Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-110/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçının nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə İddiаçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “SOCAR”ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci kmliyində, kəmərdən 47 metr aralı məsafədə Cavabdeh tərəfindən fərdi yaşayış evinin, hasarın və yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “SOCAR”ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SOCAR”ın İddiaçı istismarında olan Dübəndi-Böyükşor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci kmliyində, kəmərdən 47 metr aralı məsafədə Cavabdeh tərəfindən fərdi yaşayış evi, hasar və yeni otaq tikilisi faktı aşkar edilmişdir. Məlumat üçün qeyd edilməlidir ki, “SOCAR”ın İddiaçı Dübəndi-Böyükşor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci kmliyində neft boru kəmərinin mühafizə zonasında qanunsuz tikilinin sökülməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində cavabdeh X3 qarşı iddia qaldırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1488/2023 nömrəli qərardadı ilə iş üzrə cavabdeh ola bilməyəcək şəxsə (ölmüş) qarşı iddia qaldırıldığına və bu cür iddiaya məhkəmədə baxılması mümkün olmadığına görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə əsl cavabdehin müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2023cü il tarixli, 3-13-54/2-4054/2023 nömrəli cavab məktubuna əsasən araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh X2 varisi həyat yoldaşı Cavabdehdır. Bununla əlaqədar Cavabdeh PŞ-də izahat vermişdir. Göründüyü kimi X5 hal-hazırda sözügedən neft boru kəmərinin mühafizə zonasında qanunsuz tikilinin sahibidir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın – partlayış və digər fövqəladə hallar baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi 10 ildən artıq müddətdir ki, tikilmişdir. Həmin fərdi yaşayış evinin bütün kommunal təminatı – qaz, su və işıq xəttləri onun adına qeydə alınmışdır. Əgər onun hazırda yaşadığı ev sökülərsə, iddiaçı tərəfindən başqa yerdə evlə təmin olunmalıdır. Çünki, onun həmin evdən başqa yaşayış yeri yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 2 saylı qarovulun, 1-ci iş növbəsində, saat 14:50-də 21 və 22 saylı (NKİ Dübəndi-Böyükşor, Dübəndi- Suraxanı Neft kəmərləri 0-27, 34 km avtomobildə səyyar) postların ərazisində, Suraxanı rayonu, Südçülük sovxozu adlanan ərazidə, Dübəndi-Suraxanı Dş 300 mm-lik yerüstü neft kəmərinin 24.5-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 47 metr aralı məsafədə, üç tərəfi metal list və taxta ilə çəpərlənmiş həyətdə, köhnədən mövcud içərisində yaşayış olan evə bitişik eni 3.5 metr, uzunluğu 7.5 metr və hündürlüyü 1 metr olan yeni otaq tikintisi mühafizəçilər tərəfindən aşkar edilmiş, ev sahibi vətəndaş X3 mühafizə zonası daxilində aparılan işin qanunazidd olduğu izah edilərək işin dayandırılması, eləcə də yeni tikilən hissənin sökülməsi tələb edilmiş və vətəndaşa yazılı xəbərdarlıq verilmiş, lakin vətəndaş işi dayandırmayacağını, tikintini davam etdirəcəyini bildirmişdir.
6. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:45-də 4 saylı qarovulun 1-ci iş növbəsində 21 və 22 saylı (NKİ Dübəndi-Böyükşor, Dübəndi- Suraxanı Neft kəmərləri 0-27, 34 km avtomobildə səyyar) postların ərazisində, Suraxanı rayonu, Südçülük sovxozu adlanan ərazidə, Dübəndi-Suraxanı Dş 300 mm-lik yerüstü neft kəmərinin 24.5-ci km-də, 1-ci sırada, kəmərə paralel və perpendikulyar olmaqla kəmərdən təqribən 44 metr aralı məsafədə, üç tərəfi metal list və taxta ilə çəpərlənmiş həyətdə, köhnədən mövcud, içərisində yaşayış olan evə bitişik, eni 4.5 metr, uzunluğu 12 metr və 5 mişar daşı hündürlüyü olan yeni otaq tikintisi aşkar edilmiş, ev sahibi vətəndaş X3 mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu izah edilərək işin dayandırılması, eləcə də yeni tikilən hissənin sökülməsi tələb edilmiş, lakin vətəndaş münaqişə yaradaraq sökməkdən imtina etmiş, tikintini davam etdirəcəyini bildirmiş və fotoşəkil çəkilməsi üçün həyətə daxil olmağa icazə verməmişdir.
7. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:30-da 1 saylı qarovulun 1-ci iş növbəsində 21 və 22 saylı (NKİ Dübəndi-Böyükşor, Dübəndi- Suraxanı Neft kəmərləri 0-27, 34 km avtomobildə səyyar) postların ərazisində, Suraxanı rayonu, Südçülük sovxozu adlanan ərazidə, Dübəndi-Suraxanı Dş 300 mm-lik yerüstü neft kəmərinin 24.5-ci km-də, 1-ci sırada, kəmərə paralel və perpendikulyar olmaqla kəmərdən təqribən 44 metr aralı məsafədə, üç tərəfi metal list və taxta ilə çəpərlənmiş həyətdə, köhnədən mövcud, içərisində yaşayış olan evə bitişik, eni 4.5 metr, uzunluğu 12 metr və 24 mişar daşı hündürlüyü olan yeni tikilinin hörgü işlərinin tamamlanması və həyətyanı sahənin metal və taxta lövhələrdən olan çəpərinin sökülməsi aşkar edilmiş, ev sahibi vətəndaş X3 mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu dəfələrlə izah edilərək işin dayandırılması, eləcə də yeni tikilən hissənin sökülməsi tələb edilmiş, lakin vətəndaş münaqişə yaradaraq sökməkdən imtina etmişdir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən “SOCAR”ın İddiaçı rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Neft Kəmərləri İdarəsinin istismarında olan 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazisindən keçən hissəsində kəmərdən 47 metr məsafədə yerləşən köhnə evə bitişik yeni otaq inşa etmiş vətəndaş X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
9. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 322899 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində “Beyin ödemi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 200 nömrə ilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/828 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 200 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsində inşa edilmiş yaşayış evinin giriş tərəfindən 42-47 metr aralı məsafədə neft boru kəmərləri yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə neft və qaz kəmərlərinin mühafizəsində yerləşir.
İşin faktiki halları.
11. Dübəndi-Böyükşor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci km-liyində, kəmərdən 47 metr aralı məsafədə Cavabdeh tərəfindən fərdi yaşayış evi, hasar və yeni otaq inşa edilmişdir.
12. Məhkəmə tərəfindən tikililərin yerləşdiyi koordinatlardakı ərazinin iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olub-olmaması, bu tikili üzərində qeydə alınmış mülkiyyət hüququnun olub-olmaması, bir sözlə tikilinin özbaşına tikili olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/828 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 200 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsində inşa edilmiş yaşayış evinin giriş tərəfindən 42-47 metr aralı məsafədə neft boru kəmərləri yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə neft və qaz kəmərlərinin mühafizəsində yerləşir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
17. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı neft və qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikililər inşa edildiyini iddia edərək, bu tikililərin sökülməsini tələb etmişdir.
18. Məhkəmə tərəfindən mübahisəli tikililərin yerləşdiyi koordinatlardakı ərazinin neft və qaz kəmərlərinin mühafizə zonasına aid torpaq sahəsinə daxil olub-olmaması, bu tikililər üzərində qeydə alınmış mülkiyyət hüququnun olub-olmaması, bir sözlə tikililərin özbaşına tikili olub-olmamalarının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/828 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 200 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsində inşa edilmiş yaşayış evinin giriş tərəfindən 42-47 metr aralı məsafədə neft boru kəmərləri yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə neft və qaz kəmərlərinin mühafizəsində yerləşir.
19. Bu vəziyyətdə yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə əsasən torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçının cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikililərin sökülməsini tələb etmək hüququ var.
20. Məhkəmə, ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər dövlətin mülkiyyətində, iddiaçının isə qanuni istifadəsində olan torpaq sahəsində özbaşına tikilmiş olduqlarından və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin həmin tikililər üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikililərin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, tikintinin cavabdehin vəsaiti hesabına baş tutması, yaxud müəyyən bir müddət buna dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə həmin tikililər üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh həmin tikililəri inşa edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir .
21. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq özbaşına tikililər sökülməli və bu tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya qaytarılmalıdır.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur.
23. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Dübəndi-Böyükşor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci kmliyində, kəmərdən 47 metr aralı məsafədə inşa edilmiş fərdi yaşayış evi, hasar və yeni otaq tikilisi özbaşına tikililər hesab edilərək sökülməli, həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçıya qaytarılmalı, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının, 100 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
26. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Dübəndi- Böyükşor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci kmliyində, kəmərdən 47 metr aralı məsafədə inşa edilmiş fərdi yaşayış evi, hasar və yeni otaq tikilisi özbaşına tikililər hesab edilərək sökülsün. Həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə qaytarılsın. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı hesabına ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.