Məhkəmə qərarları › İş №e-2(010)-2427/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2427/2024

05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2427/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Ərizəçi İddiaçı (maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixli, JN- 421A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən X10 İddiaçı məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Şahid2, X8, X9 və İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı Qərarı ilə Mingəçevir şəhərində 0,05 ha torpaq sahəsinin ayrılması haqda xx.xx.2005-ci il tarixli, JN- 421A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X1 əvəzinə X20, İddiaçı əvəzinə X21, X15 əvəzinə X22 qeyd edilmişdir. Nəticədə yanlışlığa yol verildiyindən onların əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsinə maneə yaradılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 sayı Yevlax Ərazi İdarəsinə torpaq sahəsinin üzərində mülkiyyət hüququların müəyyən edilməsi və Reyestrdən Çıxarışın alınması ilə bağlı müraciət etdikdə qeyd olunan yanlışlığın düzəldilməsi təklif edilmişdir. Şahid2, İddiaçı, X14 və X15 ailə üzvləridir və bu hal şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrlə öz təsdiqini tapır. Adı çəkilən sənəddə mülkiyyətçi qismində səhfən yazılmış X2 Sevinc Hacıyevna olması faktının müəyyən edilməsi zərurəti vardır. Belə ki, Mülki Prosessual Məcəllənin 307-ci maddəsində göstərildiyi kimi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən etmək mümükündür. Odur ki, xx.xx.2005-ci il tarixli, JN- 421A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hüquqmüəyyənedici sənəd hesab edilir və bu sənədin ona mənsub olmasının müəyənləşdirilməsi üçün ad və soy adlarında yol verilmiş yanlışlığın aradan qaldırılması zərurəti vardır. Sənəddə göstərilən adı, atasının adı və soyadın İddiaçı məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi Reyestrdən Çıxarışın alınması üçün hüququ əsas yaradacaqdır. Ərizəçi İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şahid2 onun həyat yoldaşıdır. Həmin mübahisəli torpaq sahəsi onlara verilən zaman torpağın sənədləşdirməsi üçün onun qayınatası getmiş və bununla bağlı Şahid2, X6, X7 və İddiaçı adına Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2004-cü il tarixli, 293 saylı Qərarı ilə Mingəçevir şəhərində 0,05 ha torpaq sahəsinin ayrılması haqda xx.xx.2005-ci il tarixli, JN-421A, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin şəhadətnamədə yalnışlıqla İddiaçı əvəzinə X4 qeyd edilmişdir. Dövlət Aktında qeyd olunmuş adda yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, sənəddə yanlışlığın düzəldilməsinin onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı xx.xx.2024-cü il tarixli imtina məktubu almışlar. Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, ərizəçi torpaq sahəsinin özəlləşdirilməsi üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etmiş, lakin müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında yanlışlığa yol verilmişdir. Belə ki, dövlət aktında İddiaçı əvəzinə X4 qeyd olunmuşdur. Həmin dövlət aktında baş vermiş texniki səhvin aradan qaldırılması üçün müraciət etsə də, həmin səhvin aradan qaldırılması mümkün deyildir. Odur ki, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi İddiaçı qızı onun qonşusudur. Belə ki, İddiaçı uşaqlıqdan tanıyır və o, Şahid2 həyat yoldaşıdır. Onların birgə nikahından Fərid və Cavidan adlı iki uşaqları vardır. Onların münasibətləri çox yaxşıdır və o Sevinclə sıx-sıx görüşür. Mingəçevir şəhərində Sevincin baldızı yaşayır və onlara ayrılmış həmin torpaq sahəsi də onun baldızının yaşadığı evə yaxındır. Həmin torpaq sahəsində heç bir tikili yoxdur. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi İddiaçı qızı ilə 1990-cı ildə bir universitetdə oxumuşlar və sonradan ailə həyatı qurmuşlar, lakin onların rəsmi nikahları olmamışdır. Həmin nikahdan iki övladları doğulmuşdur. O, Qarabağ döyüşlərində iştirak etdiyindən ona Mingəçevir şəhərində torpaq sahəsi ayrılmış, lakin torpaq sahəsinə dair şəhadətnamə onun atası tərəfindən alınmışdır. Həmin şəhadətnamədə ərizəçi yalnışlıqla İddiaçı əvəzinə onun soyadına uyğun olaraq X4 qeyd olunmuşdur. Həmin torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlığa yol verildiyindən torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-421 nömrəli şəhadətnamənin subyektlər siyahısında göstərilən “X21” adı ilə, şəxsiyyət vəsiqəsindəki “İddiaçı” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müsvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Şəhadətnamədə qeyd edilən hüquq subyektinin soyadının və ata adının dəyişməsi barədə müvafiq sənəd təqdim ediləcəyi təqdirdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan 322319 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuş, atası X19, anası X3. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-421A, KOD 90200002 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Şahid2 və onun ailə üzvləri X16, X17 və X11 Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı Qərarı ilə Mingəçevir şəhərində 0,05 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı Qərarı ilə Mingəçevir şəhərində 0,05 ha torpaq sahəsi Şahid2 və onun ailə üzvləri X16, X12 və X13 mülkiyyətinə verilmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhvə yol verilmiş, ərizəçi İddiaçı kimi deyil, X4 qeyd olunmuşdur. Ərizəçi Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə vətəndaşın adı, soyadı və ata adı düzgün qeyd olunmadığından sənədin həmin şəxsə məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 nömrəli Qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-421A, KOD 90200002 nömrəli şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar