Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2434/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən APPLE MACBOOK AİR 13 MVFM2, 2 ədəd Mİ REDMİ A1RDOTS, SEAGATE EXPANSİON, APPLE AİRPODS 2 üçün 3715 manat ödənilməmiş hissə, 1145 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV, Mİ REDMİ AİRDOTS qulaqlıq üçün 1175 manat ödənilməmiş hissə 352 manat dəbbə pulu ümumilikdə 6387 manat borc, 83.87 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 13 MVFM2, 2 ədəd Mİ REDMİ AİRDOTS, SEAGATE EXPANSİON, APPLE AİRPODS 2, SAMSUNG LED TV,nMİ REDMİ AİRDOTS qulaqlıq almış və nəticədə 6387 (altı min üç yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat (24 ay x 201 manat + 0 manat ilkin ödəniş) APPLE MACBOOK AİR 13 MVFM2, 2 ədəd Mİ REDMİ AİRDOTS, SEAGATE EXPANSİON, APPLE AİRPODS 2 üçün ümumilikdə, 4860 (dörd min səkkiz yüz altmış) manat olmaqla ondan 3715 (üç min yeddi yüz on beş) manat ödənilməmiş lıissə, 1145 (min yüz qırx beş) manat dəbbə pulu; xx.xx.2019-cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1512 (min beş yüz on iki) manat (18 ay x 84 manat + 0 manat ilkin ödəniş) SAMSUNG LED TV,M1 REDMİ AİRDOTS qulaqlıq üçün ümumilikdə, 1527 (min beş yüz iyirmi yeddi ymanat olmaqla ondan, 1175 (min yüz yetmiş beş) manat ödənilməmiş hissə, 352 (üç yüz əlli iki) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1446 manat təşkil edir. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC APPLE MACBOOK AİR 13 MVFM2, 2 ədəd Mİ REDMİ AİRDOTS, SEAGATE EXPANSİON, APPLE AİRPODS 2 Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 24 ay müddətinə ayda 201 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu iltarixlinisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC SAMSUNG LED TV,M1 REDMİ AİRDOTS qulaqlıqı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 84 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3715 manat məbləğində əsas borc, 1145 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1175 manat məbləğində əsas borc, 352 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 4824 manat olan özünə məxsus APPLE MACBOOK AİR 13 MVFM2, 2 ədəd Mİ REDMİ AİRDOTS, SEAGATE EXPANSİON, APPLE AİRPODS 2 cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 24 ay müddətinə ayda 201 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1512 manat olan özünə məxsus SAMSUNG LED TV, M1 REDMİ AİRDOTS qulaqlıqı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 84 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3715 manat məbləğində əsas borc, 1145 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1175 manat məbləğində əsas borc, 352 manat məbləğində cərimə borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1145 manat və xx.xx.2019-cu iltarixli müqavilə üzrə 352 məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun hər iki müqavilə üzrə 20 (iyirmi) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3715 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1175 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla cəmi 4930 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 83,87 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3715 (üç min yeddi yüh on beş) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1175 (bir min bir yüz yetmiş beş) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə borcu və 83,87 (səksən üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu olmaqla cəmi 5013.87 (beş min on üç manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2434/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2434/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver