Məhkəmə qərarları › İş №e-2(010)-23/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-23/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-23/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh «Elita-R” MTK Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil3, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh «Elita-R” MTK Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (iddiaçı ilə) Cavabdeh MTK arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsi və Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı 2 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 may 2016-cı il tarixdə payçı İddiaçı (iddiaçı) ilə icraçı (cavabdeh) «Elita-R” MTK arası Suraxanı rayonu, Qaraçuxur ştqsi, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin pay kimi İddiaçı verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri 57 316 AZN təşkil edir. Belə ki, 16 may 2016-cı il tarixdə Elita-R MTK tərəfindən verilən arayışa əsasən İddiaçı Elita-R MTK-nın Qaraçuxur qəsəbəsi, 4048/49 məhəllədə inşa etdiyi yaşayış kompleksində 2-ci blok, 11-ci mərtəbədə, 2 otaqdan ibarət, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı mənzilin dəyərini tam ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili Payçıya təhvil verməli idi. Lakin müqavilənin imzalanması və ödənişin olunmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh mənzili təhvil verməkdən imtina etmişdir. Dəfələrlə iddiaçı tərəfindən mənzilin ona təhvil verilməsi tələb olunmasına baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir. Adıçəkilən mənzilin halhazırda kimin mülkiyyətində olması və yaşaması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspia vəkil bürosu” tərəfindən «Elita-R” MTK-ya poçt xəbərnaməsindən də göründüyü kimi 17 mart 2022-ci il tarixli S22/017 nömrəli sorğu məktubu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Eyni zamanda 30 may 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən adıçəkilən mənzil ona təhvil verilməmiş və telefon zənglərinə cavab verilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilənin 7-ci maddəsində qeyd olunur ki, mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlar müraciət olunur. İddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsini tələb etsə də, icraçı hələ də mənzili təhvil verməkdən yayınır. Tərəflərin izahatları. 3.İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 16 may 2016-cı il tarixində bağlanan müqaviləyə əsasən «Elita-R” MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Eyni tarixdə ona «Elita-R” MTK tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsi və hər hansı borcun olmaması barədə maliyyə arayışı da verilmişdir. Lakin «Elita-R” MTK müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, hətta tərəflər arasında bağlanmış müqavilənin MTK-nın rəhbərliyi tərəfindən imzalanmadığını əsas gətirməklə öhdəliyin icrasından yayınmışdır. İddiaçı hesab edir ki, təqdim olunmuş ekspertiza rəyinə əsasən möhür «Elita-R” MTK-ya məxsusdur və lakin həmin müqavilənin məhz direktor tərəfindən imzalanıb-imzalanmadığını o bilə bilməzdi. Onunla «Elita-R” MTK arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlandığından və həmin mənzil ona məxsus olduğundan, öhdəliyin icra edilməsi və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh «Elita-R” MTK Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. İddiaçı ilə «Elita-R” MTK arasında xx.xx.2016-cı il tarixdə bağlanması ehtimal edilən müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin iddiaçıya verilməsi əsassızdır. Belə ki, müqavilədə və maliyyə arayışında «Elita-R” MTK-nın direktor sözünün qarşısındakı qeyd olunan imzalar direktor Cəfər İsmayılova məxsus olmamışdır. Bununla bağlı məhkəmə tərəfindən xətti ekspertiza təyin olunmuş və ekspertiza rəyinə əsasən müəyyən olunmuşdur ki, həmin imzalar MTK-nın rəhbərinə məxsus deyildir. Bundan sonra isə məhkəmə tərəfindən möhürün ekspertizası aparılmış və həmin möhürün «Elita-R” MTK-ya məxsus olması müəyyən edilsə də, möhürün müqaviləyə nə vaxt və kim tərəfindən vurulması barədə «Elita-R” MTK-nın rəhbərliyinin məlumatı yoxdur. Bu hal artıq onu təsdiq edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamış və «Elita-R” MTK-nın belə bir öhdəliyi yaranmamışdır. «Elita-R” MTK tərəfindən həmin mübahisəli mənzil 2019-cu il tarixdə Nazim Mustafayevlə bağlanmış müqavilə əsasında ona təhvil verilmişdir. Daha sonra Nazim Mustafayev həmin mənzili X5 adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizə vermiş və həmin mənzil Cavabdeh MTK ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili 2020-ci il tarixdə Nazim Mustafayev adlı şəxdən almışdır. Belə ki, X4 etibarnamə üzrə nümayəndəsi notarial qaydada ərizə təqdim edərək ona məxsus olan «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzilin X5 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Sonradan «Elita-R” MTK ilə onun arasında xx.xx.2020-ci ildə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil pay kimi «Elita-R” MTK tərəfindən ona təhvil verilmişdir. Evin dəyərini isə Nazim Mustafayevin oğluna ödəmişdir. Bu olanlarla bağlı onun heç bir məlumatının olmadığını bildirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

İş materialları.

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən «Elita-R” MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 «Elita-R” MTK-ya yaranmış mübahisə ilə bağlı mübahisəli mənzilin «Elita-R” MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə xəbərdarlıq etmişdir.

7. «Elita-R” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, «Elita-R” MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür.

8. «Elita-R” MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən «Elita-R” MTK-ya tam olaraq ödənilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/373 saylı ekspertiza rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı ilə Cavabdeh MTK arasında olan xx.xx.2016-cı il tarixli müqavilədə “İcraçı” qrafasında «Elita-R” MTK VOEN:********** ******* İsmayılov C.H”. yazıları qarşısındakı imza və mülki işin 49-cu vərəqəsində yerləşən xx.xx.2016-cı il tarixli arayışın kserosurətindən «Elita-R” MTK-nın direktoru” qrafasında əks olunmuş imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1278-5/1280 saylı ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016cı il tarixli maliyyə arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MTK-nın möhürün sərbəst əks nümunələri («Elita-R” MTK -nın X14 ilə bağlanmış 08 avqust 2019-cu il tarixli 031003 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı, X8 ilə bağlanmış 29 may 2019-cu il tarixli 026003 nömrəli müqaviləsi və eyni il tarixli maliyyə arayışı, X15 ilə bağlanmış 08 oktyabr 2019-cu il tarixli 003001 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı) ilə eynilik təşkil edir.

11. xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür.

12. xx.xx.2019-cu il tarixli «Elita-R” MTK-nın direktoru İsmayılov C.H tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin dəyərinin X9 tərəfindən «Elita-R” MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.

13. xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X7 pay kimi verməyi öhdəsinə götürmüşdür.

14. xx.xx.2020-ci il tarixli «Elita-R” MTK-nın direktoru İsmayılov C.H tərəfindən verilmiş maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 197 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzilin dəyərinin X10 tərəfindən «Elita-R” MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.

15. Şahid İfadəsi

İş üzrə Şahid ifadə verərək bildirmişdir ki, o İddiaçı ilə birlikdə işləyir və onun bütün sənədləşmə işlərində iştirak edir. İddiaçı ona tapşırıq vermişdir ki, ofisdə pulu ödəyərək evin sənədlərini götürsün. O telefon vasitəsilə əlaqə saxlamış və Təbriz küçəsinin kəsişməsində yerləşən ofisə getmiş və xx.xx.2016-cı il tarixdə 57000 manat pulu ödəyərək sənədləri götürmüşdür. O pulu Cəfər İsmayılova vermiş və bundan sonra ona sənədləri təqdim etmişlər. Müqavilə bağlanan zaman bina hazır olmamış və orada yalnız tikinti işləri gedirdi. Tikinti işləri ləng getdiyindən bina MTK tərəfindən çox gec tikilmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin evdə başqa şəxs yaşayır.

İşin faktiki halları.

16. Təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında «Elita-R” MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli «Elita-R” MTK tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzilin dəyərinin İddiaçı tərəfindən «Elita-R” MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir. Sonradan «Elita-R” MTK-nın nümayəndəsi vəsatət verərək müqavilədəki imzanın direktora məxsus olmadığını iddia etmiş və məhkəmə tərəfindən xətti ekspertiza təyin olunmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/373 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş İddiaçı ilə «Elita-R” MTK arasında olan xx.xx.2016-cı il tarixli müqavilədə “İcraçı” qrafasında «Elita-R” MTK VOEN:********** ******* İsmayılov C.H”. yazıları qarşısındakı imza və mülki işin 49-cu vərəqəsində yerləşən xx.xx.2016-cı il tarixli arayışın kserosurətindən «Elita-R” MTK-nın direktoru” qrafasında əks olunmuş imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 18.Daha sonra iddiaçı tərəf MTK tərəfindən vurulmuş möhürü mübahisələndirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1278-5/1280 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş «Elita-R” MTKnın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MTK-nın möhürün sərbəst əks nümunələri («Elita-R” MTK -nın X14 ilə bağlanmış 08 avqust 2019cu il tarixli 031003 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı, X8 ilə bağlanmış 29 may 2019-cu il tarixli 026003 nömrəli müqaviləsi və eyni il tarixli maliyyə arayışı, X15 ilə bağlanmış 08 oktyabr 2019-cu il tarixli 003001 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı) ilə eynilik təşkil edir.

19. Daha sonra mübahisələndirilən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda həmin mənzil müqavilə əsasında X2 və həmin mənzildə onun yaxın qohumları yaşayır. 20.”Elita-R” MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür. X1 etibarnamə üzrə nümayəndəsi notarial qaydada ərizə təqdim edərək ona məxsus olan «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzilin X5 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. «Elita-R” MTK ilə X10 arasında xx.xx.2020-ci ildə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil pay kimi «Elita-R” MTK tərəfindən X7 verilmişdir.

Tətbiq edilən hüquq.

21. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

27. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv olan 52 saylı 2 otaqlı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. «Elita-R” MTK-nın nümayəndəsi vəsatət verərək müqavilədəki imzanın direktora məxsus olmadığını iddia etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/373 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş İddiaçı ilə «Elita-R” MTK arasında olan xx.xx.2016-cı il tarixli müqavilədə “İcraçı” qrafasında «Elita-R” MTK VOEN:********** ******* İsmayılov C.H”. yazıları qarşısındakı imza və mülki işin 49-cu vərəqəsində yerləşən xx.xx.2016-cı il tarixli arayışın kserosurətindən «Elita-R” MTK-nın direktoru” qrafasında əks olunmuş imza X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Daha sonra iddiaçı tərəf möhürü mübahisələndirmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1278-5/1280 saylı ekspertiza rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş «Elita-R” MTK-nın və X13 arasında bağlanmış 16 may 2016-cı il tarixli müqavilədə və 16 may 2016-cı il tarixli maliyyə arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MTK-nın möhürün sərbəst əks nümunələri («Elita-R” MTK-nın X14 ilə bağlanmış 08 avqust 2019-cu il tarixli 031003 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı, X8 ilə bağlanmış 29 may 2019-cu il tarixli 026003 nömrəli müqaviləsi və eyni il tarixli maliyyə arayışı, X15 ilə bağlanmış 08 oktyabr 2019-cu il tarixli 003001 nömrəli müqaviləsi və eyni tarixli maliyyə arayışı) ilə eynilik təşkil edir. Daha sonra mübahisələndirilən mənzilin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, hazırda həmin mənzil müqavilə əsasında X2 və həmin mənzildə onun yaxın qohumları yaşayır.

28. «Elita-R” MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil izolə olunmuş 2 otaqdan ibarət olan mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür. X1 etibarnamə üzrə nümayəndəsi notarial qaydada ərizə təqdim edərək ona məxsus olan «Elita-R” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzilin X5 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. «Elita-R” MTK ilə X10 arasında xx.xx.2020-ci ildə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81.88 kv olan 52 saylı mənzil pay kimi «Elita-R” MTK tərəfindən X7 verilmişdir.

29. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı təqdim olunmuş müqavilə X11 tərəfindən imzalanmasa da, ekspertiza rəyinə əsasən müqaviləyə vurulmuş möhür «Elita- R” MTK-ya məxsus olmuş və onunla müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır.

30. Məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilənin məhz «Elita-R” MTK-nın rəhbəri X11 tərəfindən imzalanıb-imzalanmağını bilə bilməzdi, belə ki, müqavilənin imzalanması və möhürün vurulması səlahiyyəti birbaşa «Elita-R” MTK-nın rəhbərliyinin səlahiyyətində olmuşdur. Hazırkı halda müqaviləyə möhürün vurulması ilə bağlı sübut etmə yükü «Elita-R” MTK-nın rəhbərliyinin üzərinə düşür. Belə ki, «Elita-R” MTK-nın rəhbərliyi müqavilə bağlanan zaman həmin möhürü kimin səlahiyyətinə verməsi, həmin şəxsin öz səlahiyyətini aşıb-aşmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

31. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

32. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı «Elita-R” MTK arasında xx.xx.2016-cı il tarixdə, yəni daha öncə müqavilə bağlandığından, iddiaçı tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı tam ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ üçüncü şəxsə münasibətdə daha əvvəl yarandığından iddia təmin olunmalı, həmin mənzil ona təhvil verilməlidir.

Məhkəmə xərcləri.

33. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, «Elita-R” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəlik icra olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı izolə olunmuş 2 otaqlı mənzili Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. 35.Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** X24 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-200, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin olunsun. «Elita-R” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəlik icra olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si, 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 81,88 kv.m olan 52 saylı izolə olunmuş 2 otaqlı mənzili Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 175 (yüz yetmiş beş) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** X24 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar