Məhkəmə qərarları › İş №e-2(010)-1899/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1899/2025

30.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1899/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “yeni abonent müqaviləsinin bağlanması və abonent kodunun iddiaçının adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək digər tanımadığı şəxsin adına yaranmış borcun ondan tələb olunmasının qarşısının alınması, "xxxx" ASC-nin ona qarşı olan bu qanunsuz hərəkətlərinə son qoyulması, onun mənzilinin yenidən sayğacla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək **********60030 nömrəli abonent kodunun onun adına keçirilməsi və müqavilə bağlamaq ödəliyinin cavabdeh "xxxx" ASCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə X3 alğısatqı müqaviləsi əsasında mənzil almışdır. Həmin mənzildə isiq sayğacı olmadığından, sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə tarixdə 3 saylı Asan Kommunal Xidmətinə müraciət etmiş və bununla bağlı ona bildiriş vermişlər. Həmin bildiriş əsasında ödəniş etdiyindən xx.xx.2024-cü il tarixdə mənzilə işıq sayğacı quraşdıraraq təhvil vermişlər. xx.xx.2024-cü il tarixdə sayğacının yerində olmadığını görmüş, "xxxx" ASC-nin Xəzər rayon şöbəsinə yaxınlaşmışdır. Ona bildirilmişdir ki, 2002-ci ildə həmin ünvanda X4 adına sayğac olmadan **********60030 nömrəli abunə koduna 5253.41 manat borc olduğundan onun sayğacı sökülmüşdür. O, xx.xx.2024-cü tarixdə "xxxx" ASC-yə şikayət ərizəsi ilə müraciət etmiş və onun müraciəti araşdırılaraq məktubda "Yaranmış borcun tərəfindən tam ödənildikdən sonra qeyd edilən ünvana yeni elektrik sayğacı quraşdırılması mümkün olacaqdır" bildirilmişdir. Qeyd olunanlara əssaən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində fərdi yaşayış evi almışdır. Fərdi yaşayış evində işıq sayğacı olmadığından, sənədləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə 3 saylı “Asan Kommunal Xidmətinə” müraciət etmiş və ona bildiriş verilmişdir. Həmin bildiriş əsasında ödəniş etdiyindən xx.xx.2024-cü il tarixdə mənzilə işıq sayğacı quraşdıraraq təhvil vermişlər. xx.xx.2024-cü il tarixdə sayğacının yerində olmadığını görmüş, "xxxx" ASC-nin Xəzər rayon şöbəsinə yaxınlaşmışdır. Ona bildirilmişdir ki, 2002-ci ildə həmin ünvanda X4 adına sayğac olmadan **********60030 nömrəli abunə koduna 5253.41 manat borc olduğundan onun sayğacı sökülmüşdür. O, xx.xx.2024-cü tarixdə "xxxx" ASC-yə şikayət ərizəsi ilə müraciət etmiş və onun müraciəti araşdırılaraq məktubda "Yaranmış borcun tərəfindən tam ödənildikdən sonra qeyd edilən ünvana yeni elektrik sayğacı quraşdırılması mümkün olacaqdır" bildirilmişdir. Hal-hazırda ona həmin mənzilə dair yeni kod verilmir, mövcud kodu isə onun adına rəsmiləşdirmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.

İş materialları

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdən İddiaçı məxsusdur. 7.Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixli 815735 nömrəli protokolun surətindən görünür ki, ünvana sayğac quraşdırılmış, möhürlənmişdir.

8. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evi xx.xx.2000-ci il tarixində X1 adına **********60030 nömrəli abunə kodu ilə qeydiyyata alınmış, lakin elektrik sayğacı quraşdırılmamışdır. Fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmaması səbəbindən xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək işlədicilərin gücünə görə orta sərfiyyatla 5253.41 manat dəyərində hesabat açılmış və heç bir ödəniş olunmamışdır. Tərəfindən “Asan Kommunal” Mərkəzinə xx.xx.2024-cü il tarixli ATS **********9732 nömrəli müraciətə əsasən fərdi yaşayış evinə yeni sayğac quraşdırılmışdır. Əməkdaşlar tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin borcu olduğu məlum olmuş və elektrik sayğacı çıxarılmışdır. Yaranmış borc ödənildikdən sonra qeyd edilən ünvana yeni elektrik sayğacı quraşdırılması mümkün olacaqdır.

9. "xxxx" ASC tərəfindən verilmiş Bildirişdən görünür ki, İddiaçı tərəfindən 200 manat məbləğində qoşulma haqqı ödənilmişdir.

10. X6 ilə İddiaçı arasında xx.xx.2024-cü ildə bağlanmış Daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı (X6) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 181.2 kv/m, yaşayış sahəsi 62.8 kv/m, yardımçı sahəsi 25.7 kv/m olan 3 otaqlı fərdi yaşayış evini, tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 181,2 kv/m və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.068 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə 0.04 ha hissəsini alıcının (İddiaçı) mülkiyyətinə verir.

11. Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Bakı Filialı tərəfindən 11 aprel 2025-ci il tarixli Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, araşdırma zamanı istehlakçının abunə haqqında vərəqi təhlil olunarkən məlum olmuşdur ki, enerji təchizatı müəssisəsinin məlumat bazasında xx.xx.2000-ci il tarixində vətəndaş X2 adına **********60030 nömrəli abonent kodu açılmış, xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi hesablaşma elektrik sayğacı olmadan və vətəndaşın fərdi yaşayış evinə metodiki hesabatla 135384 kVts enerji sərfiyyatı yazılmışdır. İstehlakçı tərəfindən bu müddət ərzində ödəniş edilməmiş, nəticədə 5253,41 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesbalanmamış elektik enerjisinin dəyərini enerji təchizatı müəssisəi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

İşin faktiki halları.

12. İddiaçı xx.xx.2024-cü il tarixdə X6 ilə alğı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış evi almış və həmin fərdi yaşayış evində isiq sayğacı olmadığından, sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə tarixdə 3 saylı Asan Kommunal Xidmətinə müraciət etmiş və bununla bağlı ona bildiriş vermişlər. Həmin bildiriş əsasında ödəniş etdiyindən xx.xx.2024-cü il tarixdə mənzilə işıq sayğacı quraşdıraraq təhvil vermişlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin borcu olduğu məlum olmuş və elektrik sayğacı çıxarılmışdır. İddiaçıya yaranmış borcun ödənildikdən sonra qeyd edilən ünvana yeni elektrik sayğacı quraşdırılması mümkün olacağı bildirilmişdir.

13.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı

4. Elektrik enerjisi istehlakının rejimləri və əsas şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

15. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə X6 ilə alğı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış evi almış və həmin fərdi yaşayış evində isiq sayğacı olmadığından, sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə tarixdə 3 saylı Asan Kommunal Xidmətinə müraciət etmiş və bununla bağlı ona bildiriş vermişlər. Həmin bildiriş əsasında ödəniş etdiyindən xx.xx.2024-cü il tarixdə mənzilə işıq sayğacı quraşdıraraq təhvil vermişlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin borcu olduğu məlum olmuş və elektrik sayğacı çıxarılmışdır. İddiaçıya yaranmış borcun ödənildikdən sonra qeyd edilən ünvana yeni elektrik sayğacı quraşdırılması mümkün olacağı bildirilmişdir.

19. Məhkəmə hesab edir ki, hazırkı elektrik enerjisindən istifadə nəticəsində abonent kodu üzrə borcun yarandığı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzildə elektrik enerjisindən faktiki olaraq iddiaçı istifadə edir və “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamağa və abonent kodunu real istehlakçının adına dəyişdirməyə borcludur.

20. Digər tərəfdən, həmin ünvanda istehlak olunan elektrik enerjisinə görə ödənişlər məhz iddiaçı tərəfindən icra edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamış şəxs isə həmin ünvanda elektrik enerjisindən istifadə etmir və hal-hazırda orada yaşamır.

21. Bundan başqa, yuxarıda adı qeyd olunan Qaydaların 9-cu maddəsi istehlakçının məsuliyyətini müəyyən edir. Hazırda abonent kimi qeyd olunan şəxs yaşamadığı mənzildə istifadə edilən elektrik enerjisinə görə borcu ödəmədiyi kimi, istehlakçı kimi həmin ünvanla bağlı heç bir məsuliyyət daşımır. Gələcəkdə hər hansı qanun, yaxud qaydaların pozuntusu baş verərsə, enerjitəchizatı müəssisəsi vurulacaq zərəri real istehlakçıdan deyil, aktuallığını itirmiş (aktual olmayan, reallığı əks etdirməyən) müqavilə üzrə istehlakçıdan tələb etməyəcəkdir.

22. Həmçinin "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evi xx.xx.2000-ci il tarixində X1 adına **********60030 nömrəli abunə kodu ilə qeydiyyata alınmış, lakin elektrik sayğacı quraşdırılmamışdır. Fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmaması səbəbindən xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək işlədicilərin gücünə görə orta sərfiyyatla 5253.41 manat dəyərində hesabat açılmış və heç bir ödəniş olunmamışdır. Tərəfindən “Asan Kommunal” Mərkəzinə xx.xx.2024-cü il tarixli ATS **********9732 nömrəli müraciətə əsasən fərdi yaşayış evinə yeni sayğac quraşdırılmışdır. Əməkdaşlar tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin borcu olduğu məlum olmuş və elektrik sayğacı çıxarılmışdır. Yaranmış borc ödənildikdən sonra qeyd edilən ünvana yeni elektrik sayğacı quraşdırılması mümkün olacaqdır.

23. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi abonent kodunun iddiaçının adına dəyişdirilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

24. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

25. “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanması Qaydaların qeyd edilən normasının imperativ göstərişidir.

26. Lakin işin faktiki hallarından müəyyən olunur ki, istehlakçı ilə müqavilənin bağlanması qanuna görə enerjitəchizatı müəssisəsinin vəzifəsi olduğu halda, enerjitəchizatı müəssisəsi bundan imtina edərək müqavilə bağlamamış və istehlakçı bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanması imperativ norma olsa da, enerjitəchizatı müəssisəsi müqavilənin bağlanmasından imtina etməklə qeyd olunan qanunvericiliyin tələblərini pozmuş və istehlakçı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.

Məhkəmə xərcləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstehlakçıların hüquqlarının pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. İddia tələbi təmin olunduğundan ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə yeni abonent müqaviləsinin bağlanması və həmin mənzilə dair abonent kodunun İddiaçıın adına rəsmiləşdirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

29. İş üzrə ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə yeni abonent müqaviləsinin bağlanması və həmin mənzilə dair abonent kodunun İddiaçıın adına rəsmiləşdirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Ödənilməmiş - 100 (yüz) manat məbləğində dövət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar