Məhkəmə qərarları › İş №e-2(010)-116/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-116/2025

09.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-116/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh “X2 Mərkəzi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iştirakları ilə İddiaçı cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Cavabdeh2, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X8 qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı cavabdeh “X2 Mərkəzi” MMC-yə, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X2 Mərkəzi” MMC-nin tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfər küçəsi, 183 saylı evin 29 saylı mənzili barədə keçirilmiş xx.xx.2024-cü il tarixli hərracın yekunlarına dair protokolun və hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Cavabdeh2, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfər küçəsi, 183 saylı evin 29 saylı mənzili barədə keçirilmiş xx.xx.2024-cü il tarixli hərracın yekunlarına dair protokolun və hərracı udmuş şəxs Cavabdeh2 ilə bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli DƏDKR Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Cavabdeh2, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “X2 Mərkəzi” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzili barədə keçirilmiş xx.xx.2024-cü il tarixli açıq hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli DƏDKR Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra X10 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb olunmuşdur.

İddia tələbinin əsaslandırıldığı hallar.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiymətinin 294.000 manat məbləğində müəyyən edilməsi, mənzilinin satışından əldə olunan pul vəsaitinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X8, 1/2 hissəsi İddiaçı verilməklə bölüşdürülməsi qət edilmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, Nəsimi Rayon İcra Şöbəsinin sifarişi əsasında cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən ilkin satış qiyməti 294.000 manat müəyyən edilməklə xx.xx.2024-cü il tarixdə hərrac keçirilmiş mənzil 294.000 manata satılmadığından, ikinci dəfə satış qiyməti 264.600 manat müəyyən edilməklə xx.xx.2024-cü il tarixdə hərrac keçirilmiş, mənzil yenə də satılmadığından üçüncü dəfə satış qiyməti 235.200 manat müəyyən edilməklə xx.xx.2024cü il tarixdə hərrac keçirilərək mənzil satılmışdır. Belə ki, cavabdeh hərrac təşkilatı olan MMC, İcra şöbəsi və digər şəxslər ilə əlbir olub mənzilin qanunsuz yollarla satılmasına nail olmuşdur. Mənzilin hərraca çıxarılmasından iddiaçının xəbəri olsa da, səlahiyyətli təşkilatlar qanunun tələblərini pozaraq İddiaçı vaxtında və lazımı qaydada heç bir məlumat verməmişlər və nəticədə əmlakın mülkiyyətçisi kimi qanunla qorunan hüquqlarına qəsd edilmişdir. Çünki hərracın təşkilatçısı olan cavabdeh MMC qanunun tələbinə əsasən hərracın keçirilmə tarixinə 1 ay qalmış iddiaçıya bu barədə rəsmi məlumat verməli idi, lakin məqsədli və planlı şəkildə nəyinki 1 ay qalmış, hətta 1 aydan da az vaxt (xx.xx.2024xx.xx.2024) içində 3 dəfə qanunsuz hərrac keçirlərək saxtakarlıq yolu ilə mənzil real bazar qiymətinin təxminən yarısına satılmışdır. Belə ki, cavabdeh “X2 Mərkəzi” MMC qərəzli olaraq və hüquq pozuntularına verməklə qeyri-obyektiv, qanunsuz hərrac keçirməklə iddiaçının əmlak hüquqlarını kobud sürətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətdə olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Bundan başqa, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə almışdır. Lakin qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi bu hissədə də iddiaçının məhkəməyə çatımlılıq hüquqları pozularaq apellyasiya şikayəti verməsinə müdaxilə olunmuşdur. Qeyd olunan qətnamədən mənzilin dəyərinin müəyyən olunması hissəsində apellyasiya şikayəti vermək niyyətində idi. Çünki qeyd olunduğu kimi mənzilin müəyyən olunmuş dəyəri reallığı əks etdirmir. Belə ki, iddiaçıya vaxtında və lazımı qaydada xəbərdarlıq edilmədən qanunsuz olaraq hərrac keçirildiyi üçün cavabdeh “X2 Mərkəzi” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzili barədə keçirilmiş xx.xx.2024-cü il tarixli açıq hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli DƏDKR Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları.

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh “X2 Mərkəzi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia tələbinin dəliləri guya ona məxsus olan mənzilin qanunvericiliyin tələblərinə uyğun olmayaraq satılması və lazımi qaydada məlumatlandırılmaması olmuşdur. İddiaçı X4 cavabdeh “X2 Mərkəzi” MMC-nə qarşı Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili barədə keçirilmiş xx.xx.2024-cü il tarixli hərracın yekunlarına dair protokolun və hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi tamamilə əsassızdır. Belə ki, Nəsimi rayon İcra Şöbəsi xx.xx.2024-cü il tarixli 911-301012/24-5-33 saylı sifariş məktubu ilə “X2 Mərkəzi” MMC-nə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 sayı evin 29 saylı mənzilin satışının təşkil edilməsini xahiş etmişdir. Qeyd edilən sifarişin icrasından irəli gələrək, hərrac təşkilatçısı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada elanlar verilmiş, icra sənədi üzrə tərəflərə və sifarişçiyə bildirişlər poçt vasitəsi ilə göndərilmişdir. Əlavə olaraq isə İddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılıb, Whatsapp vasitəsi ilə bildirişlərin şəkilləri göndərilmiş, hərracın keçiriləcəyi vaxtı və yeri haqqında ətraflı məlumatlar verilmişdir. İddiaçı keçirilən hərracların hamısında iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən hərrac nəticəsində Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzil hərracın qalibi X1 və bununla bağlı qanuna müvafiq qaydada açıq hərracın nəticələri haqqında 06/01 nömrəli protokol tərtib edilmiş və sifarişçi tərəfindən həmin protokol təsdiq edilmişdir. Bütün bunlardan İddiaçı məlumatlı olmuş, keçirilən bütün hərrac proseslərində iştirak etmiş və bununla bağlı olaraq videoçəkilişlər məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən “X2 Mərkəzi” MMC-yə münasibətdə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada hərracda iştirak etmiş və hazırda mübahisələndirilən mənzili hərracın qalibi olaraq almış və buna dair müqavilə imzalamışdır. Hərracı udmuş şəxs Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış almışdır. Lakin Cavabdeh2 aldığı mənzilə köçmək istəsə də, iddiaçı mənzili boşaltmaq niyyətində deyildir. Belə ki, mülkiyyətçi Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. O, hazırkı iddia tələbini qəbul etmir, belə ki, hərracın keçirilməsi qaydası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilmişdir. Həmin əmlakın ilkin satış qiyməti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 294.000 manat məbləğində müəyyən edilmiş, sonradan daha iki hərrac keçirilmiş və həmin əmlaka dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra onun tərəfindən əmlakın dəyəri icra şöbəsinin depozit hesabına ödənilmişdir. Hazırkı iddia ərizəsi mülkiyyətçinin mənzildən çıxarılma tələbinə dair Nəsimi rayon Məhkəməsinə müraciət etməsindən sonra qaldırılmış, iddiaçı hərrac keçirilən zaman buna dair heç bir iradını bildirməmiş, digər mülkiyyətçinin payını almaqda üstünlük hüququndan istifadə etməmişdir. Hazırkı halda iddia tələbinin təmin olunacağı halda vicdanlı alıcı kimi onun hüquqları pozulur, belə ki, iddiaçının pulu qaytaracağı halda, mənzilin əvvəlki digər mülkiyyətçinin pulu qaytaracağı sual altındadır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzili barədə keçirilmiş xx.xx.2024-cü il tarixli hərracın yekunlarına dair protokolun və hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddia tələbi əsassız olmaqla, protokolun və müqavilənin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. Ərizədə göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, İddiaçı onun keçmiş həyat yoldaşı olmuşdur. Onlar 1995-ci ildə ailə qurmuş və birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. Lakin sonradan şəxsi münasibətlərin kəskinləşməsi səbəbindən ayrılmaq qərarına gəlmişlər. Nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(009)-1933/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzilin ½ hissəsinə onun, ½ hissəsinə isə İddiaçı payı müəyyən edilmişdir. Lakin mənzilin ½ hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq, İddiaçı onu mənzilə buraxmamaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. Ona görə də o, sözügedən mənzildə olan payının naturada ayrılması, bu mümkün olmadıqda naturada pay ayrılması əvəzinə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi, belə bir razılıq olmadıqda isə həmin əmlakın açıq hərracdan satılaraq satış pulunun aralarında paylarına mütənasib şəkildə bölünməsi üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2(006)-181/2023 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək mənzilin açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiymətinin 294000 manat məbləğində müəyyən edilməsi və satış pulunun aralarında ½ paylarına uyğun bölüşdürülməsi qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və yalnız bundan sonra hərrac keçirilmişdir. Yəni, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri hər hansı bir formada pozulmamışdır. Sadəcə olaraq hazırkı iddia əvvəlki vaxtlar olduğu kimi yalnız işin qərəzli şəkildə yubadılması məqsədilə verilmişdir ki, nəticədə də onun qanunla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bundan başqa, İddiaçı gətirdiyi arqumentlərdən biri də odur ki, guya əvvəlki qətnamədə mənzilin satış qiyməti onun faktiki dəyərindən aşağı göstərilmişdir. Lakin mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyən edildiyi qətnamə artıq çoxdan qanuni qüvvəsini almışdır və bu səbəbdən də mənzilin ilkin satış qiyməti mübahisə predmeti ola bilməz. Bundan əlavə mənzilin açıq hərracdan satılması zamanı mənzilin dəyərinin ½ hissəsi ona ödənilmiş və o, əldə etdiyi məbləği artıq xərcləmiş və həmin məbləği geri qaytarmaq iqtidarında deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə digər 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

11. "xxxx" MMC-nin İddiaçı xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubundan görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 324 məhəllədə yerləşən 14 mərtəbəli binanın 9-cu mərtəbəsində 192 kv.m-dən ibarət 39 saylı mənzilin hissəsinin bazar dəyəri 508000 (beş yüz səkkiz min) manat təşkil etmişdir.

12. “X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli “hərracın nəticələri haqqında” 06/01 saylı protokolundan müəyyən olunur ki, hərracda satılan əmlak X6 və İddiaçı ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 183 saylı evin 29 saylı mənzilin tam dəyəri 235,200 (iki yüz otuz beş min iki yüz) manat məbləğində qiymətləndirilmişdir və alıcı Cavabdeh2dur.

13. xx.xx.2024-cü il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, əmlakın(daşınmaz) açıq hərracdakı ilkin satış qiyməti 294000 manat olmaqla hərracı keçirilmə tarixi xx.xx.2024-cü il tarixə saat 11:00 (növbəlilik əsasında) radələrinə təyin olunmuşdur. 14.xx.xx.2024-cü il tarixli, 02 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, əmlakın (daşınmaz) açıq hərracdakı satış qiyməti 264600 manat olmaqla hərracı keçirilmə tarixi xx.xx.2024-cü il tarixə saat 11:00 (növbəlilik əsasında) radələrinə təyin olunmuşdur. 15.xx.xx.2024-cü il tarixli, 03 saylı “Açıq hərracın keçirilməsinə dair bildiriş”in surətindən görünür ki, əmlakın (daşınmaz) açıq hərracdakı satış qiyməti 235200 manat olmaqla hərracı keçirilmə tarixi xx.xx.2024-cü il tarixə saat 11:00 (növbəlilik əsasında) radələrinə təyin olunmuşdur.

16. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(006)-181/2023 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X8, 1/2 hissəsi İddiaçı verilməklə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı iddiaçı X5, 25 manatı cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qeyd edilmişdir.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X8 və ½ hissədə İddiaçı məxsusdur.

18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü tarixli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur.

19. xx.xx.2023-cü il tarixli “hərracın təşkili haqqında” müqaviləsinin surətindən görünür ki, Nəsimi rayon İcra Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Yavər Allahverdiyev bir tərəfdən, “X2 Mərkəzi” MMC-nin direktoru X12 digər tərəfdən hərracın təşkili haqqında müqaviləni bağlamışlar.

20. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-181/2023 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X8, 1/2 hissəsi İddiaçı verilməklə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı iddiaçı X5, 25 manatı cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1962/2024 nömrəli qərardadının surətindən müəyyən olunur ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(006)-181/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(006)-181/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İşin faktiki halları.

22.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmişxx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X8 və ½ hissədə İddiaçı məxsus olmuşdur. Tərəflər arasında mənzilin bölgüsünə dair mübahisə olduğundan məhkəməyə müraciət etmişlər və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 181/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X8, 1/2 hissəsi İddiaçı verilməklə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı iddiaçı X5, 25 manatı cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunması barədə bildiriş göndərilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “X2 Mərkəzi” MMC-yə və qeyrilərinə qarşı məktub göndərilərək mənzilin açıq hərracda satışının təşkil edilməsi və əldə olunmuş vəsaitin Nəsimi rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildiriş tərəflərə göndərilmiş və mənzilin ilkin satış qiyməti 294000 manat müəyyən edilməklə hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. Daha sonra “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildiriş tərəflərə göndərilmiş və mənzilin hərracda satış qiyməti 264600 manat müəyyən edilməklə hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildiriş növbəti dəfə tərəflərə göndərilmiş və mənzilin satış qiyməti 235200 manat müəyyən edilməklə hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən hərrac nəticəsində alıcı Cavabdeh2 hərracdakı satış qiyməti 235200 manat olmaqla mübahisəli mənzili almış və xx.xx.2024-cü il tarixdə 235200 manat pul vəsaitini Nəsimi rayon İcra şöbəsinin depozitinə ödəmişdir. xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğluküçəsi, ev 183, mənzil 29 Cavabdeh2 mülkiyyətindədir.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddə 218. Satın almaqda üstünlük hüququ 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 414. Müqavilənin hərracda bağlanması 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarı

Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

26. İşin faktiki hallarından göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X8 və ½ hissədə İddiaçı məxsus olmuşdur. Tərəflər arasında mənzilin bölgüsünə dair mübahisə olduğundan məhkəməyə müraciət etmişlər və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-181/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X8, 1/2 hissəsi İddiaçı verilməklə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı iddiaçı X5, 25 manatı cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunması barədə tərəflərə bildiriş göndərilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “X2 Mərkəzi” MMC-yə və qeyrilərinə qarşı məktub göndərilərək mənzilin açıq hərracda satışının təşkil edilməsi və əldə olunmuş vəsaitin Nəsimi rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildiriş tərəflərə göndərilmiş və mənzilin ilkin satış qiyməti 294000 manat müəyyən edilməklə hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. Daha sonra “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildiriş tərəflərə göndərilmiş və mənzilin hərracda satış qiyməti 264600 manat müəyyən edilməklə hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracın keçirilməsi barədə bildiriş növbəti dəfə tərəflərə göndərilmiş və mənzilin satış qiyməti 235200 manat müəyyən edilməklə hərracın keçirilməsi tarixi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən hərrac nəticəsində alıcı Cavabdeh2 hərracdakı satış qiyməti 235200 manat olmaqla mübahisəli mənzili almış və xx.xx.2024-cü il tarixdə 235200 manat pul vəsaitini Nəsimi rayon İcra şöbəsinin depozitinə ödəmişdir. xx.xx.2024cü il tarixdən ünvan 1 Cavabdeh2 mülkiyyətindədir.

27. Qətnamə üzrə verilmiş icra sənədinin icraya yönəldilməsindən sonra icra məmurunun sifarişi əsasında mənzilin “X2 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılması təşkil edilmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təyin edilmiş hərrac və təkrar hərracların baş tutmamasından sonra mənzil alıcı Cavabdeh2 tərəfindən alınmışdır. Hazırda İddiaçı iddia edir ki, həmin mənzilin dəyəri daha bahadır, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, mənzil 294000 manat dəyərində qiymətləndirilmişdir. Bundan əlavə iddiaçı hal-hazırda həmin mənzildə yaşayır, mənzili gələcəkdə öz övladlarına bağışlamaq üçün özü geri almaq niyyətindədir və bu səbəbdən hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir.

28. İş materiallarına hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsi ilə bağlı sənədlərdən və videoçəkilişlərdən müəyyən olunur ki, İddiaçı mənzilin açıq hərracda satılmasına dair keçirilmiş hərraclarda iştirak etmiş, bununla bağlı olaraq tam məlumatlı olmuşdur. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malik olsa da, iddiaçı bu hüququndan istifadə etməmiş və mənzil açıq hərracdan satıldıqdan və başqa şəxsin mülkiyyətinə qeydiyyata alındıqdan sonra iddiaçı məhkəmədə iddia qaldıraraq həmin mənzili almaq niyyətində olduğunu bildirmişdir.

29. Bundan əlavə, həmin mənzilin digər keçmiş mülkiyyətçisi X10 məhkəmə iclasında izahat verərək mənzilin açıq hərracda satılması ilə bağlı olaraq ödənilmiş pul vəsaitini icra şöbəsinin depozitindən götürdüyünü, həmin pul vəsaitini artıq xərclədiyini və geri qaytarmaq imkanının olmadığını qeyd etmişdir.

30. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-181/2023 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılması, mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi X8, 1/2 hissəsi İddiaçı verilməklə bölüşdürülməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı iddiaçı X5, 25 manatı cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.

31. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında Plenum, apellyasiya instansiyası məhkəməsi tərəfindən B.Rüstəmovun hərracın keçirilməsindən bir il iki aydan çox vaxt ötdükdən sonra qaldırdığı iddiası ilə əlaqədar çıxarılmış 09 iyul 2007-ci il tarixli qətnamədə MM-in 414.1-ci, 414.2-ci, 414.4-cü və 414.5-ci, 415.2-ci, 416.1-ci və 416.2-ci maddələrinə istinad edilməklə mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hər iki hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ən geci 30 gün qabaqcadan mülkiyyətçi kimi B.Rüstəmovun xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi qənaətinə gəlinməklə hərracın nəticələrinin etibarsız hesab edildiyini, apellyasiya instansiyası məhkəməsinin qətnamədə, həmçinin “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 28, 45.1, 51.1-ci maddələrinin tələblərinin də pozulması qənaətinə gəldiyini, lakin borclunun icraya müxtəlif maneələr yaratması ucbatından 30 iyul 2001-ci il tarixli qətnamənin icrasının uzun müddət keçdikdən sonra yalnız 20 fevral 2004-cü il tarixdə baş tutmasına, keçən dövr ərzində nə firmanın, nə də borclunun öhdəliyin yerinə yetirilməsi üçün mövcud imkandan istifadə etməyə heç bir cəhd göstərməmələrinə dair işin müəyyən edilmiş hallarına əhəmiyyət vermədiyini qeyd etmiş, yekunda Apellyasiya Məhkəməsinin MİÜMK-sı tərəfindən mülki işə Konstitusiyanın 71-ci maddəsinin, MM-in 7.1, 7.2, həmçinin 01 noyabr 2005-ci il tarixədək qüvvədə olmuş 157.3-cü maddələrinin, MPM-in 9.1, 14.1 və 88-ci maddələrinin tələblərinin pozulması ilə baxıldığı, nəticədə ərizəçilərin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulduğu qənaətinə gəlinmişdir.

32. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu hərracın nəticələrinin etibarsız hesab edilməsini yalnız borcluya bildirişin göndərilməməsi halından (hansı ki, hazırkı işdə belə bir hal müəyyən edilməmişdir) asılı etməmiş, bu cür mübahisələrə baxılarkən qətnamənin icraya yönəldilməsindən ipoteka predmetinin hərracdan satışınadək keçən uzun müddət ərzində borclunun icra sənədi üzrə öhdəliyini yerinə yetirmək üçün heç bir cəhd göstərməməsi halına da əhəmiyyət verilməli olduğu nəticəsinə gəlmişdir.

33. Hazırkı işdən görünür ki, mənzilin hərraca çıxarılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilmiş, bu qətnamənin məcburi icraya yönəldilməli olduğunu bilən və bilməli olan İddiaçı qətnamənin icraya yönəldilməsindən xeyli müddət keçdikdən sonra hərracda iştirak edərək əmlakı almaqda üstünlük hüququndan istifadə etməyərək, yalnız hərracın nəticəsini mübahisələndirmişdir. Lakin iş materiallarından müəyyən edildiyi kimi tərəflər arasında paylar xx.xx.2022-ci il tarixdən müəyyən olunmuş və iddiaçı həmin gündən bu qədər müddət ərzində icra sənədi üzrə payların ayrılmalı olması istiqamətində heç bir addım (digər mülkiyyətçiyə kompensasiya ödəməsi kimi) atmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının borclu kimi icra sənədinin icrasına münasibəti, onun aradan uzun müddət keçdikdən sonra hərracın nəticələrini mübahisələndirməsindəki əsas niyyətinin (mənzildən cıxmaq kimi niyyətinin olmaması, icra sənədinin icrasını gecikdirmək, icraya süni maneə törətmək) müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

34. Bundan əlavə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hərraca çıxarılan mübahisəli əmlak hərracdan öncə paylı mülkiyyətdə olmuş və hal-hazırda İddiaçı həmin mənzilin açıq hərracdan satılması nəticəsində əldə etdiyi məbləği qaytarmaq niyyətinin olmasını bildirsə də, bunun əksinə olaraq digər mülkiyyətçi X10 həmin məbləği qaytarmaq iqtidarında olmadığını bildirmişdir. Hərracın nəticələrinin etibarsız hesab olunacağı halda hər bir tərəf öz aldığının qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısına çevrilir. Həmin məbləğin isə keçmiş mülkiyyətçi X10 tərəfindən qaytarılması işin mübahisəli halıdır. Bu halda vicdanlı əldə edən kimi Cavabdeh2 mülkiyyət hüquqları pozulur, halbuki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, iddia tələbi ilə mübahisələndirilən hərracın nəticəsinin etibarsızlığı üçün heç bir əsas olmadığı, bununla da iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir.

Məhkəmə xərcləri.

36. İddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Cavabdeh2, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X8 qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər “X2 Mərkəzi” MMC-yə, Cavabdeh2, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X8 qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddia üzrə İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar