Məhkəmə qərarları › İş №e-2(010)-1764/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1764/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1764/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızına qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları.

1. Abonent kartından görünür ki, abonent kodu **********004, müqavilə nömrəsi №38757675, tarixi xx.xx.2018, xidmət tipi su olan Cavabdeh hesabına su sərfiyatına görə 2018-ci ildən 2023-cü ilin müvafiq ayı daxil olmaqla 592.84 manat borc hesablanmışdır.

2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 10 gün müddətində borc məbləğinin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İşin faktiki halları.

3. Cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızının su sərfiyyatına uyğun olaraq ümumilikdə “Abonent kartına” əsasən 592.84 manat borc yazılması işin mübahisəsiz halıdır.

İddia tələbi.

4. İddiaçı "xxxx" ASC cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 592.8 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5ci maddəsinə müvafiq olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq.

7. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.

8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 136 136.1 Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq həmçinin yaşayış sahəsindən istifadə haqqından (kirayə haqqı) və kommunal xidmətlərə görə haqqdan ibarətdir.

Məhkəmənin mövqeyi.

9. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

10. Belə ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********004) su təchizatı sistemindən suyun verilməsi xidməti göstərilmişdir. İddiaçı tərəf lazımi qaydada öz öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh sudan istifadəyə görə yaranmış borcunu ödəməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin su sərfiyyatına görə yaranmış 592.8 manat borc vəsaitini tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

12. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

15. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 592.8 manat və 30 manat dövlət rüsumu tutularaq ödənilməlidir.

16. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh Orucova Sərbı̇ yyə Saməddı̇ n qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 592.8 manat və 30 manat dövlət rüsumu pul tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar