Məhkəmə qərarları › İş №e-2(010)-1161/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1161/2023

10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1161/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlakdan məcburi pay almaq hüququ pozulduğu üçün 07 aprel 2000-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evə dair Cavabdeh adına 18 yanvar 2003-cü il tarixdə verilmiş Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda reyestrdə 2-V-06 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Cavabdeh adına Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 06 mart 2003-cü il tarixdə verilmiş FM seriyalı 019622 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, vətəndaş Cavabdeh ilə X22 arasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evin 2/7 hissəsinin Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda 16 aprel 2004-cü il tarixdə alğı-satqısına dair AN-İ ******* nömrəli (reyestrdə 4Ə-1/204) müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evə dair onun məcburi payının nəzərə alınmaqla miras əmlakda payların yenidən müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Yaşadığı ev mərhum atası X8 məxsus olmuşdur. Bu yaxınlarda o atasından miras qalmış əmlakın ona aid olan hissəsini öz adına sənədləşdirmək istəyərkən, ona məlum olmuşdur ki, miras əmlak bütünlüklə qardaşı oğlu Cavabdeh adına sənədləşdirilmişdir. Belə ki, atası X5 verdiyi vəsiyyətnaməyə əsasən, evə dair nəvəsi Cavabdeh adına 18 yanvar 2003-cü il tarixdə Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunda reyestrdə 2-V-06 № ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə əsasında evə dair Cavabdeh adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 019622 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş arayışda onun da həmin evdə qeydiyyatda olan və yaşayan şəxslərin siyahısında olmağı görünür. Lakin, notarius onun həmin evdə məcburi payının olmasına baxmayaraq, bu barədə ona məlumat verməmişdir. Mülki Məcəlləsinin məcburi payla bağlı maddələrinin tələbləri və onun miras əmlakdan məcburi pay almaq hüququ pozulmuşdur. Bundan əlavə Cavabdeh vəsiyyətnamə ilə əldə etdiyi evin 2/7 hissəsini (məcburi pay almaq hüququnu pozmaqla) X1. Bu barədə də ona məlumat verilməmişdir. X11 isə kirayədə qalması barədə ona məlumat vermişlər. İndi isə ona məlum olmuşdur ki, Cavabdeh ona məlumat vermədən (qardaşının xəbəri olmuş, bu barədə vərəsəlik işində məlumat var) miras əmlakı öz adına sənədləşdirmiş və evin 2/7 hissəsini də satmışdır. O, həmin evdə yaşayır, atası öləndən sonra da həmin miras əmlakı vərəsə kimi qəbul edərək idarə edir. Hesab edir ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Cavabdehin etiraz ərizəsi: Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddətidə ötürülmüşdür. Çünki, Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd olunur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətindədir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından və tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin bildirir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri və iddiaçı tərəfindən tələbetmə müddətinin ötürülməsini nəzərə alaraq məhkəmədən mülki iş üzrə, İddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməsi və İddiaçı ona qarşı iddiasının təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Nümayəndə həmçinin iddiaçının həmin mülkdə yaşadığını və bu səbəbdən sənədləşmə aparmağı heç düşünmədiyini bildirdi. İşin məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iş materiallarında olan məhkəmə qətnaməsi ilə sübut edilir ki, iddiaçı vərəsəlik işləri üçün X5 ölüm faktın müəyyən edilməsi barədə iddia qaldırmışdır. Yəni hüquqi prosessual hərəkətlər olmuşdur. Bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin izahatı: Məhkəmənin 19 iyun 2023-cü il tarixli iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 bildirmişdir ki, o, heç vaxt mübahisəli evdə kirayəçi kimi yaşamamışdır. O evi cavabdehdən almış və bu barədə çıxarış da mövcuddur. İddiaçının özü və vəfat etmiş yoldaşının da bu barədə məlumatları olmuş və evin çıxarışını da görmüşlər. O aldığı evə hasar çəkdiyi zaman iddiaçının mətbəx pəncərəsinin bağlanmasını və yerində nəfəslik qoyulmasını təklif etmiş, iddiaçının yoldaşı onunla razılaşmış, lakin İddiaçı onunla razılamamışdır. Onlar ikinci mərtəbədə yaşamış, iddiaçı isə birinci mərtəbədə yaşamışdır. Verilən suallara cavab olaraq E.Məmmədova bildirmişdir ki, onların evlərinin çıxarışları ayrı-ayrıdır. İddiaçının evinə girş qarajın içindəndir, orada 3 otaq var, onun isə öz qapısı mövcuddur. 2002-ci ildən atası, anası, oğlu və özü həmin evdə yaşayırlar. İş materialları: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 2 Bakı şəhəri Orconokidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş, İ-JQ seriyalı, 328371 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası X14, anası X20) xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə 344 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 37 saylı Dövlət Notariat ofisi tərəfindən açılmış X5 2-V-06 nömrəli xx.xx.2002 – xx.xx.2003 tarixli vərəsəlik işinin surətindən görünür ki: a) xx.xx.1999-cu il tarixdə reyestr nömrəsi 2-V-33 vəsiyyətnamə verərək, ona məxsus bütün əmlakını, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 5 nömrəli dalanın 5 nömrəli evi, nəvəsi Cavabdeh vəsiyyət etmiş və bununla bağlı Cavabdeh xx.xx.2003-cü ildə 2-V-06 nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. b) Bakı şəhər X7 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu tərəfindən verilmiş 8 avqust 1967-ci il tarixli Çıxarışa əsasən Əzizbəyov küçəsi, dalan 5, 5 nömrəli ev X6 məxsusdur. c) Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ seriyalı, 033391 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 07 aprel 2000-ci il tarixdə ürək fəaliyyətinin dayanması, kəskin miokard infaktı səbəbindən Bakı şəhəri, Suraxanı rayonda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. d) Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ seriyalı, 143481 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 25 aprel 2002-ci il tarixdə ürək fəaliyyətinin dayanması, kəskin ürək-damar çatışmazlığı səbəbindən Bakı şəhəri, Suraxanı rayonda ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 335 nömrə ilə qeyd edilmişdir. e) Bakı şəhəri Ordjonikidze rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş, X-JQ seriyalı, 426163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İsgəndər oğlu (ata X12, ana X24) xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 218 nömrə ilə qeyd edilmişdir. f) Bakı şəhəri Ordjonikidze rayonu VVAQ Bürosu tərəfindən xx.xx.1946-cı il tarixdə verilmiş, AZ seriyalı, 040204 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X21 04 sntyabr 1946-cı ildə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında xx.xx.1946-cı il tarixdə 395 nömrə ilə qeyd edilmişdir. Arvada Məlikova soyadı verilmişdir. g) Bakı şəhəri Ordjonikidze rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş, İ-İE seriyalı, 268683 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (ata X14, ana X20) 21 mart 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 551 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 37 saylı Dövlət Notariat ofisi tərəfindən açılmış 4-Ə-1/204 nömrəli xx.xx.2004-cü il tarixli notariat işinin surətindən görünür ki: a) AN-İ № ******* 16 aprel 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 5 nömrəli dalanın 5 nömrəli evin 2/7 hissəsini alıcı X1. X22 37 saylı notariat kontoruna ərizə ünvanlanaraq bildirmişdir ki, həmin evin 2 otağını almağa razıdır. b) Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 019622 nömrəli xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 5 nömrəli dalanın 5 nömrəli evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətinə görə Bakı şəhəri, Bülbülə dalan 5, Əzizbəyov küçəsindəki 5 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 məxsus olmuşdur. 12 avqust 2002-ci tarixdə verilmiş İddiaçı məxsus 232623 nömrəli vəsiqənin surətindən görünür ki, o, İİ qrup əlildir. İddiaçı məxsus xx.xx.2000-ci il tarixli 2592 nömrəli 1986-cı ildə Çernobıl AES-da qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçı vəsiqəsinin surətindən görünür ki, o, MDB məkanında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən üstünlük və imtiyazlara malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 031575 nömrəli TSEK-də müayinə aktından çıxarışın surətindən görünür ki, Məlikov X18 AES-də qəza nəticəsində xəstəliyə tutulduğundan 80% əmək qabiliyyətini itirmiş, bu səbəbdən də ona İİ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasl tərəfindən xx.xx.2009-cu il tarixli müayinə aktına əsasən təkrar müayinədən keçən əlillər üçün verilən 677100 nömrəli SER TSE-01 saylı arayışının notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yerirərkən Çernobıl AES-də qəza nəticəsində əmək qabiliyyətini itirmiş, bu səbəbdən də ona İİ qrup əlillik təyin edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2-528/2001 saylı xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı atası X5 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və X5 xx.xx.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir. Ona vərəsəlik payının müəyyən edilməsi üçün atasının ölümü barədə şəhadətnamə tələb olunurdu. Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 50 saylı arayışından görünür ki, mərhum X14 ilə mərhum X9 bigə nikahlarından X4, X23, X15, X16, İddiaçı, X12 və X17 adlı övladları olmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ seriyalı, 098192 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən X14 04 may 2000-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 373 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş 633 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 5 nömrəli dalanın 5 nömrəli evi xüsusi mülkiyyət hüququ ilə X8 məxsus olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X10 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-4/2- 17296/2023 saylı məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində qeyd edilən dövrə aid məlumat aşkar edilməmişdir. Bununla əlaqədar araşdırılma məqsədilə tibbi sənədləri ilə birlikdə qeydiyyatda ərazi üzrə xidmət göstərən 3 nömrəli tibbi-sosial ekspert komissiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (qüvvədən düşmüş): Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin... Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.... Maddə 537. Vəsiyyət üzrə vərəsəlik Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.... Maddə 538. Vərəsəlikdə məcburi pay hüququ Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Maddə 545. Vəsiyyətnamənin forması Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Maddə 552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Mirası qəbul etmək müddətinin uzadılması Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Maddə 555. Mirası qəbul edənin hüquqları Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə (satmağa, girov qoymağa və s.) haqlı deyildir.... Maddə 561. Vərəsəlik hüququ haqqında şəhadətnamə Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.... Maddə 562. Miras hüququ haqqında şəhadətnamənin verilmə müddəti Vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1249. Mirasa dair sərəncam verilməsinin yolverilməzliyi Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1272. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273-1 . Vərəsənin susması Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi Maddə 57. Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır.... Maddə 60. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”: Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olubolmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İş materiallarından göründüyü kimi, X14 tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş vəsiyyətnamə qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib olunmuşdur. Həmin dövrdə 1964-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, Məlikov Ağakərim 2000-ci ilin aprel (may) ayında rəhmətə getmişdir, həmin müddətdə isə Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi qüvvəyə minməmişdir. Əvvəlki (qüvvədən düşmüş) mülki qanunvericiliyinə əsasən, vəsiyyyətnamə olduğu halda, miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar məcburi pay hüququna malik idilər. Vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini ala bilərdilər. İş materiallarından görünür ki, vəsiyyətnamə əsasında vərəsəlik işi xx.xx.2003-cü il tarixdə açılmış, yuxarıda qeyd olunmuş qanunvericiliyin normalara uyğun olaraq məcburi pay almaq hüququ olan şəxlərin dairəsi yoxlanılmış və yalnız X5 yoldaşı barədə məlumat göstərilmişdir. Həmin dövrdə isə onun həyat yoldaşı (əmək qabiliyyətsiz) vəfat etmişdir. Vərəsəlik işindən həmçinin müəyyən olunur ki, notariat kontoruna əmək qabiliyyəti olmayan qanun üzrə digər vərəsələr barədə məlumat verilməmişdir. İddiaçının əmək qabiliyyətinin olmaması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə İddiaçı həqiqətən də 1986-cı ildə Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onun əliliyi müəyyən edilmişdir. Lakin, məhz miras açıldığı zaman, yəni 2000-ci ilin aprel (may) aylarında onun əmək qabiliyyətsiz olması iş materialları ilə müəyyən olunmur. Vərəsəlik şəhadətnaməsi həm əvvəlki həm də hal-hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla, 6 ay gözləmək şərti ilə, verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, göstərilənlərə əsasən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bundan əlavə, məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı atası X5 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və X5 xx.xx.2000-ci il tarixdə ölməsi faktı müəyyən edilmişdir, lakin, həmin vaxt Ağakərim Məlikovun rəhmətə getməsi ilə əlaqədar artıq ölüm haqqında şəhadətnamə mövcud olmuşdur. Həmin qətnamə ilə həmçinin müəyyən olunur ki, atasının ölüm haqqında şəhadətnaməsi ona vərəsəlik payının müəyyən edilməsi üçün lazım olmuşdur. Beləliklə də, məhkəməyə aydın olur ki, iddiaçının keçən 22 il ərzində öz hüquqları barədə məlumatı olmuş, lakin o, vərəsəliklə (məcburi payın alınması ilə) bağlı heç bir hərəkət etməmişdir. Eyni zamanda, qanunvericiliyin tələbindən də görünür ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı, həmçinin, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsi düzgün verilmiş olduğu üçün, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi üçün əsas yoxdur. İddiaçının müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh tam hüquqlu mülkiyyətçi olaraq, notarial qaydasında bağlanmış alğı-satqı müqaviləsi üzrə, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi dalan 5, 5 nömrəli evin tam payından yeddidə iki (2/7) hissəsini (2 otağını) X1. İddiaçının X2 olduğunu bilməsi kimi dəliləri iş materialları ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ilə X22 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə alınmış qeydiyyat vəsiqəsi (çıxarış) tam əsaslıdır və ləğv olunmamalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakda payların yenidən müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar