Məhkəmə qərarları › İş №e-2(010)-1201/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1201/2021

03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1201/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi və ödənilmiş pulun smart karta yüklənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi və ödənilmiş pulun smart karta yüklənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və ona təbii qaza əsassız hesablanmış 216 manat məbləğində bocun silinməsi və ödənilərkən həmin borcun ödənilməsinə qanunsuz silinmiş məbləğlərin “X1” alınaraq, İddiaçı adına olan 00048C4DEACB5D80 nömrəli smart yüklənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə bağlanmış müqavilə üzrə onun qeydiyyatda olduğu və yaşadığı ünvandakı evi cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu smart tipli sayğacla aparılır. xx.xx.2020-ci il tarixə qədər borcu olmamışdır, həmişə smart karta pul yükləməklə təbii qazdan istifadə etmişdir. xx.xx.2020-ci ildə smart karta 5 manat pul yüklədikdə e-manatdan verilən çekdə ödədiyi məbləğin 0,50 manatının borca silinməsini görmüşdür. Elə həmin gün cavabdehin Suraxanı qəsəbəsindəki ərazi idarəsinə müraciət etdikdə, ordan ona bildirildi ki, onun 216 manat borcu vardır. Həmin borc ona xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesablanıb. Halbuki nə borcun hesablanması barədə ona bildiriş göndərilmişdir, nə də o barədə məlumatı olmuşdur. xx xxxxxx 2020-ci il tarixli akt ona, xx.xx.2020-ci ildə bir ildən sonra təqdim edilmişdir, həmin aktı alarkən gördü ki, onun həmin akta iştirak etməyindən imtina etməyi göstərilmişdir, halbuki akt tərtib edilərkən o, orda iştirak etməmişdir. Aktın işin faktiki hallarını əks etdirməməsini, onun iştirakı olmadan tərtib edilməsini o da təsdiq edir ki, aktda onun həmin ünvandakı nöqtədə qazdan istifadə etməsi göstərilir. Halbuki aktda göstərilən qaz sobasından o, istifadə etmir, o yalnız PQ-2 qaz plitəsindən və qazla işləyən su qızdırıcısından istifadə edir. Cavabdehlə onun arasında bağlanmış müqavilədə də onun yalnız PQ-2 qaz plitəsindən və qazla işləyən su qızdırıcısından istifadə etməsi göstərilmişdir. Cavabdeh hesablamalarının hüquqi əsaslarını iddiaçıya bildirməmiş və sübuta yetirməmişdir. Bələliklə cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış 12/13862 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilənin 3.3-cü bəndində paylayıcısının istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsi tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcu mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Eyni zamanda mübahisələndirilən aktda sayğacdakı qüsur kimi “sayğacın klapanın işlək olmaması, yivli birləşmənin korrpoziyaya uğradığı sayğacın element yuvasının qapağına vurulan plombun rənginin hesablama mexanizminin qoruyucu örtüyün rəngindən fərqli olması, Alarm-1 rejiminin aşkar olması göstərilmişdir. Əgər həqiqətən də qeyd edilən nöqsanlar aşkar edilmişdirsə həmin nöqsanlar ona aid deyillər, cavabdehlərin özünə aiddirlər. Bundan başqa həmin sayğac 2019-cu ilin avqust ayında cavabdehin əməkdaşları tərəfindən çıxarılmışdır, mübahisələndirilən aktın olunduğu 2020-ci ilin yanvar ayına qədər 5 ay həmin sayğac cavabdehdə olmuşdur və bu müddət ərzində sayğacın harada olması, başına nə gəlməsi məlum deyildir. Müqavilə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Cavabdehlə təşkilatın nümayəndəsi hər ay sayğaca baxış keçirir və həqiqətən də sayğacda hər hansı qüsur, müdaxilə var idisə niyə vaxtında aşkar edilmirdi. Hazırki iş üzrə sübutemə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsiz nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Cavabdeh İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və ona təbii qaza əsassız hesablanmış 2016 manat məbləğində bocun silinməsi və ödənilərkən həmin borcun ödənilməsinə qanunsuz silinmiş məbləğlərin “X1” alınaraq, İddiaçı adına olan 00048C4DEACB5D80 nömrəli smart yüklənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü hesab edilməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı İddiaçı arasında qazın alqı-satqısı” barədə müqavilə ilə istehlakçı İddiaçı məxsus ünvan 1 mənzil 8 ünvanı Cavabdeh tərəfindən qazla təchiz edilmişdir. xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında akta əsasən İddiaçı yaşadığı ünvanda 1002AQ**********6 nömrəli qaz sayğacı digər qaz sayğacı ilə əvəzləşdirildi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən, istehlakçı İddiaçı məxsus Suraxanı rayonu, Mədən 5, ob 18, ev 0, mənzil 8 ünvanındakı 1002AQ**********6 nömrəli qaz sayğacına baxış keçirilmiş və G-4 markalı 1002AQ**********6 nömrəli sayğacın “sayğacın klapanın işlək olmaması, yivli birləşmənin korrpoziyaya uğradığı sayğacın element yuvasının qapağına vurulan plombun rənginin hesablama mexanizminin qoruyucu örtüyün rəngindən fərqli olması,Alarm-1 rejiminin aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İstehsalat Biliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən sənayə və məişət qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli 29/1710-02465 saylı aktına əsasən G-4 markalı 1002AQ**********6 skaylı sayğacın klapanı işlək deyildir. ALARM-1 rejimi aşkar olundu. Dəymiş ziyan 2160 kub m həcmində hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırılması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 216 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına görə pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaç İddiaçı ünvan 1 mənzil 8 ünvanına (abonent kodu: **********00080) hesablanmış 216 (iki yüz on atı) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 mənzil 8 (abonent kodu: **********00080) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar