Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1985/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair İddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən (keçmiş ünvan Hövsan qəsəbəsi, məh 12/13, ev 9, mənzil 4 adlanıb) pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi» barədə ərizə təqdim edərək, Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən (keçmiş ünvan Hövsan qəsəbəsi, məh 12/13, ev 9, mənzil 4 adlanıb) istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış DKM/**********72221-İM nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən X11 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzili (keçmiş ünvan Hovsan qəsəbəsi, məh. 12/13, ev 9, mənzil 4 adlanıb) salmışdır. Həmin mənzil xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixində ASAN-1 və xx.xx.2021-ei il tarixində 104 saylı MKİS tərəfindən alınmış yaşayış yeri üzrə qeydiyyat haqqında (Forma 2) arayışa əsasən iddiaçıya məlum olmuşdur ki, cavabdehlər qeyd edilən şəxslər sözügedən mənzildə hələ də pasport qeydiyyalındadırlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 pasport qeydiyyat ünvanı keçmiş adı ilə yazıldığı üçün Asan Xidmətin təqdim etdiyi arayışda əks olunmamışdır. Küçə adı (Hafiz Quliyev) ünvana sonradan əlavə olunduğu üçün mənzildə hal-hazırda qeydiyyatda olan Cavabdeh3 qeydiyyat ünvanı Bakı, Hövsan qəs, ev 9, m.4, Cavabdeh1 qeydiyyat ünvanı isə ünvan 3dən sonra şəxsiyyət vəsiqələrini dəyişmədiyi üçün bu hal yaranmışdır. Sadalanan ünvanlar iddiaçının mənzilinin köhnə ünvanıdır. Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılarkən bu şəxsin mənzilin satılmasına dair notarial qaydada təsdiq edilmiş razılığı alınmışdır. Alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndində satıcının müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 30 gün müddətində qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyi qeyd olunmuşdur. Hazırda Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus yaşayış sahəsindəki qeydiyyatı formaldır. Ona görə ki, yaşayış sahəsini aldığı gündən bəri bu şəxs həmin ünvanda yaşamır və o, müqavilə bağlanarkən ərizə imzalamaqla əmlaka dair hüquqlarından imtina etmişdir. Odur ki, hazırda bu şəxsin onunla heç bir faktiki və ya hüquqi bağlılığı yoxdur. Lakin bu şəxsin hələ də iddiaçıya məxsus əmlakda qanunsuz və əsassız olaraq pasport qeydiyyatında olması mülkiyyətçi kimi hüquqlarının pozulmasına, əlavə kommunal ödənişləri etməsinə səbəb olmaqdadır. Ona görə də Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus ünvandan qeydiyyatdan çıxarılması üçün xx.xx.2021-ci il tarixində Suraxanı Rayon Polis İdarəsinə yazılı müraciət etmiş, Suraxanı Rayon Polis İdarəsi müraciətinə xx.xx.2021- ci il tarixdə cavabdeh şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması onların səlahiyyətlərində olmadığını rəsmi olaraq yazılı formada bildirmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: DKM/**********72221-İM saylı xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 5 ünvanında yerləşən və mülkiyyət hüquqları ARƏMDK yanında DƏDRX tərəfindən "24” May 2012-ci i! tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********59-05101-093020 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra - daşınmaz əmlak) İddiaçı mülkiyyətinə verir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 29681Q-122 saylı İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Asan 1 xidmətinin xx.xx.2022-ci il tarixdə vermiş olduğu «yaşayış yeri üzrə qeydiyyat haqqında» ******* saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4 –də İddiaçı və Cavabdeh2 qeydiyyatdadır. 62 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, X2 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 24, mənzil 79-da yaşayır, mənzil ona məxsusdur. Köhnə sakinlər: X3, X5, X4 və X6 xx.xx.1996-cı ildən mənzil satılıb, həmin vaxtdan yaşamırlar. 104 saylı MKİS-nin 18.Xİ.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4- xx.xx.2021-ci il tarixli çıxarışa əsasən adınadır. Qeydiyyatda olan şəxslər: Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh1 və Cavabdeh2. 104 saylı MKİS-nin 18.Xİ.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4- xx.xx.2021-ci il tarixli çıxarışa əsasən adınadır. Keçmiş ünvan ünvan 6 şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4 adlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 29.1 Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmənin mövqeyi İş materiallarında olan DKM/**********72221-İM saylı xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, X8 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 24, mənzil 79-u X1 7.000.000 manata satmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. ş materiallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə (keçmiş ünvan Hövsan qəsəbəsi, məh 12/13, ev 9, mənzil 4 adlanıb) qeydiyyatdadırlar. Eləcə də, iş materiallarında olan 104 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 9 mənzil 4-də yaşayır, mənzil ona məxsusdur. Köhnə sakinlər: Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci ildən mənzil satılıb, həmin vaxtdan yaşamırlar. Beləliklə də, iddiaçının izahatı və iş materialları ilə müəyyən olunur ki, alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə istifadə hüquqlarının saxlanılması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3 Ənıiş oğlu, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən (keçmiş ünvan: Hövsan qəsəbəsi, məh 12/13, ev 9, mənzil 4) yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatları formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququ itirilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən (keçmiş ünvan: Hövsan qəsəbəsi, məh. 12/13, ev 9, mənzil 4) istifadə hüquqlarına xitam verilsin. Cavabdehlərin qeyd edilən mənzildən istifadə hüquqlarına xitam verilməsi onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1985/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1985/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver