Məhkəmə qərarları › İş №e-2(010)-1781/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1781/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1781/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********68883 Samsung galaxy A1Os markalı telefon üçün 288 (iki yüz səksən səkkiz ) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, 11.01.2021-ci il tarixli müqaviləsinə əsasən, Themza Çarpayi, Themza Dolab, Themza Termo, Themza Tumba , Matras üçün 2137.8 (iki min yüz otuz yeddi, səksən qəp) manat ödənilməmiş hissə, 213.2 (iki yüz on üç, iyirmi qəp) manat cərimə, 01.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********53764 Samsung Galaxy A21s markalı telefon üçün 607.5 (altı yüz yeddi, əlli qəp) manat ödənilməmiş hissə, 60.5 (altımş, əlli qəp) manat cərimə və 53,35 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3388,35 manat Cavabdeh alınıb, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 22.12.2020-ci il, 11.01.2021-ci il və 01.02.2021- ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********68883 Samsung galaxy A1Os markalı telefon, Themza Çarpayi, Themza Dolab, Themza Termo, Themza Tumba , Matras, İMEİ Kodu **********53764 Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 3335 (üç min üç yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********68883 Samsung galaxy A1Os markalı telefon üçün ümumilikdə, 316 (iiç yüz on altı) manat olmaqla ondan, 288 (iki yüz səksən səkkiz ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə, 11.01.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2332.8 (iki min üç yüz otuz iki,səksən qəp) manat (24 ay x 97.2 manat + 0 manat ilkin ödəniş) Themza Çarpayi , Themza Dolab, Themza Termo, Themza Tumba , Matras üçün ümumilikdə, 2351 (iki min iiç yüz əlli bir) manat olmaqla ondan, 2137.8 (iki min yüz otuz yeddi, səksən qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 213.2 (iki yüz on iiç, iyirmi qəp) manat cərimə, 01.02.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********53764 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 668 (altı yüz altmış səkkiz) manat olmaqla ondan, 607.5 (altı yüz yeddi, əlli qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60.5 (altmış, əlli qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 367.5 manat təşkil edir. Digər tərəfdən, Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 02.02.2022- ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.12.2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 384 manat olan İMEİ Kodu **********68883 Samsung galaxy A1Os markalı telefon hər ay 32 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 2328,80 manat olan Themza Çarpayi , Themza Dolab, Themza Termo, Themza Tumba , Matras hər ay 97.20 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 684 manat olan İMEİ Kodu **********53764 Samsung Galaxy A21s markalı telefon hər ay 38 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 24 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh 22 dekabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 288 manat ödənilməmiş əsas məbləğ və 28 manat cərimə olmaqla – cəmi 316 manat məbləğində, 11 yanvar 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 2137.8 manat ödənilməmiş əsas məbləğ və 213.2 manat cərimə olmaqla – cəmi 2351 manat məbləğində və 01 fevral 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 607.50 manat ödənilməmiş əsas məbləğ və 60.50 manat cərimə olmaqla – cəmi 668 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 285.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 22 dekabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 288 manat ödənilməmiş əsas məbləğ və 28 manat cərimə olmaqla – cəmi 316 manat məbləğində, 11 yanvar 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 2137.8 manat ödənilməmiş əsas məbləğ və 213.2 manat cərimə olmaqla – cəmi 2351 manat məbləğində və 01 fevral 2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 607.50 manat ödənilməmiş əsas məbləğ və 60 manat cərimə olmaqla – cəmi 668 manat olmaqla ümumilikdə cəmi 3335 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 53,35 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 22 dekabr 2020-ci il tarixli müqavilə üzrə 288 manat məbləğində əsas borc, 28 manat məbləğində cərimə, 11 yanvar 2021-ci il tarixli müqavilə üzrə 2137.8 manat məbləğində əsas borc, 213.2 manat cərimə və 01 fevral 2021-ci il tarixli müqavilə üzrə 607.50 manat məbləğində əsas borc, 60 manat məbləğində cərimə və 53,35 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3388,35 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar