Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2120/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı AR Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi
1. İddiaçı AR Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan, Dübəndi-Böyük-Şor Dş 700 mm-lik yerüstü neft kəmərinin 23.3-cü km-də, kəmərə parelel 1-ci sirada, kəmərdən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Suraxanı rayonu Binə qəsəbəsi ünvanında, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına (X6 filialı, VÖEN **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT AİİBAZ2X) ödənilməsini xahiş etmişdir.
İddia tələbinin dəlliləri
2. SOCAR-ın İddiaçı istismarında olan, Dübəndi-Böyük-Şor Dş 700 mm-lik yerüstü neft kəmərinin 23.3-cü km-də, kəmərə parelel 1-ci sirada, kəmərdən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Suraxanı rayonu Binə qəsəbəsi ünvanında, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikili faktları aşkar edilmişdir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhəkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmənin hazırlıq iclasında Cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək iddiaçının ona qarşı tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında dindirilən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
İş materialları
5. xx.xx.2024-cü il tarixli “Akt”dan görünür ki, Dübəndi-Böyük-Şor Dş 700 mm-lik yerüstü neft kəmərinin 23.3-cü km-də, kəmərə parelel 1-ci sirada, kəmərdən təqribən 5 metr aralı məsafədə köhnədən mövcud və hal-hazırda yaşayış olan evin dam örtüyünün yan hissəsinə 4 metr uzunluğunda 3 mişar daşı hündürlüyündə hörgü işlərinin aparılması aşkar olunmuşdur və özünü evin sahibi kimi təqdim edən Cavabdeh mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu izah edilərək şifahi xəbərdarlıq olunmuşdur.
6. Cavabdeh 15 aprel 2024-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddiaçının ona qarşı qaldırdığı hazırki iddia tələbini qəbul etdiyini və etirazının olmadığını bildirmişdir.
7. Məhkəmənin yerli baxışı zamanı müəyyən edilmişdir ki, neft kəməri mübahisə obyektinə təxminən beş metr aralıda yerləşir.
İşin faktiki halları.
7. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf SOCAR-ın İddiaçı istismarında olan, Dübəndi-Böyük-Şor Dş 700 mm-lik yerüstü neft kəmərinin 23.3-cü km-də, kəmərə parelel 1-ci sirada, kəmərdən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Suraxanı rayonu Binə qəsəbəsi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılmasını iddia edir və bu səbəbdən onun mühafizə zonasına düşən tikililərin cavabdehin hesabına sökülməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsasını neft kəmərlərinin mühafizə zonasını müəyyən edən sahəvi qanunvericilik aktları təşkil edir. Cavabdeh isə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və etirazının olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə tərəfindən 21 may 2024-cü il tarixdə qeyd olunan ünvana yerli baxış keçirilən zaman həmin fərdi yaşayış evinin və tikilinin neft kəmərindən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
8. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
12. AR Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 №-li əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” Həmin Qaydaların 6.3-cü bəndinə əsasən, Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, boru kəmərlərin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxlər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a)hər hansı tikinti və quraşdırma işləri, b)bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c)boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
14. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə qeyd edir ki, 21 may 2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsində münahisəli tikilinin yerləşdiyi ünvana yerli baxış keçirilmiş və həmin fərdi yaşayış evinin və tikilinin neft kəmərindən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericlik aktından (AR Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli, 45 №-li əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyində isə 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”) göründüyü kimi, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktına istinadən qeyd edir ki, göründüyü kimi, hazırki iş üzrə mübahisələndirilən fərdi yaşayış evi və tikili iddiaçının istismarında olan neft kəmərlərinin mühafizəsi zonasında yerləşir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, cavabdeh də məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbini qəbul etdiyini və iddiaya qarşı etirazının olmadığını bildirmişdir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ARDNŞ "Neft Kəmərləri" İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş 700 mm-lik yerüstü neft kəmərinin 23.3-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Suraxanı rayonu, Binə qəsəbəsi ünvanında Cavabdeh Cəmı̇ l oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh Cəmı̇ l oğlunun vəsaiti hesabına sökülərək ərazidən çıxarılmalı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının bank hesabına (X6 filialı, VÖEN **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT AİİBAZ2X) ödənilməlidir.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ARDNŞ "Neft Kəmərləri" İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş 700 mm-lik yerüstü neft kəmərinin 23.3-cü km-də, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Suraxanı rayonu, Binə qəsəbəsi ünvanında Cavabdeh Cəmı̇ l oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh Cəmı̇ l oğlunun vəsaiti hesabına sökülərək ərazidən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının bank hesabına (X6 filialı, VÖEN **********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT AİİBAZ2X) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov