Məhkəmə qərarları › İş №e-2(010)-102/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-102/2023

02.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-102/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Suraxanı- Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T 0415742; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 38 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qismən çəpərlənmiş evin və 40 sm hündürlüyündə hörgü işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri SOCAR-ın İddiaçı istismarında olanSuraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T 0415742;4473092 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 38 metr aralı məsafədə, kəmərə paralel, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş, qismən çəpərlənmiş və içərisində yaşayış olan evin yan divarlarında və mövcud evin perimetri boyu 40 sm hündürlüyündə yeni hörgü işlərinin aparılaraq tamamlanması və dam örtüyünün vurulması məqsədilə taxta konstruksiyadan ibarət quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, 2017-ci il tarixdən orada yaşayır. Həmin ev 1998-ci ildən var, yəni ev köhnə evdir. O, həmin evi təmir edib damını dəyişdirmişdir. Orada Cəlilabad rayonundan olan yaşlı bir qadın yaşayırdı. O, həmin evi həmin qadından almışdır. O, 2017-ci ildə həmin evə köçəndə həmin ev artıq var idi. Həmin evin əvvəlki vəziyyətini əks etdirən şəkillər də var. Bunu qonşular da bilir. Neftin ərazisidir. O, mübahisəli evdə 2017-ci ildən ailəsi ilə yaşayır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Nizamnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 844 saylı fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətin Neft Kəməriər İdarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə qeydə alınmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətin magistral X3 Birliyinin bazasında yaradılmış və onun hüquqi varisidir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə qarovulun 2-ci iş növbəsində saat 0045 -də 1-2 saylı postlarn ərazisində (ünvan 1) Suraxanı-Böyukşor Dş 300 mm-lik yerüstü neft kəmənnın 0.7-ci km kəmərə paralel 1-ci sırada kəmərdən təqribən 38 met aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş qismən çəpərlənmiş və içərisində yaşayış olan evin yeni dam örtüyünün tam vurulması tikilişi üçün nəzərdə tutulmuş yeni hörgü işlərinin aparılması aşkar edilmişdir. Ev sahibi onları tikinti işləri aparılan əraziyə buraxmadığı üçün tədbir görmək mümkün olmadı. Sözügedən ünvanda xx.xx.2022-cı il və 29.04 2022-ci İ tarixlərində yeni tikinti işlərinin aparılması tərəfindən aşkar edilərək müvafiq tədbirlər görülmüşdür. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı qarovulun 1-ci iş növbəsində saat 1500-da 1-2 saylı postların ərazisində (ünvan 1) Suraxanı-Böyukşor Dş 300 mm-lik yerüstü neft kəmənın 0.7-ci km kəmərə paralel 1-ci sırada kəmərdən təqribən 38 met aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş qismən çəpərlənmiş və içərisində yaşayış olan evin yan divarlarında və mövcud evin perimetri boyu 40 sm hündürlüyündə yeni hörgü işlərinin aparılaraq tamamlanması və dam örtüyünün vurulması məqsədi ilətaxta konstruksiyadan ibarət quraşdırma işlərinin aparılması aşkar edildi. Bununla bağlı ərazi üzrə icra nümayəndəsi Əvəz adlı şəxs sözügedən ünvana dəvət olunmuş və ev sahibindən işin dayandırılması tələb edilmiş, lakin o, görülən işİ tamamlayacağını bildirdi. Sözügedən ünvanda tikinti işləri xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci illərdə aparılan zaman aşkar edilərək müvafiq tədbirlər görülmüşdür. Daşınmaz əmlakın dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Suraxanı-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T 0415742; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada inşa edilmiş ev iddiaçının nümayəndəsinin iddiasına əsasən Cavabdeh tərəfindən tikilmişdir və ev cənub-qərb tərəfdən qonşu istifadəçinin hasarı digər tərəflərdən isə şərti sərhədli torpaq sahəsində yerləşir. Sözügedən ev İddiaçı İstismarında olan Dübəndi-Suraxanı Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasına düşür və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kontrakt ərazisidir. Neft kəməri ilə tikili arasındakı məsafə 37 metr təşkil edir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8229 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elxan Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Suraxanı-Böyükşor Dö 300mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T **********3092 saylı koordinat üzrə kəmərə paralel 1-ci sırada inşa edilmiş ev iddiaçının nümayəndəsinin iddiasına əsasən Cavabdeh tərəfindən tikilmişdir və ev cənubi-qərb tərəfdən qonşu istifadəçinin hasarı digər tərəflərdən isə şərti sərhədli torpaq sahəsində yerləşir. Sözügedən ev İddiaçı İstismarında olan Dübəndi-Suraxanı Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasına düşür və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kontrakt ərazisidir. Neft kəməri ilə tikinti arasındakı məsafə 37 metr təşkil edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8229 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elxan Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Suraxanı- Böyükşor Dö 300mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 39 T **********3092 saylı koordinat üzrə kəmərə paralel 1-ci sırada inşa edilmiş ev iddiaçının nümayəndəsinin iddiasına əsasən Cavabdeh tərəfindən tikilmişdir və ev cənubi-qərb tərəfdən qonşu istifadəçinin hasarı digər tərəflərdən isə şərti sərhədli torpaq sahəsində yerləşir. Sözügedən ev İddiaçı İstismarında olan Dübəndi-Suraxanı Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasına düşür və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kontrakt ərazisidir. Neft kəməri ilə tikinti arasındakı məsafə 37 metr təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə təsdiq olunur ki, mübahisəli tikili magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin istifadəsində olan tikili buna lazımi icazələr almadan tikilmiş yaşayış evidir və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti sayılır. Həmin ev isə magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Məhkəmə qeyd edir ki, iddiaçının istismarında olan Suraxanı-Böyükşor Dş- 300 mm-lik yerüstü neft kəmərinin 0,7-ci km-də, 39 T 0415742; ******* saylı koordinat üzrə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikili inşa edilmiş olduğu iş materialları ilə öz əksini tapmışdır. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları baş verə bildiyindən burada hər an yanğın- partlayış və digər fövqəladə halların yaranması ehtimalı ola bilər. Hazırkı iş üzrə mübahisəli tikilinin inşası üçün torpaq sahəsinin ayrılması qanunauyğun olmamışdır. Çünki magistral neft kəmərinin keçməsi nəzərə alınmamışdır. Həmçinin torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması qəbul edilsə belə, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunauyğun şəkildə lazımi icazələr (müvafiq icra hakimiyyətinin sərəncamı, razılıq məktubu və s.) alınmamışdır. Beləliklə müəyyən olunur ki, hazırkı işdə iddia tələblərinin qanuni əsasını təşkil edən maddələrin bütün dispozitiv şərtləri mövcuddur və iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddianı irəli sürməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə müəyyən edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Eləcə də, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Suraxanı- Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 0.7- ci km-də, 39 T 0415742; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 38 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qismən çəpərlənmiş ev və 40 sm hündürlüyündə hörgü işləri Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar