Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-231/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş-300-mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2- ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi, çəpər və evin arxa hissəsində yeni ev inşa edilməsi üçün hörgü tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi. İddia tələbinin dəlliləri SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş-300-mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2- ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi,çəpər və yeni ev inşa edilməsi məqsədilə hörgü işlərinin aparılması faktları aşkar edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, o, həmin evdə ailə qurduqdan sonra atasının tikdirdiyi köhnə tikiliyə köçmüş, ailəsi ilə birlikdə orada yaşamışdır. Həmin köhnə tikilinin yanında özünə ev tikməyə başlamışdır. Hazırda tikintini dayandırmışdır. Onun yaşadığı evdən də əlavə neft kəmərlərinə yaxın tikilmiş evlər var. Tikilmiş evi sənədləşdirməyə imkanı yoxdur. Qeyd olunan mühafizə zonasından evə qədər məsafə 25 metr olar. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Nizamnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 844 saylı fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətin Neft Kəmərlər İdarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.1994-cü il tarixli qərarı ilə qeydə alınmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətin magistral X4 Birliyinin bazasında yaradılmış və onun hüquqi varisidir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024- cü il tarixdə 3 saylı qarovulun 1ci iş növbəsində saat 15:55-də 1-2 saylı postların ərazisində ( Suraxanı rayonu, Əmircan qəsəbəsi yeni yaşayış massivi) Suraxanı-Böyükşor Dş 300 lük yerüstü neft kəmərinin 0.7ci km-də, 39 T 0415650; ******* saylı koordinat üzrə, 2-ci srada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə köhnədən dəmir lövhələrlə şəpərlənmiş, içərəisində yaşayış olan evin arxa hissəsində 9 metr enində 9 metr uzunluğunda, 16 daş hündürlüyündə yeni ev inşa edilməsi məqsədilə hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu özünü ev sahibi kimi təqdim edən Cavabdeh izah edilərək görülən işlərə həmçinin əlavə işlərin görülməməsinə dair yazılı şəkildə xəbərdarlıq təqdim edildi. Bununla bağlı saat 15:30-da DİN-nin 102 xidmətinə və ərazi üzrə sahə müvəkkilinə mobil telefon vasitəsi ilə məlumat verilmişdir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Göründüyü kimi təsdiq olunur ki, mübahisəli tikili magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin istifadəsində olan tikili buna lazımi icazələr almadan tikilmiş yaşayış evidir və Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti sayılır. Həmin ev isə magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Məhkəmə qeyd edir ki, iddiaçının istismarında olan Suraxanı-Böyükşor Dş-300-mmlik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2- ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikili inşa edilmiş olduğu iş materialları ilə öz əksini tapmışdır. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları baş verə bildiyindən burada hər an yanğınpartlayış və digər fövqəladə halların yaranması ehtimalı ola bilər. Hazırkı iş üzrə mübahisəli tikilinin inşası üçün torpaq sahəsinin ayrılması qanunauyğun olmamışdır. Çünki magistral neft kəmərinin keçməsi nəzərə alınmamışdır. Həmçinin torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması qəbul edilsə belə, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunauyğun şəkildə lazımi icazələr (müvafiq icra hakimiyyətinin sərəncamı, razılıq məktubu və s.) alınmamışdır. Beləliklə müəyyən olunur ki, hazırkı işdə iddia tələblərinin qanuni əsasını təşkil edən maddələrin bütün dispozitiv şərtləri mövcuddur və iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq iddianı irəli sürməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Suraxanı-Böyükşor Dş-300-mm-lik yerüstü neft kəmərinin 0.7-ci km-də, 2-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 25 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi, çəpər və evin arxa hissəsində yeni ev inşa edilməsi üçün hörgü tikilisi Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı SOCAR-ın İddiaçınə (Kapital bank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT:AİİBAZ2X) ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-231/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-231/2025
10.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver