Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1374/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə bağlanmış 05 dekabr 2019-cu il tarixli MAS-1621 saylı "Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, "Khazar LX’’ minik markalı, **-PD-*** dövlət qeydiyyat nışanlı, NVABA1HHFLF630151 ban nömrəli, göy rəngli avtomobllin mülkiyyətçi “Azərmaş" MMC-yə geri qaytarılması, Cavabdeh C-5 dekabr 2019-cu il tarixli MAS- 1621 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 yanvar 2022-ci il tarixə 2183.7 manat gecikdirilmiş əsas, 124.16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 795.98 manat dəbbə pulu, ümumilikdə 3103.84 manat gecıkdirilmiş borc və ödənilmiş 51.44 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia ərizəsinə əlavə verərək "xxxx" MMC ilə bağlanmış 05 dekabr 2019-cu il tarixli MAS-1621 saylı "Daxili lizinq" müqaviləsi ləğv edilməsi, Cavabdeh C-5 dekabr 2019-cu il tarixli MAS- 1621 saylı "Dəxili lizinq" müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17.02.2022-ci il tarixə 2513.55 manat gecikdirilmiş əsas, 179.37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1463.93 manat dəbbə pulu, ümumilikdə 4156.85 manat gecıkdirilmiş borc və ödənilmiş 62.38 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında razılıq əldə olunduğunu və bu səbəbdən iddia üzrə ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1374/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1374/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver