Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1291/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri alınması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı (bundan sonrakı mətndə İddiaçı MMC) Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri alınması” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat) məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 189 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış 27 noyabr 2021-ci il tarixli MAS-4256 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-4256 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. X3 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli EQ 10751709saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli EQ 10751707 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751715 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751718 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751717 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751723 saylı protokola görə 36 manat, ümumilikdə 189 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir.
İş materialları.
3. İddiaçı MMC ilə X1 və Cavabdeh arasında bağlanmış 27 noyabr 2021-ci il tarixli MAS-4256 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-4256 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir.
4. Elektron portaldan edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli EQ 10751709 saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli EQ 10751707 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751715 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751718 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751717 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751723 saylı protokola görə 36 manat, ümumilikdə 189 manat məbləğində cərimə edilmişdir.
5. xx.xx.2022-ci il tarixli **********, **********, **********, **********, ********** və ********** nömrəli mədaxil qəbzlərində görünür ki, xx.xx.2021-ci il tarixli EQ 10751709 saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli EQ 10751707 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751715 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751718 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751717 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751723 saylı protokola görə 36 manat, ümumilikdə 189 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir.
6. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə inzibati xəta haqqında protokollara görə ödənilmiş 189 manatın ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
8. İddiaçı MMC ilə X1 və Cavabdeh arasında bağlanmış “Öhdəliklərin ötürülməsi” müqaviləsinin bağlanması və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə nəqliyyat vasitəsinin verilməsi, həmin nəqliyyat vasitəsinin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar inzibati qaydada cərimələnməsi və cərimə pullarının iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385. Öhdəlik anlayışı. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi.
10. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
11. Belə ki, “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR X3 tərəfindən inzibati qaydada cərimələnmiş və həmin inzibati xətalara görə xx.xx.2021-ci il tarixli EQ 10751709 saylı, xx.xx.2021-ci il tarixli EQ 10751707 saylı, xx.xx.2022-ci il tarixli EQ 10751715 saylı, xx.xx.2022-ci il tarixli EQ 10751718 saylı, xx.xx.2022-ci il tarixli EQ 10751717 saylı, xx.xx.2022-ci il tarixli EQ 10751723 saylı protokol tərtib edilmişdir. Lakin Cavabdeh tərəfindən inzibati xəta haqqında protokolara görə yazılmış 189 manat məbləğində pul ödənilmədiyindən, nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC tərəfindən həmin məbləğ ödənilmişdir.
12. Bu səbəbdən 189 manat məbləğində pulun tələb olunması ilə bağlı iddia tələbi əsaslıdır.
Məhkəmə xərcləri.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
16. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2021-ci il tarixli EQ 10751709 saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli EQ 10751707 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751715 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751718 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751717 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751723 saylı protokola görə 36 manat, ümumilikdə 189 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli EQ 10751709 saylı protokola görə 45 manat, xx.xx.2021-ci il tarixli EQ 10751707 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751715 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751718 saylı protokola görə 9 manat, xx.xx.2022-ci il tarixli EQ 10751717 saylı protokola görə 45 manat, xx.xx.2022-ci il tarixli EQ 10751723 saylı protokola görə 36 manat, ümumilikdə 189 (bir yüz səksən doqquz) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.