Məhkəmə qərarları › İş №e-2(010)-2570/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2570/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2570/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Guseınov Gasanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Mercedes Benz C240” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1110 manat pul və ödənilmiş 31.50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Guseınov Gasan məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 18 fevral 2017-ci il tarixli AL-2403 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2001-cü il buraxılışlı, “Mercedes Benz C240” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, WDBRF61J61F080207 ban nömrəli, qara rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X3 illik 17 % hesablanmaqla 18 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.87 manat, ümumilikdə isə 6927.57 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 6927.57 manatın 6082 manatı əsas məbləğ təşkil edir. 20 fevral 2017-ci il tarixdə X3, Cavabdeh və İddiaçı ASC arasında AL-2403 (1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və 18 fevral 2017-ci il tarixli AL- 2403 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı ASC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(010)-3383/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddası qismən təmin edilərək 18 fevral 2017-ci il tarixli AL-2403 “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Mercedes Benz C240” markalı, **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı ASC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 4815.77 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Mercedes Benz C240” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 fevral 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1110 manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli AL-2403 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2001-cü il buraxılışlı, “Mercedes Benz C240” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, WDBRF61J61F080207 ban nömrəli, qara rəngli avtomobil 6082 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixdə X3, Cavabdeh və İddiaçı ASC arasında AL-2403 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 18 fevral 2017-ci il tarixli AL-2403 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “MERCEDES BENZ C240” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, WDBRF61J61F080207 ban nömrəli, qara rəngli avtomobil X2 və Cavabdeh təhvil verilmiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş Qüsur aktından müəyyən olunur ki, “MERCEDES BENZ C240” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin baxış zamanı 1110 manat məbləğində ziyanın dəyməsi aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-3383/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi qismən təmin olunaraq, "xxxx" ASC ilə bağlanmış 18 fevral 2017-ci il tarixli AL-2403 saylı "Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2001-ci il buraxılışlı, "Mercedes Benz C240" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, WDBRF61J61F080207 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi "Union Lizinq” ASC-nə geri qaytarılması və Cavabdeh 18 fevral 2017-ci il tarixli AL- 2403 saylı "Daxili lizinq" müqaviləsinə əsasən əlavə olunmuş "Ödəniş qrafıki"nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 fevral 2018-ci il tarixə 3882.02 manat əsas, 733.75 manat mükafat və 200 manat dəbbə pulu olmaqla, cəmi 4815.77 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı ASC ilə X3 arasında 18 fevral 2017-ci il tarixli AL-2403 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC cavabdehə mülkiyyətində olan “MERCEDES BENZ C240” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı, WDBRF61J61F080207 ban nömrəli, qara rəngli avtomobil 6082 manata lizinqə verilmişdir. Sonradan İddiaçı ASC, X3 və Cavabdeh arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və 18 fevral 2017-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Mercedes Benz C240” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 fevral 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1110 manat ziyan dəymişdir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan “MERCEDES BENZ C240” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1110 manat ziyan dəydiyindən iddia təmin edilməli, 1110 manat məbləğində pul vəsaiti və 31,50 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1110 (bir min yüz on) manat məbləğində pul vəsaiti və 31,50 (otuz bir manat, əlli qəpik) manat dövlət rüsumu və bank xidmət xərci İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar