Məhkəmə qərarları › İş №e-2(009)-988/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-988/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-988/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı6 və qeyrilərinin Cavabdeh MTK-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6 və qeyriləri Cavabdeh MMC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 ilə ayrıayrılıqda Cavabdeh MTK arasında çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Belə ki, İddiaçı6 ilə Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 1/52 saylı müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının, 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m.-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2400,70 manat müəyyən edilmiş və müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399.000 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı6 xx.xx.2020-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə 399.000 manat tam ödəniş etmiş və İddiaçı6 Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı7 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2018-ci il tarixli, 1/028 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428,274 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı7 xx.xx.2020-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı4 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2018-ci il tarixli, 5/008 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 24 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı4 xx.xx.2019-cu il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı2 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2022-ci il tarixli, 98 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2206,90 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320.000 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 5 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı2 xx.xx.2022-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı5 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2017-ci il tarixli, 2/027 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 1950 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344.623,50 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı5 xx.xx.2017-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı3 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2021-ci il tarixli, 5/H9h1 saylı müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1 və 2.3-cü maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 2273,29 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400,099 manat təşkil etmişdir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən “Satıcı”nın aşağıda göstərilən tikintiquraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini bağlandığı gündən 30 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı3 xx.xx.2021-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. İddiaçı1 ilə Cavabdeh MTK arasında da bağlanılmış xx.xx.2017-ci il tarixli 26 saylı və xx.xx.2017-ci il tarixli 1/05 saylı müqavilələrə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m-dən ibarət mənzili tikib “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə öz öhdələrinə götürmüşlər. xx.xx.2017-ci il tarixli 1/05 saylı müqavilənin 3.1 və 3.2-ci maddələrində tikilən mənzilin ümumi sahəsi 1 kv.m.-nin qiyməti 1600 manat müəyyən edilmiş və Müqavilə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80.000 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli 26 saylı müqavilənin 2.2.5-ci maddəsinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi tamamlandığı gündən sonra tikinti işlərini 24 ay müddətində tamamlamaq və ərazini qapalı həyət tipində qurmaq vəzifələrinə daxil edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı1 xx.xx.2017-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulan ödənişi tam etmiş və Cavabdeh MTK-ya borcu qalmamışdır. Cavabdeh olan Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanılan yuxarıda qeyd olunan “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilə”lərə nəzər yetirən zaman görünür ki, müqavilələrin 4.1.3 və 4.1.5-ci bəndlərinə görə Cavabdeh MTK, tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində (bəzi müqavilələrdə aylar fərqli göstərilmişdir) qeyd olunan bütün müqavilələr üzrə 2020-ci ildə tamamlamağı, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MTK müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, qeyd olunan binanın Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəsindən görünür ki, binanın layihəsi xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş və həmin binanın təməl qoyma işləri həmin tarixdən əvvəl başlanılmışdır, lakin hər bir halda binanın təməl qoyma işlərinin başlanıldığı tarixi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq tarixindən götürsələr, Cavabdeh MTK iddiaçılarla bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr üzrə nəzərdə tutulmuş tarixdə inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etməmişdir. Həmin müqavilələrə görə Cavabdeh MTK çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını 2020-ci ildə həyata keçirməli idi. İddiaçılar tərəfindən Cavabdeh MTK-ya müqavilə öhdəliklərin icrası ilə əlaqədar pretenziya məktubu göndərilsə də, Cavabdeh MTK müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı konkret və əsaslı cavab verə bilməmişdir. Ona görə də iddiaçılar mübahisənin məhkəmə qaydasında həll olunacağına qərar verərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MTK-nın müqavilə üzrə öhdəliklərinin yerinə yetirməməsi, iddiaçıların hüquqlarının pozulması sübutlarla təsdiq olunur və məhkəmənin mövcud sübutlara düzgün qiymət verərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. olan mənzil, həmin binanın 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. olan mənzil, həmin binanın 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m. olan mənzilin və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın X6 və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul etməsi zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. olan mənzil, həmin binanın 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. olan mənzil, həmin binanın 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m. olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın X6 və mənziltikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanan ərizədə işə onların iştirak olmadan baxılmasını, iddianın onlar tərəfindən qəbul edilmədiyini, hüquqların qeydiyyat çıxarışının alınmasının ləngidən səbəblərin Cavabdeh MTK-nın iradəsindən asılı olmadığını, buna baxmayaraq MTK tərəfindən ondan asılı bütün işlərin görülməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birgə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı3 arasında bağlanılmış Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/H9h1 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2273,29 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400.099 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 400.099 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5). İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı3 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, o, 5/H9h1 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTKnın Bakı şəhəri, Səbail rayonu, Rastropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişində 9-cu mərtəbəsində ümumi sahəsi 176 kv.m. olan mənzilə görə kooperativin xəzinəsinə tam ödəniş etmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində X3 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/52 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2400,70 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399.000 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 399.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh MTK tərəfindən X2 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixli 1/52 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən sahəsi 166,2 kv.m. ibarət mənzil hissəsinə görə xx.xx.2020-ci il tarixdə şirkətin xəzinəsinə 399.000 manat ödəniş etmişdir. Borcu tam ödənilərək bağlanmış və şirkət qarşısında heç bir öhdəliyi qalmamışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı5 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 2/027 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 1950 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344.623,50 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün “Alıcı” 344.623,50 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı5 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m.-dən ibarət mənzil üçün 50.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı7 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 1/028 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428.724 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 213.400 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). Ümumi dəyərinin qalan hissəsi xx.xx.2018-ci il tarixdən başlayaraq 12 ay ərzində, hər ayın 29-dan gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh MTK tərəfindən X1 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli 1/028 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında sahəsi 194,67 kv.m. ibarət mənzil hissəsinə görə xx.xx.2018-ci il tarixə heç bir öhdəliyi qalmamışdır, borcu tam ödənilərək bağlanmışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı4 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/008 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2200 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 90.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). Ümumi dəyərinin qalan hissəsi xx.xx.2018-ci il tarixdən başlayaraq 12 ay ərzində, hər ayın 01-dən gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı4 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli 5/008-4 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzili yaşayış binasının beşinci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. ibarət mənzil hissəsi üçün kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə tam ödəniş olunmuşdur və kooperativə heç bir borcu qalmamışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh MTK ilə “Alıcı” qismində İddiaçı2 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 98 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinin surətinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m.-dən ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m.-nin qiyməti 2206,90 manat müəyyən edilmişdir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320.000 manat təşkil etmişdir (bənd 2.3). Bu müqavilə imzalanan gün ilkin ödəniş kimi “Alıcı” 120.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.1). İlkin ödəniş edildikdən sonra, ümumi dəyərinin qalan hissəsi növbəti ayın başlayaraq 12 ay ərzində, hər ayın 1-dən gec olmayaraq, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq ödəniş qrafiki”ndə şərtləndirilmiş qaydada “Alıcı” tərəfindən ödənilməlidir (bənd 3.2). “Satıcı”nın aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etmə vəzifələrinə daxil edilmişdir (bəndlər 4.1.3 və 4.1.5 ). İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 98 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 145 kv.m. ibarət olan mənzil hissəsi üçün kooperativin xəzinəsinə heç bir borcu yoxdur. İş üzrə “Podratçı” qismində Cavabdeh MTK ilə “Sifarişçi” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında 1/05 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50,00 kv.m.-dən ibarət mənzilin hissəsini tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər (bənd 1.1). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “Müqavilə No26” ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160,00 kv.m-dən ibarət təmirsiz mənzil ümumilikdə 221,35 kv.m-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir (bənd 1.2). “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən mənzili – elektrik və qaz xətlərinin mənzilin girəcəyinə qədər, su və kanalizasiya xəttlərinin mənzilin şaxtasına kimi təmin etməklə, otaqlarda və eyvanlarda plastik pəncərə və plastik qapılar olmaqla (daxili qapılar istisna olmaq şərti ilə) həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir (bənd 2.1). Tikilən mənzilin ümumi sahəsinin oxdan-oxa 1 kv.m-nin qiyməti 1600 manat müəyyən edilmişdir (bənd 3.1). Müqavilə üzrə nəzərdə tutulmuş mənzil hissəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80.000 manat təşkil etmişdir (bənd 3.2). “Sifarişçi” mənzil hissəsinin 80.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 4.1). “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir (bənd 6.2.1). İş üzrə “Podratçı” qismində Cavabdeh MTK ilə “Sifarişçi” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında qaraj tikintisi haqqında 03 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinin surətinə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 2 ədəd qaraj tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən qarajı qəbul etməsinə və həmin qarajın haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər (bənd 1.1). “Podratçı” bu Müqavilədə göstərilən şərtlər daxilində qeyd edilən qarajı həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tikinti işlərini başa çatdıraraq natura şəklində “Sifarişçi”yə təhvil verir (bənd 2.1). Müqavilə üzrə nəzərdə tutulmuş 2 ədəd qarajın qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 60.000 manat təşkil etmişdir (bənd 3.1). “Sifarişçi” qarajın haqqını 60.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür (bənd 4.1). “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir (bənd 6.2.1). İş üzrə Cavabdeh MTK tərəfindən İddiaçı1 verilmiş maliyyə arayışın surətindən görünür ki, o, Cavabdeh MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi sahəsi 50,0 kv.m.-dən ibarət mənzil üçün 80.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir. İş üzrə İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, X3, İddiaçı1, İddiaçı3 tərəfindən Cavabdeh MTKya ünvanlanmış pretenziya-məktubların surətlərindən görünür ki, Cavabdeh MTK (Satıcı) ilə İddiaçı7 (Alıcı) və qeyriləri arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqısına dair” müqavilələr imzalanmışlar. Həmin müqaviləyə əsasən tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. İddiaçı7 və qeyriləri həmin müqavilələrdə Alıcı üçün nəzərdə tutulan öhdəliklər tam icra olunmuşdur. Lakin Satıcı olan Cavabdeh MTK tərəfindən müqavilə üzrə nəzərdə tutulan öhdəliklər tam icra edilməmişdir. Qeyd olunan müqavilələrinin müvafiq maddələrinə əsasən öhdəliklərinə 10 iş günü ərzində əməl edilmədiyi təqdirdə, öhdəliklərinin məcburi qaydada icra edilməsi məqsədilə, qanunla nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edilərək aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar ayrı-ayrılıqda Cavabdeh MTK ilə çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr bağlanmış və haqqlarını ödəməklə MTK-nın inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində yerləşən çoxmənzilli yaşayış binasından mənzillər əldə etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə iddiaçılar arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələrin müvafiq şərtlərinə əsasən Cavabdeh MTK tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq həmin binanın təməl qoyma işlərini başlandığı gündən 30 ay müddətində (bəzi müqavilələrdə aylar fərqli göstərilmişdir) tamamlanması, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh MTK müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Binanın layihəsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş və həmin binanın təməl qoyma işləri həmin tarixdən əvvəl başlanılmışdır, lakin hər bir halda binanın təməl qoyma işlərinin başlanıldığı tarixi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq tarixindən götürsələr, Cavabdeh MTK iddiaçılarla bağlanmış çoxmənzilli yaşayın binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələr üzrə nəzərdə tutulmuş tarixdə inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını təmin etməmişdir. Həmin müqavilələrə görə Cavabdeh MTK çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından “X6”nın alınmasını 2020-ci ildə həyata keçirməli idi. Bu səbəbdən iddiaçılar Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının özlərinə məxsus mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın X6 və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (maddə 110.5). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göstərilən Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarlarında da formalaşan hüquqi mövqeyə görə daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yarandığından, iddiaçılar isə cavabdeh MTK tərəfindən əldə etdikləri mənzillərlə bağlı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə müvafiq hüquqmüəyyənedici sənədləri cavabdehdən əldə edə bilmədiklərindən, həmçinin cavabdeh həmin sənədlərin verilməsinə dair üzərinə öhdəlik götürdüyündən, iddiaçıların belə tələblə məhkəməyə müraciət etmələri haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, məhkəmə xərci ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. olan mənzil, həmin binanın 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. olan mənzil, həmin binanın 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 221,35 kv.m. olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın X6 və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh MTK tərəfindən iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 təhvil verilsin. Cavabdeh MTK-dan İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar