Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1213/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə borc”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 858.76 manat gecikdirilmiş əsas, 82.04 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 335.51 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1084 manat, ümumilikdə 2360.31 manat borc və ödənilmiş 43.61 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri "Azərmaş MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, "Khazar SD” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE168343 ban nömrəli, ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 18 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 458.95 manat, ümumilikdə isə 8261 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 8261 manatın 7247 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1084 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2022-ci il tarixə ümumilikdə 1276.31 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq" müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X1 AZEMİS vasitəsi ilə ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları "Azərmaş MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən 2019-cu il buraxılışlı, "Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE168343 ban nömrəli, ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 18 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 458.95 manat, ümumilikdə isə 8261 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu X2 xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 858,76 manat məbləğində əsas borc, 82.04 manat məbləğində mükafat borcu, 335.51 manat məbləğində cərimə olmaqla cəmi 1276.31 manat məbləğində borcu vardır. Qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşına 590,00 manat məbləğində ümumi xidmət haqqı, 494,00 manat ehtiyat hissələrinin dəyəri olmaqla ümumilikdə 1084,00 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.7 Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.12 Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1 Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.3 Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi "Azərmaş MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, "Khazar SD” markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE168343 ban nömrəli, ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 18 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 458.95 manat, ümumilikdə isə 8261 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi irəli sürərək, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 858.76 manat gecikdirilmiş əsas, 82.04 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 335.51 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1084 manat, ümumilikdə 2360.31 manat borc və ödənilmiş 43.61 manat dövlət rüsumu ' Azərmaş” MMC-nin xeyrinə tutulmasını tələb edir. Məhkəmə iş materiallarında olan qüsur aktına əsasən müəyyən edir ki, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 590,00 manat məbləğində ümumi xidmət haqqı, 494,00 manat ehtiyat hissələrinin dəyəri olmaqla ümumilikdə 1084,00 manat məbləğində ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə görə təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı hazırki iddia tələbi üzrə 335,51 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 150 (bir yüz əlli) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmənin gəldiyi nəticə Beləliklə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borca görə 858,76 manat, mükafat borcuna görə 82.04 manat və cərimə borcuna görə 150 manat, lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası xərcinə görə 1084 manat olmaqla cəmi 2174,8 (iki min bir yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən dövlət rüsumuna görə ödənilmiş 43,61 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borca görə 858,76 (səkkiz yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat, mükafat borcuna görə 82.04 (səksən iki manat dörd qəpik) manat və cərimə borcuna görə 150 (bir yüz əlli) manat, lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası xərcinə görə 1084 (bir min səksən dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 43,61 (qırx üç manat altmış bir qəpik) manat olmaqla ümumilikdə 2218,41 (iki min iki yüz on səkkiz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1213/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1213/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver