Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1180/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1 Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdehlər Cavabdeh və Zamin iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərin yerinə yetirməməsi nəticəsində yaranmış 9331.17 ABŞ dolları əsas, 3111.52 ABŞ dolları lizinq mükafatı, 4639.01 ABŞ dolları dəbbə, cəmi 17081.70 ABŞ dolları borcu və 178 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh və Zamin ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddələrinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1180/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1180/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver