Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2523/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (İddiaçı) son ödənilməli olan haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) müqabilində 1546 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı ödənilməli məbləğ haqq-hesab (istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı) müqabilində 1586 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, (İddiaçı) xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, 20 noyabr 2018-ci il tarixdə Cavabdeh MMC-də avtoelektrik mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. Orta aylıq əmək haqqı təxminən 900 manat təşkil etmiş və 2023-cü il fevral ayına qədər cavabdeh təşkilatda avtoelektrik mütəxəssisi vəzifəsinə işləmişdir. O, Cavabdeh MMC-nin Əmək müqaviləsinin xitam verilməsi barədə 28 fevral 2023-cü il tarixli, 07/23 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”-“tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış X6 verilmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki, İddiaçı 20 noyabr 2018-ci il tarixdən 28 fevral 2023-cü il tarixinə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə ödənilməsi Maliyyə şöbəsinə/demartamentinə həvalə edilsin. Hesablamalara uyğun olaraq ona 1746 manat məbləğində yekun ödəniş edilməli idi. Cəmi 200 manat məbləğində ona ödəniş edilmiş, qalan məbləğ yəni-1546 manat məbləğində pul isə bu vaxta qədər ödəniş edilməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona yekun haqq-hesab ödənilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə təhvil-təslim aktına əsasən işlədiyi müddət ərzində müəssisə tərəfindən ona etibar edilmiş 1 ədəd komputer, uzaqdan idarəetmə sistemi üçün 1 ədəd gözlük, işgüzar danışıqlar üçün verilmiş 1 ədəd telefon adaptor və nömrə, azpetrol benzin kartını müəssisəyə təhvil verilmişdir. Lakin müəssisə tərəfindən ona ödənilməli olan son haqq-hesab ödənilməmişdir. Bununla əlaqədar olaraq müvafiq qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciətinə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılaraq ki, həqiqətən də ona son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Cavabdeh MMC-nin direktoru X3 barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və son haqq-hesabın ödənilməsi ilə bağlı cəmiyyətin rəhbərliyinə xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub göndərilmişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müəssisədən son-haqq hesabının ödənilməsi ilə bağlı cavab gəlməmişdir. Belə ki, onun bank ödənişləri vardır. Cavabdeh tərəfindən ona ödəniləcək məbləğ vaxtında ödənilmədiyi üçün bank kredit borcunda gecikmələri yaranmış, əlavə faizlər ödəmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun maddi durumu ağırdır və hazırda pula ehtiyacı vardır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Belə ki, İddiaçı 20 noyabr 2018-ci il tarixdən Cavabdeh MMC-də avtoelektrik mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 2023-cü il fevral ayına qədər cavabdeh təşkilatda avtoelektrik mütəxəssisi vəzifəsinə işləmiş, Cavabdeh MMC-nin Əmək müqaviləsinin xitam verilməsi barədə 28 fevral 2023-cü il tarixli, əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”- “tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış X6 verilmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən verilmiş Əmrdə qeyd edilmişdir ki, İddiaçı 20 noyabr 2018-ci il tarixdən 28 fevral 2023-cü il tarixinə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə ödənilməsi Maliyyə şöbəsinə/demartamentinə həvalə edilmişdir. Lakin hesablamalara uyğun olaraq iddiaçıya 1586 manat məbləğində son–haqq hesab ödənilməmişdir. İşlədiyi həmin müddət ərzində o əmək məzuniyyətinə çıxmamış və əmək məzuniyyətinə görə pul almamışdır. Hazırda o işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilməli pulu tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci ildə avtoelektrik vəzifəsinə əsas iş yeri olaraq qəbul edilmişdir. İddiaçı xx.xx.2023-ci il tarixdə işdən azad olma barədə ərizə yazmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.2-ci maddəsinin tələblərini pozaraq, xx.xx.2023-ci ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı ilə bağlanan əmək müqaviləsində hər ayın 15-nə kimi əmək haqqının ödənilməsi barədə qeydlər mövcuddur və iddiaçı əmək müqaviləsinin hər vərəqini tanış olması barədə imzalamışdır. Buna baxmayaraq iddiaçıya hər ayın ortasında avans və növbəti ayın əvvəlində əmək haqqının qalan hissəsi tam şəkildə yüklənilmişdir. Müəssisə İddiaçı dəfələrlə İSÜZU markalı avtonəqliyyatlarin texniki xidmət üzrə uyğun təlimlərə Türkiyə Cümhuriyyətinə ezamiyyətə göndərmişdir. Həmin təlimlərdə iştirak edən işçinin müəssisə hesabına göndərilmiş təlimlərdə öyrəndiyi bilikləri digər işçi yoldaşlarına ötürməməsi ilə işdən azad olması müəssisəyə həm maddi, həmdə mənəvi ziyan vurmuşdur. İşçinin X6 verilməsi zamanı istifadə etmədiyi əmək məzuniyyətlərinin hesablanması aparılmış və müəssisə öhdəliklərinə daxil edilmişdir. İddiaçı əmək haqqın ödənilməsinin gecikdirilməsinin bir neçə subyektiv və obyektiv səbəbləri mövcuddur. İddiaçı işdən azad olduqdan sonra Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinə şikayət etmişdir. Cavabdeh MMC-nə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və bununla bağlı məktub göndərilmişdir. Cavabdeh MMC tərəfindən son-haqq hesab olaraq həmin pul vəsaiti hesablanmış və həmin puldan 200 manat iddiaçıya ödənilmişdir. Qalan məbləği isə pandemiya vaxtına düşdüyü üçün ödəniş edə bilməmişlər. Belə ki, Cavabdeh MMC-yə məxsus hesab bağlıdır və hesab açılan zaman iddiaçıya ödəniş olunacaqdır. İddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
İş materialları.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan müəyyən olunur ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvadığı müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar “Azavtobus" MMC-nin rəhbərliyinin Xidmətin Bakı şəhər İdarəsinə təqdim etdiyi sənədlərdə İddiaçı ilə cəmiyyətin rəhbərliyi arasına bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2023-cü il tarixində öz xahişi ilə xitam verildiyi, son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, Cavabdeh MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və son haqq-hesabın ödənilməsi ilə bağlı cəmiyyətin rəhbərliyinə 3-17-5/2- 14445/2023 nömrəli xx.xx.2023-cü il tarixli göstəriş xarakterli məktub göndərilmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququ vardır.
7. X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2023-cü il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və 55 manat mediasiya xərci ödəmişdir.
8. X6 verilməsi barədə xx.xx.2023-cü il tarixli 07/23 nömrəli Əmrin surətindən müəyyən olunur ki, aşagıdakı məzmunda əmr verilmişdir.” "Ofis" bölməsində "Avtoelektrik" vəzifəsində işləyən İddiaçı Oktay oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2 nömrəli maddəsinin "a" - tərəflərdən birinin təşəbbüsü» bəndinə əsasən xx.xx.2023 tarixindən xitam verilsin. İşçinin xx.xx.2018 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilsin. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin.”
9. Cavabdeh MMC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.2018 tarixindən xx.xx.2023 tarixinə qədər Cavabdeh MMC-də Avtoelektrik vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixinə müəssisə İddiaçı 1586 manat əmək haqqı kreditor borcu vardır.
İşin faktiki halları.
10. İddiaçı 20 noyabr 2018-ci il tarixdən Cavabdeh MMC-də avtoelektrik mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 2023-cü il fevral ayına qədər cavabdeh təşkilatda avtoelektrik mütəxəssisi vəzifəsinə işləmiş, Cavabdeh MMC-nin Əmək müqaviləsinin xitam verilməsi barədə 28 fevral 2023-cü il tarixli, əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”-“tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış X6 verilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş arayışa əsasən 1586 manat əmək haqqı İddiaçı ödənilməmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 35. Əmək hüququ İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 83. X6 verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. X6 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları
1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. İddiaçı 20 noyabr 2018-ci il tarixdən Cavabdeh MMC-də avtoelektrik mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 2023-cü il fevral ayına qədər cavabdeh təşkilatda avtoelektrik mütəxəssisi vəzifəsinə işləmiş, Cavabdeh MMC-nin Əmək müqaviləsinin xitam verilməsi barədə 28 fevral 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”-“tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış X6 verilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş arayışa əsasən 1586 manat əmək haqqı İddiaçı ödənilməmişdir. Cavabdeh MMCnin nümayəndəsi 1586 manat məbləğində son haqq-hesabın müəssisəyə məxsus hesabın bağlı olması səbəbindən iddiaçıya ödənilə bilməməsini və müəssisədən həmin pulun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir.
Məhkəmə xərcləri.
16. İş materiallarından görünür ki, son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 55 manat mediasiya xərci ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1586 manat məbləğində son haqq-hesab Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə hesab edir ki, iş üzrə ödənilməmiş 35.86 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-200, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 1586 (bir min beş yüz səksən altı) manat məbləğində (sonhaqq hesab) pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri - 35.86 (otuz beş manat, səksən altı qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova