏMANƏT +3 il xidməti üçün 1521 (bir min beş yüz iyirmi bir) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 152.1 (bir yüz əlli iki manat on qəpiu) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 40.18 (qırx manat on səkkiz qəpik) manat dövlət rüsumunun 39.16 (otuz doqquz manat on altı qəpiki) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 1.16 (bir manat on altı qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1521 (bir min beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 312.90 (üç yüz on iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 31.29 (otuz bir manat, iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1915.19 (bir min doqquz yüz on beş manat on doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 39.16 (otuz doqquz manat on altı qəpik) manat hissəsi cavabdeh X1 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1521 (bir min beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 312.90 (üç yüz on iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 31.29 (otuz bir manat, iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1915.19 (bir min doqquz yüz on beş manat on doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 39.16 (otuz doqquz manat on altı qəpik) manat hissəsi X1 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar