Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1848/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər "xxxx" QSC-yə, Sabirabad rayon İcra Şöbəsinə və Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər "xxxx" QSC-yə, Sabirabad rayon İcra Şöbəsinə və Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə 27.10.2021-ci il tarixdə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərzəsi daxil olmuş və o, həmin ərizəsində mülki işin baxılmamış saxlanılması barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22.11.2021-ci il tarixində keçirdiyi məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırki mülki iş üzrə məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə hazırki iş üzrə cavabdehə qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər "xxxx" QSC-yə, Sabirabad rayon İcra Şöbəsinə və Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə qarşı “qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və yeni qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1848/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1848/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver