Məhkəmə qərarları › İş №e-2(010)-2354/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2354/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2354/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********15079 X6 8T markalı telefon üçün 68.9 manat ödənilməmiş hissə, 6.1 manat cərimə, 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********15340 X6 9S markalı telefon, Ekran Qoruyucu üçün 727.2 manat ödənilməmiş hissə, 72.8 manat cərimə ümumilikdə 875 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 21.01.2020ci il və 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********15079 X6 8T markalı telefon, X4, İmei Kodu **********15340 X6 9S markalı telefon, Ekran Qoruyucu almış və nəticədə 875 (səkkiz yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 676.8 manat (12 ay x 56.4 manat + 0 manat ilkin ödəniş olmaqla İMEİ Kodu **********15079 X6 8T markalı telefon, X4 üçün ümumilikdə, 75 (yetmiş beş) manat olmaqla ondan 68.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.1 manat cərimə, 14.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 847.2 manat (12 ay x 70.6 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********15340 X6 9S markalı telefon, Ekran Qoruyucu üçün ümumilikdə, 800 manat olmaqla ondan, 727.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 72.8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 21.01.2020-ci il tarixində imtina etmiş və məhsul 75.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 21.01.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 532.3 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 75.6 manat, ümumilikdə, 607.9 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış 21.01.2020-ci il və 14.09.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş 16.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İş materiallaırnda olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.01.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 56.4 manat ödəmək şərtilə İMEİ Kodu **********15079 X6 8T markalı telefon, X4 satılmışdır. İş materiallarında olan 14.09.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, aylıq 70.6 manat ödəmək şərtilə İmei Kodu **********15340 X6 9S markalı telefon və Ekran Qoruyucu satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 21.01.2020-ci il tarixli müqavilə üzrə 68.9 manat ödənilməmiş hissə, 6.1 manat dəbbə pulu olmaqla, ümumilikdə 75 manat, 14.09.2020-ci il tarixli müqavilə üzrə 727.2 manat ödənilməmiş hissə, 72.8 manat dəbbə pulu olmaqla, cəmi 800 manat, ümumilikdə isə 875 manat borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********15079 X6 8T markalı telefon üçün 68,9 manat ödənilməmiş hissə, 6.1 manat cərimə, 14.09.2020-cı il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********15340 X6 9S markalı telefon, Ekran Qoruyucu üçün 727.2 manat ödənilməmiş hissə, 72.8 cərimə olmaqla ümumilikdə 875 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 21.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********15079 X6 8T markalı telefon üçün 68,9 (altmış səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1 (altı manat, on qəpik) manat cərimə, 14.09.2020-cı il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********15340 X6 9S markalı telefon və Ekran Qoruyucu üçün 727.2 (yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 72.8 (yetmiş iki manat, səksən qəpik) cərimə olmaqla ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nə ödənsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar