Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1488/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Resbuplikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Resbuplikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən SOCAR-ın İddiaçı istismarında olan Dübəndi Böyük-Şor və Dübəndi-Suraxanı Dş 300 mm-lik neft kəmərinin Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu deyilən ərazidən keçən hissəsində, kəmərin 24.5-ci kmdə, kəmərdən 47 m aralı məsafədə, Cavabdeh tərəfindən fərdi yaşayış evinin, hasarın və yeni otaq tikilisinin cavabdehin hesabına sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə öldüyünü bildirərək, onun arvadı X2 varisi kimi işə cəlb edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən (xx.xx.2023) iki gün əvvəl – xx.xx.2023-cü il tarixdə ölmüşdür. Nəzərə alınmalıdır ki, bu şəxs iddia ərizəsi məhkəmənin icraatına daxil olmazdan əvvəl ölmüş olduğundan onun proses iştirakçısı kimi tanınması istisna edilməlidir. Əks yanaşma, ölmüş şəxsin prosessual statusunun məhkəmə tərəfindən tanınması deməkdir ki, bu yolverilməzdir. Bu səbəbdən iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi ölmüş cavabdehin hüquq varisi ilə əvəz edilməsi də mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci və 261.0.7-ci maddələrində “iş üzrə tərəf olan şəxs” öldükdən sonra iş üzrə icraatın dayandırılmasından və icraata xitam verilməsindən bəhs edilir. Yəni bu maddənin tətbiq edilə bilməsi üçün işin icraata qəbul edildiyi vaxt sağ olan və iş üzrə tərəf kimi qəbul edilmiş şəxs iş icraatda olduğu dövrdə ölmüş olmalıdır. Hazırkı işdən isə görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi məhkəməyə daxil olmazdan əvvəl artıq ölmüşdür. Bu baxımdan nə həmin Məcəllənin icraata xitam verilmənin əsasını nəzərdə tutan 261.0.7-ci maddəsinin, nə də məhkəmənin icraatı dayandırmaq vəzifəsini nəzərdə tutuan 254.1.1-ci maddəsinin hazırkı işə aidiyyəti yoxdur. Belə ki, iş üzrə icraata cavabdeh öldüyünə görə yox, iş üzrə cavabdeh ola bilməyəcək şəxsə (ölmüş) şəxsə qarşı iddia qaldırıldığına və bu cür iddiaya məhkəmədə baxılması mümkün olmadığına görə xitam verilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Resbuplikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1488/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1488/2023
14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver