Məhkəmə qərarları › İş №e-2(010)-2554/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2554/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2554/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X7, HOFFMANN Seksiya, Gorenje Aspirator, HOFFMANN Çay Dəmləyən üçün 2171 manat ödənilməmiş hissə, 638 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu üçün 1378 manat ödənilməmiş hissə, 412 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Seksiya HOFFMANN üçün 1310 manat ödənilməmiş hissə, 391 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED Tv, Logitech Klaviatura üçün 597 manat ödənilməmiş hissə, 176 manat dəbbə ümumilikdə 7073 manat borc, 90.73 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X7, HOFFMANN Seksiya, Gorenje Aspirator, HOFFMANN Çay Dəmləyən, Samsung Soyuducu, Seksiya HOFFMANN, Samsung LED Tv, Logitech Klaviatura, almış və nəticədə 7073 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2404.8 manat (18 ay x 133.6 manat + 0 manat ilkin ödəniş) olan, X7, HOFFMANN Seksiya, Gorenjc Aspirator, HOFFMANN Çay Dəmləyən üçün ümumilikdə, 2809 manat olmaqla ondan. 2171 manat ödənilməmiş hissə, 638 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1503.6 manat (12 ay x 125.3 manat + 0 manat ilkin ödəniş) olan Samsung Soyuducu üçün ümumilikdə, 1790 manat olmaqla ondan, 1378 manat ödənilməmiş hissə, 412 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1575 manat (18 ay x 87.5 manat + 0 manat ilkin ödəniş) olan Seksiya HOFFMANN üçün ümumilikdə, 1701 manat olmaqla ondan, 1310 manat ödənilməmiş hissə, 391 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1512 manat (18 ay x 84 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED Tv, Logitech Klaviatura üçün ümumilikdə, 773 manat olmaqla ondan, 597 manat ödənilməmiş hissə, 176 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1539.4 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş:

1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X7, HOFFMANN Seksiya, Gorenjc Aspirator, HOFFMANN Çay Dəmləyəni Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 133,6 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Soyuducunu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 125.3 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Seksiya HOFFMANN Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 87.5 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung LED Tv, X1 Fərid Nizami oğluna verməyi, Cavabdeh isə bunun müqabilində 16 ay müddətinə ayda 84 manat ödəməyi öhdəsinə götürmüşdür.

"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2171 manat məbləğində əsas borc, 638 manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1378 manat məbləğində əsas borc, 412 manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1310 manat məbləğində əsas borc, 391 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 597 manat məbləğində əsas borc, 176 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 7073 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2404.8 manat olan özünə məxsus X7, HOFFMANN Seksiya, Gorenjc Aspirator, HOFFMANN Çay Dəmləyəni cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 133.6 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1503 manat olan özünə məxsus Samsung Soyuducunu cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 125.3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1575 manat olan özünə məxsus Seksiya HOFFMANN cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 87.5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1512 manat olan özünə məxsus Samsung LED Tv, Logitech Klaviaturanı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 84 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2171 manat məbləğində əsas borc, 638 manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 1378 manat məbləğində əsas borc, 412 manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1310 manat məbləğində əsas borc, 391 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 597 manat məbləğində əsas borc, 176 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 7073 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 638 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 412 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 391 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 176 məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 597 məbləğində cərimə miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2171 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1378 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1310 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 597 manat məbləğində əsas borc, 5 manat məbləğində cərimə borcu olmaqla cəmi 5531 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 90,73 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2171 (iki min bir yüz yetmiş bir) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1378 (bir min üç yüz yetmiş səkkiz) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1310 (bir min üç yüz on) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 597 (beş yüz doxsan yeddi) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə borcu və 90,73 (doxsan manat yetmiş üç qəpik) manat dövlət rüsumu olmaqla cəmi 5621,73 (beş min altı yüz iyirmi bir manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar