Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-973/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********61229 SAMSUNG GALAXY S23+markalı telefon, SAMSUNG CHRGER. QAZAN DƏ THERMOAD GASTRO 7 PARÇA QİZİL ZƏMANƏT ULTRA 2 il xilməti, 447.2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 44.72 (qırz dörd manat, 72 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 74.8 (yetmiş dörd manat səksən qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG kondisioner üçün, 2274.2 (iki min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 227.42 (iki yüz iyirmi yeddi manat qırx iki qəpik) manat cərimə;, ümumilikdə, 3839.94 (üç min səkkiz yüz otuz doqquz manat doxsan dörd qəpik) manat borc və 58.40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə «ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********61229 SAMSUNG GALAXY S23+ markalı telefon, SAMSUNG CHARGER, QAZAN DƏ THERMOAD GASTRO 7 PARÇA QİZİL ZƏMANƏT ULTRA 2 il xilməti, SAMSUNG televizor, LG kondisioner və nəticədə 3839.94 (üç min səkkiz yüz otuz doqquz manat doxsan dörd qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3588.12 (üç min beş yüz səksən səkkiz manat on iki qəpik) manat (18 ay x 199.34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********61229 SAMSUNG GALAXY S23+ MARKALİ TELEFON, SAMSUNG CHARGER,QAZAN DƏSTİ THERMOAD GASTRO 7 PARÇA ZƏMANƏT ULTRA 2 il xidməti üçün ümumilikdə, 515.52 (beş yüz on beş manat əlli iki qəpik) manat olmaqla ondan, 447.2 (dörd yüz qırx yeddi manat 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, m üştəriyə güzəşt olunaraq 44.72 (qırx dörd manat yetmiş iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1590 (bir min beş yüz doxsan) manat (6 ay x 250 manat + 90 manat ilkin ödəniş) olan SAMSUNG televizor üçün ümumilikdə, 822.80 (səkkiz yüz iyirmi iki manat səksən qəpik) manat olmaqla ondan 748 (yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74.8 (yetmiş dörd manat səksən qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2964.06 (iki min doqquz yüz altmış dörd manat altı qəpik) manat (18 ay x 142.17 manat + 405 manat ilkin ödəniş) olan LG kondisioner üçün ümumilikdə, 2501.62 (iki min beş yüz bir manat altmış iki qəpik) manat olmaqla ondan 2274.2 (iki min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 227.42 (iki yüz iyirmi yeddi manat qırx iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4672,78 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması üçün üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-973/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, eləcə də işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********61229 SAMSUNG GALAXY S23+ markalı telefon, SAMSUNG CHARGER, QAZAN DƏ THERMOAD GASTRO 7 PARÇA QİZİL ZƏMANƏT ULTRA 2 il xilməti, SAMSUNG televizor, LG kondisioner almışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü və xx.xx.2024-cüil tarixli müqavilə üzrə ümumilikdə, 3839.94 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdehlə «ABC TELECOM” MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə cavabdeh öhdəliklərini icra etmədiyi üçün ümumilikdə 3839.94 (üç min səkkiz yüz otuz doqquz manat doxsan dörd qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə İMEİ KOD **********61229 SAMSUNG GALAXY S23+ markalı telefon, SAMSUNG CHARGER, QAZAN DƏ THERMOAD GASTRO 7 PARÇA QİZİL ZƏMANƏT ULTRA 2 il xilməti, SAMSUNG televizor, LG kondisioner üzrə əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin müqavilələr üzrə “cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn İMEİ KOD **********61229 SAMSUNG GALAXY S23+markalı telefon, SAMSUNG CHRGER. QAZAN DƏ THERMOAD GASTRO 7 PARÇA QİZİL ZƏMANƏT ULTRA 2 il xilməti, 447.2 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 44.72 (qırx dörd manat yetmiş iki qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. SAMSUNG televizor üçün 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 74.8 (yetmiş dörd manat səksən qəpik) manat dəbbə pulunun azaldılaraq 40 (qırx) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. LG kondisioner üçün 2274.2 (iki min iyi yüz yetmi ş dörd manat iyirmi qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 227.42 (iki yüz iyirmi yeddi manat qırz iki qəpik) manat dəbbə pulunun azaldılaraq 60 (altmış) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447.20 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzində ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 20 (iyirmii) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 748 (yeddi yüz qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2274.20 (iki min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 3613 (üç min altı yüz on üç) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 56.13 (əlli altı manat on üç qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 447.20 (dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzində ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 20 (iyirmi) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 748 (yeddi yüz qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2274.20 (iki min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 3613 (üç min altı yüz on üç) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 56.13 (əlli altı manat on üç qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-973/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-973/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver