Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1334/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh X2 lizinq obyekti olan "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2190 manat pul və ödənilmiş 42.90 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə X6 arasında bağlanmış 25.02.2021-ci il tarixli MAS-3337 saylı "Daxili lizinq müqavitəsi"nə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar LX" minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800155 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 17352 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdeh "Daxili lizinq’ müqaviləsi və ‘Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. 'Azərmaş” MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli 2(010)-5259/2021 saylı qətnaməsi ilə (hakim S Miriyeva) iddiaçı ‘Azərmaş’ MMC-nin iddasını qismən təmin edilərək 25.02.2021-ci il tarixli MAS-3337 saylı "Daxili Lizinq" müqaviləsinin ləğv edilməsi, lizinq obyeti olan 2021- cı il buraxlışlı. “Khazar LX" markalı. **-PR-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçisi ‘Azərmaş" MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1857 17 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan "Khazar LX" markalı. **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.10.2021-cı il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2190 manat ziyan dəymişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə X6 arasında bağlanmış 25.02.2021-ci il tarixli MAS-3337 saylı "Daxili lizinq müqavitəsi"nə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar LX" minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800155 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür Suraxanı rayon məhkəməsinin 07.10.2021-ci il tarixli 2(010)-5259/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair İddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.02.2021-ci il tarixli, MAS-3337 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800155 ban nömrəli, ağ rəngli avtomobil İddiaçınə geri qaytarılsın. Cavabdeh 25.02.2021-ci il tarixli, MAS-3337 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1178.91 manat əsas, 668.26 manat mükafat və 10 manat dəbbə pulu, ümumilikdə 1857.17 manat (min səkkiz yüz əlli yeddi manat on yeddi qəpik) məbləğində pul və ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu İddiaçı xeyrinə tutulması, İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 31.01.2022-ci il tarixli İddiaçı MMC-nin X5 ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, lizinq obyektinə dəymiş ziyanı 7 gün ərzində ödənilməsini ondan tələb edilmiş, Əks təqdirdə lizinq obyektinə dəymiş ziyanın məhkəmə qaydasında tələb ediləcəyi bildirlmişdir. Qüsur aktından müəyyən olunur ki, “Khazar LX” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 2190 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmənin mövqeyi İddiaçı MMC ilə X6 arasında bağlanmış 25.02.2021-ci il tarixli MAS-3337 saylı "Daxili lizinq müqavitəsi"nə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar LX" minik markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800155 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqavilesrnin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X6 illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı iddia tələbi irəli sürərək sonuncudan lizinq obyekti olan "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 2190 manat və ödənilmiş dövlət rüsumuna görə 42.90 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulmasını tələb edir. Suraxanı rayon məhkəməsinin 07.10.2021-ci il tarixli 2(010)-5259/2021 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25.02.2021-ci il tarixli, MAS-3337 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800155 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçınə geri qaytarılması, Cavabdeh 25.02.2021-ci il tarixli, MAS-3337 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1178.91 manat əsas, 668.26 manat mükafat və 10 manat dəbbə pulu, ümumilikdə 1857.17 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə müəyyən edir ki, hazırda “Khazar LX” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800155 ban nömrəli, ağ rəngli avtomobil hazırda iddiaçının istifadə və sahibliyindədir. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.10.2021-cı il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2190 manat ziyan dəymişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 lizinq obyekti olan "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2190 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 42,90 (qırx iki manat doxsan qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 lizinq obyekti olan "Khazar LX" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2190 (iki min yüz doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 42.90 (qırx iki manat doxsan qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1334/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1334/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver