Məhkəmə qərarları › İş №e-2(010)-2089/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2089/2024

08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2089/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abdulova Mətanət Nurəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı etibarnamələrin və etibarnamə əsasında verilmiş alqı-satqının etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı etibarnamələrin və etibarnamə əsasında verilmiş alqı-satqının etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh1 Cəlal oğluna verilən etibarnaməni, bu etibarnamə əsasında Cavabdeh1 Cəlal oğlunun X2 verdiyi etibarnaməni, X3 isə Abdullayev Ayaza verdiyi etibarnaməni və Abdullayev X1 arasında bağlanmış **-TX-*** nömrəli, dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı BMW X6 markalı avtomobilin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsini ləğv edib avtomobilin İddiaçı2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılmaqla işin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı etibarnamələrin və etibarnamə əsasında verilmiş alqı-satqının etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı1 geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar