Məhkəmə qərarları › İş №e-2(010)-1498/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1498/2024

22.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1498/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X14 iclas katibliyi, İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızının cavabdehlər Bakı şəhəri 40 saylı Dövlət Notarı̇ at Kontoru, Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 1 saylı Bakı Ərazı̇ İdarəsı̇ və Qulı̇ yeva Zənı̇ fə Bəyməmməd qızına qarşı məcburi payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızı cavabdehlər Bakı şəhəri 40 saylı Dövlət Notarı̇ at Kontoru, Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 1 saylı Bakı ərazı̇ idarəsı̇ və Qulı̇ yeva Zənı̇ fə Bəyməmməd qızına qarşı məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı düşən məcburi pay hissəsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Miras qoyan X9 xx.xx.2010-cu ildə tarixdə vəfat etmişdir. Miras qoyanın birinci növbəli 4 vərəsəsi qalmışdır: arvadı-X16, oğlu-Cavabdeh2, qızı-Cavabdeh4 və qızı-X18. Miras əmlak qismində, ünvan 2 ünvanında, istifadədə olan 0,02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308,3 kv.m olan fərdi yaşayış evi qalmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Bəyməmməd Səfərovun mülkiyyətində olmuş və evi oğlu Cavabdeh2 vəsiyyət etmişdir. xx.xx.2011-ci il tarixli "Mülkiyyət hüququ haqqında şəhadətnamə” ilə ünvan 2 ünvanında yerləşən istifadədə olan 0,1051 ha torpaq sahəsində yerləşən 9 otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə Gülvart Səfərovanın hüquqları müəyyən edilmişdir. X5 tərtib etdiyi və Bakı şəhəri 24 saylı DNK tərəfindən təsdiq olunmuş xx.xx.2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, xx.xx.2011-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə Cavabdeh2 miras əmlakdan 3/8 hissədə miras almışdır. X13 miras əmlakın 1/8 hissəsinə dair xx.xx.2011 -ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2011 -ci il tarixli Sazişə əsasən X16 "mülkiyyət hüququ haqqında” və "qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən miras qalmış fərdi yaşayış evindən ona düşən ümumilikdə 5/8 hissədə payını oğlu Cavabdeh2 vermişdir. Cavabdeh2 isə 5/8 hissə miras paya görə X13 2000 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ üzrə evin adına qeydiyyatdan keçirilməsi barədə Çıxarış almışdır. xx.xx.2015-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh2 "B” tikilisini (135,5 kv.m, 4 otaq) bacısı Cavabdeh4 bağışlamışdır. X16 xx.xx.2015-ci ildə tarixdə vəfat etmişdir. İddiaçı Quliyev Almas iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında 0.02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.3 kv.m olan fərdi yaşayış evinə dair 2-V-213 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli "Ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin, 2-V-214 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, 2-V-215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, eləcə də 3-M-1 - 56 reyestr nömrəli xx.xx.2011-ci il tarixli sazişin və Bakı şəhəri 16 saylı notariat kontorunun 4ə-182 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibasız hesab edilməsi, cavabdehin adına ********** qeydiyyat nömrəli, xx.xx.2011 -ci il tarixli çıxarışın və ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(010)-397/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı cavabdehə qarşı məcburi payın tələbi ilə mübahisə açmağa haqlıdır. Nəzərə alsaq ki, iddiaçı atası vəfat etdiyi gündən faktiki olaraq həmin ünvan 2 ünvanında yerləşən istifadədə olan 0,1051 ha torpaq sahəsində yerləşən 9 otaqlı fərdi yaşayış evdə yaşayır və mirası qəbul edib. Mərhum atasına məxsus həmin evin 1/2 payından məcburi payı vardır. Bu pay aşağıdakı kimi, hesablanır: arvadı-X16-1/8; oğlu-Cavabdeh2 Bəyməmməd oğlu-1/8; qızı-Cavabdeh4- 1/8; qızı-X18-1/8; Beləliklə, vəsiyyətnamə olmasaydı İddiaçı Bəymənməd qızına həmin evdən 1/8 miqdarda pay çatmalı idi. Vəsiyyətnamə olduğu üçün bu pay 1/16 miqdarında müəyyən edilir.

Tərəflərin izahatları

3. Cavabdehlər Bakı şəhəri 40 saylı Dövlət Notarı̇ at Kontoru, Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 1 saylı Bakı ərazı̇ idarəsı̇ və Qulı̇ yeva Zənı̇ fə Bəyməmməd qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, Qulı̇ yeva Zənı̇ fə Bəyməmməd qızı və eləcə də Bakı şəhəri 40 saylı Dövlət Notarı̇ at Kontorunun və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 1 saylı Bakı ərazı̇ idarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddiaçının miras əmlakda məcburi payının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızı iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

6. AZ-İV № 385331 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X3, anası X10.

7. AZ-İİ 070833 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə kəskin koronar çatmazlığından vəfat etmiş və bu barədə xx.xx.2010-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 420 № ilə qeyd edilmişdir.

8. 2-V-213 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli "Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 qalmış arvadı ünvan 2-də yaşayan X7rın nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X13 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak : Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş, 32-ci dövlət reyestr kitabının 4890-cı səhifəsində qeyd edilmiş, xx.xx.1996-cı il tarixli, 30/4890 nömrəli, MH-033920 seriyalı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, istifadədə olan 0.1051 hektar torpaq sahəsində yerləşən 9 (doqquz) otaqlı fərdi yaşayış evindən ibarətdir.

9. 2-V-214 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 əmlakının ünvan 2-də yaşayan arvadı X16 1/8 hissəsinə vərəsədir. Göstərilən payda miras əmlak ünvan 2 ünvanında yerləşən, istifadədə olan 0.1051 hektar torpaq sahəsində yerləşən 9 (doqquz) otaqlı fərdi yaşayış evindən ibarətdir.

10. 2-V-215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 əmlakının 3/8 hissəsinə vərəsəsi Cavabdeh2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən, istifadədə olan 0.1051 hektar torpaq sahəsində yerləşən 9 (doqquz) otaqlı fərdi yaşayış evindən ibarətdir.

11. xx.xx.2011-ci il tarixli Sazişdən görünür ki, X16 "mülkiyyət hüququ haqqında” və "qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən miras qalmış fərdi yaşayış evindən ona düşən ümumilikdə 5/8 hissədə payını oğlu Cavabdeh2 vermişdir. Cavabdeh2 isə 5/8 hissə miras paya görə X13 2000 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.

12. AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında ƏMDK yanında DƏDRX-nin xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququ əldə etmişdir.

13. İddiaçı 7E-1463 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli ərizəsindən göründüyü kimi, o, Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin Cavabdeh4 bağışlanmasına etiraz etməmişdir.

14. xx.xx.2015-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 135.5 kv.m olan 4 otaqlı “B” tikilisini Cavabdeh4 bağışlamışdır.

15. AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında ƏMDK yanında DƏDRX-nin xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 172.8 kv.m olan fərdi yaşayış Cavabdeh2 tam mülkiyyətindədir.

16. AZ-İİ 070821 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci ildə tarixdə durğunluq, ürək çatışmazlığından vəfat etmiş və bu barədə xx.xx.2015-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 651 № ilə qeyd edilmişdir.

17. AR İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yaninda ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n 1 saylı Bakı ərazi idarəsı̇ nin xx.xx.2022-ci il tarixli soğuya ünvanlanmış cavab məktubundan görünür ki, ünvan 8 ünvanında, istifadədə olan 0.02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.3 kv.m olan fərdi yaşayış evi Bakı şəhəri 40 saylı notariat kontorunun 2- V-213 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”yə, Bakı şəhəri 40 saylı notariat kontorunun 2-V-214 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə, Bakı şəhəri 40 saylı notariat kontorunun 2-V-215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə”yə, eləcə də Bakı şəhəri 40 saylı notariat kontorunun 3-M-1-56 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli sazişə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış ilə qeydiyyata alınması qeyd olunmuşdur.

18. Bakı şəhəri 40 sayıl Notariat ofisinin İddiaçı sorğusuna cavab olaraq ünvalanmış xx.xx.2022-ci il tarixli, X-799 nömrəli məktubdan görünür ki, X5 vərəsəsi, oğlu Cavabdeh2 tərəfindən xx.xx.2011-cı il tarixdə və arvadı X16 tərəfindən xx.xx.2011 -ci il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra vərəsəlik işi açılmışdır. Cavabdeh2 xx.xx.2011-ci il tarixli, 2V-215 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X13 isə xx.xx.2011-ci il tarixli, 2V-213 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə və xx.xx.2011-ci il tarixli, 2V-214 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin onun notariat orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətindən əvvəl vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün onu vərəsəliyin dairəsinə daxil etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən, miras qoyana məxsus fərdi yaşayış evinə onun oğlu Cavabdeh2 vəsiyyətnamə üzrə, onun arvadı X13 mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildikdən sonra xx.xx.2022-ci il tarixdə notariat orqanına ünvanlanmış ərizə ilə onu vərəsəliyin dairəsinə daxil etmələrinin və vərəsəlik hüququ haqqında şəhadətnamə vermələrinin qanunvericilikdə nəzərdə tutulmadığı üçün bu məsələ ilə bağlı məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. 19.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh4 və İddiaçı ləyaqətsiz vərəsə hesab edilərək vərəslik hüquqlarından mərhum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və X8 Cavabdeh4 və İddiaçı qarşı ləyaqətsiz vərəsə hesab edilmələri və vərəslik hüquqlarından mərhum edilmələri barədə iddiası təmin edilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3297/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-397/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızının cavabdehlər Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, Baki şəhəri 40 Sayli Notarı̇ at ofı̇ si, Azəraycan Respublı̇ kasının İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi Yaninda ƏMDX-nin DƏDKR Publı̇ k Hüquqı̇ şəxsı̇ n 1 saylı Bakı ərazi idarəsı̇ nə qarşı vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-397/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, beləliklə müəyyən olunur ki, miras evə vəsiyyətnamə olduğundan onun barəsində qanun üzrə vərəsəlik hüququ yaranmamışdır, yəni iddiaçı, mirası faktiki qəbul edibetməməsindən asılı olmayaraq, qanun üzrə pay hüququna malik olan şəxs olmamışdır. Ona görə də onun həmin əsasla, eləcə də miras əmlak barəsində vərəsəlik işi açılarkən digər vərəsələrin notariusdan gizlədilməsi əsası ilə hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. Həmçinin evin cavabdehə vəsiyyət edilməsi də mübahisələndirilməmişdir. Mübahisəli əmlak vəsiyyətnamə ilə Cavabdeh2 vəsiyyət edildiyi üçün iddiaçı miras əmlakdan məcburi pay almaq hüququna malik olmuşdur, buna görə də, o, yalnız məcburi payı tələb edə bilər, həmin tələbin əsaslı olub-olmaması isə hazırkı işin predmetinə aid deyildir. (Qeyd olunan qətnamə kassasiya instansiyasında qüvvədə saxlanılmışdır). İşin faktiki halları

21. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı atası - xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vəsiyyətnamə olduğundan həmin əmlaka birinci növbəli vərəsə kimi 1/16 hissədə məcburi payının olduğunu iddia edir və mübahisəli miras əmlaka məcburi payının müəyyən edilməsini tələb edir. Mübahisəli miras əmlakla bağlı vəsiyyətnamə mövcud olmuş, həmçinin həmin əmlakın yarı hissəsi birgə nikah dövründə qazanılmış əmlak kimi miras qoyanın sağ qalmış arvadına (tərəflərin mərhum anaları) keçmiş, sonradan miras əmlak vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 və mərhum anası arasında bölünmüş, daha sonra isə mərhum anası razılaşma əsasında öz payını Cavabdeh2 vermişdir. Miras əmlakın bir hissəsi iddiaçının da notarial razılığı əsasında digər Cavabdeh4 bağışlanmışdır. Tərəflər arasında əvvəllər də miras əmlakla bağlı məhkəmə mübahisələri olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Novruz oğlu iddia tələbini qəbul etmədiklərini bildirmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.)

23. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı. Qərarda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarın tətbiq dairəsi ilə bağlı isə qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

25. Məhkəmə işin faktiki hallarını, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

26. Məhkəmə ilk öncə mübahisəyə tətqib edilməli olan maddi hüquq normalarının müəyyənləşdirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarının hazırkı mübahisəyə tətbiqi imkanlarını nəzərdən keçirərkən qeyd edilməlidir ki, aktın rəsir dairəsinə görə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalı, eyni zamanda Ali Məhkəmənin sorğusuna səbəb olmuş yekunlaşmayan mülki işlərə və sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə dayandırılan işlərə də tətbiq olunmalıdır. Hazırkı iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Qərar isə 26 dekabr 2023-cü ildə qəbul edilmişdir. Vərəsəlik münasibətləri isə 2010-cu ildə yaranmışdır. Deməli, hazırkı mübahisə həmin Qərarın təsir dairəsinə düşmür və Qərar hazırkı mübahisəyə tətbiq edilməməlidir.

27. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni zamanda o da qeyd edilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

28. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı mərhum atasından qalmış miras əmlaka münasibətdə məcburi payının müəyyən edilməsini tələb etsə də, lakin məcburi payı mülki qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qəbul etməmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh2 vəfat etməsindən sonra miras əmlaka dair vərəsəlik işi açılmış və vərəsələr dairəsi müəyyən edildikdən sonra həmin vərəsələr tərəfindən vərəsəliklə bağlı miras əmlakın qəbul edilməsinə dair müvafiq prosedurlar həyata keçirilmişdir. Hazırki iş üzrə İddiaçı da miras əmlaka dair vərəsəlik işinin açılmasından xəbəri olmuşdur. Belə ki iş materiallarında olan İddiaçı 7E-1463 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli ərizəsindən göründüyü kimi, o, Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin Cavabdeh4 bağışlanmasına etiraz etməmişdir. Göründüyü kimi, iddiaçı vərəsəlik işinin açılmasından, mərhum atasına məxsus əmlakın qardaşının mülkiyyətinə keçməsindən xəbərdar olmuş və eyni zamanda həmin əmlakdan müəyyən hissəsinin bacısına bağışlanmasına etirazının olmadığını rəsmi şəkildə bildirmişdir. Mülki Məcəllənin 1202.2-ci maddəsində qeyd edilmişdir ki, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Bu vaxt isə Həmin Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.) Məhkəmə qeyd edir ki, iddiaçı miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan müddəti şüurlu surətdə ötürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə

29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızının cavabdehlər Bakı şəhəri 40 saylı Dövlət Notarı̇ at Kontoru, Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 1 saylı Bakı Ərazı̇ İdarəsı̇ və Qulı̇ yeva Zənı̇ fə Bəyməmməd qızına qarşı məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Qulı̇ yeva Almas Bəyməmməd qızının cavabdehlər Bakı şəhəri 40 saylı Dövlət Notarı̇ at Kontoru, Səfərov Vaqı̇ f Bəyməmməd oğlu, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nı̇ n 1 saylı Bakı Ərazı̇ İdarəsı̇ və Qulı̇ yeva Zənı̇ fə Bəyməmməd qızına qarşı məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar