Məhkəmə qərarları › İş №e-2(010)-1734/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1734/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1734/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.08.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Paltaryuyan üçün 468 (dörd yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38142 olan X1 8 markalı telefon üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə , 07.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80582 olan X1 8 Pro markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə və 34.51manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1451 manat Cavabdeh alınıb, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh. "xxxx" MMC ilə 29.08.2020-ci il, 25.05.2020-ci il, 07.11.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Paltaryuyan, İMEİ kodu **********38142 olan X1 8 markalı telefon, İMEİ kodu **********80582 olan X1 8 Pro markalı telefon almış və nəticədə 1451 (min dörd yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 779.4 (yeddi yüz yetmiş doqquz manat qırx qəpik) manat (18 ay x 45.3 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN Paltaryuyan üçün ümumilikdə, 514 (beş yüz on dörd) manat olmaqla ondan, 468 (dörd yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 (qırx altı) manat cərimə miqdarında borc yaranmışdır. 25.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 633.6 (altı yüz otuz üç manat altmış qəpik) manat (18 ay x 35.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********38142 olan X1 8 markalı telefon üçün ümumilikdə, 277 (iki yüz yetmiş yeddi) manat olmaqla ondan, 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə, 07.11.2020- ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 837 (səkkiz yüz otuz yeddi) manat (18 ay x 46.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********80582 olan X1 8 Pro markalı telefon üçün ümumilikdə, 660 (altı yüz altmış) manat olmaqla ondan, 600 (altı yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60 (altmış) manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 930 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 avqust 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 779.4 manat olan HOFFMANN Paltaryuyan hər ay 43.3 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 25 may 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 633.6 manat olan İMEİ kodu **********38142 olan X1 8 markalı telefon hər ay 35.2 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 07 noyabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 837 manat olan İMEİ kodu **********80582 olan X1 8 Pro markalı telefon hər ay 46.5 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 16 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 29 avqust 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 468 manat ödənilməmiş əsas məbləğ və 46 manat cərimə olmaqla – cəmi 514 manat məbləğində, 25 may 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 252 manat ödənilməmiş əsas məbləğ və 25 manat cərimə olmaqla – cəmi 277 manat məbləğində və 07 noyabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 600 manat ödənilməmiş əsas məbləğ və 60 manat cərimə olmaqla – cəmi 660 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 29 avqust 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 468 manat ödənilməmiş əsas məbləğ və 46 manat cərimə olmaqla – cəmi 514 manat məbləğində, 25 may 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 252 manat ödənilməmiş əsas məbləğ və 25 manat cərimə olmaqla – cəmi 277 manat məbləğində və 07 noyabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 600 manat ödənilməmiş əsas məbləğ və 60 manat cərimə olmaqla – cəmi 660 manat olmaqla ümumilikdə cəmi 1451 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 34.51 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 29 avqust 2020-ci il tarixli müqavilə üzrə 468 manat məbləğində əsas borc, 46 manat məbləğində cərimə, 25 may 2020-ci il tarixli müqavilə üzrə 252 manat məbləğində əsas borc, 25 manat cərimə və 07 noyabr 2020-ci il tarixli müqavilə üzrə 600 manat məbləğində əsas borc, 60 manat məbləğində cərimə və 34.51 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1485.51 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar