Məhkəmə qərarları › İş №e-2(010)-258/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-258/2024

22.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-258/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X13 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Talıbov Akı̇ f Arı̇ f oğlunun cavabdehlər Hüseynova Zenfı̇ ra Məmmədsadıx qızı və Bakı Şəhərı̇ 10 Sayli Dövlət Notarı̇ at kontoruna qarşı "vərəsəlik haqqında şəhadətnamənin qismən ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/7-69-2136/2023 №-li doğum haqqında arayışdan görünür ki, X12 xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1961-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 801 nömrə ilə qeyd edilmişdir. Atası: X8, anası: X9.

2. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/1-709-6/2023 №-li ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.1985-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 41 nömrə ilə qeyd edilmişdir.

3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/1-710-6/2023 №-li ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 1972 nömrə ilə qeyd edilmişdir.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-48-DA/2-D-01092/2023 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşiıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1934-cü ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 09 yanvar 1934-cü ildə doğulan X2 təvəllüdü qeyd olunur. Atası: X6, Anası: Talıbova Törə.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-48-DA/2-D-01115/2023 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1924-cü ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə nikah haqqında qeydiyyat kitabında 12 oktyabr 1924-cü ildə X6 ilə (soyadı qeyd olunmayıb) Törə xanım (sənəddə olduğu kimi) Rza qızının nikahı qeyd olunur.

6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, xx.xx.2000ci il tarixdə vəfat etmiş Törə Rza qızının və xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2 miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmadığı barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Dövlət notariat arxivində X11 miras əmlakına dair Bakı şəhəri 10 saylı dövlət notariat ofisində xx.xx.2001-ci il tarixdə 2B- 1-103 reyestr nömrəsi ilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Dövlət notariat arxivində və «Elektron notariat» İnformasiya sistemində X2 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-551/2005 nömrəli iş üzrə qəbul etdiyi 19 may 2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, X1, X10, X3, X4, X7 qarşı real pay bölgüsünə dair Cavabdeh1 30 yanvar 1997-ci il tarixli vəsiyyətnamədən qismən imtina edilməsinə dair tələbinin təmin edilməsi, Bakı şəhəri, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 5 saylı fərdi yaşayış evinin 22,43 kv.m ibarət 1 saylı 13,4 kv.m-dən ibarət 4 saylı, 21,6 kv.m-dən ibarət 6 saylı otaqları və 25,38 kv.mdən ibarət həyət üzərində Cavabdeh1 mülkiyyət hüququnun təsdiq edilməsi, evin 20,87 kv.m-dən ibarət 2 saylı, 7,5 kv.m-dən ibarət 3 saylı, 12,0 kv.m-dən ibarət 5 saylı, 13,3 kv.m-dən ibarət 3 saylı, 12,0 kv.m-dən ibarət 8 saylı otaqlarının isə cavabdehlərin istifadəsində saxlanılması, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsində və mübahisəli evin texniki pasportunda dəyişiklik edilməsinin Baki şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmişdir.

8. ASAN 4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

9. Bakı şəhəri 10 saylı Dövlət Notariat Ofisinin xx.xx.2001-ci il tarixli 2B-İ-103 nömrəli Törə Rza qızı ilə bağlı vərəsəlik işindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 5 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Törə Rza qızı olmuşdur.

10. Notarius işinə əlavə olunmuş arayışdan görünür ki, X21 qızı 1993-cü ildən 2000-ci ilə kimi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 5 saylı fərdi yaşayış evində övladları Ədilə Məmməd qızı (qeydiyyatdan çıxıb), Fatmaxanım Məmməd qızı (qeydiyyatdan çıxıb, vəfat edib) və X8 (qeydiyyatdadır) ilə birgə yaşamışdır.

11. Bakı şəhəri Suraxanı rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ seriyalı 051225 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Törə Rza qızı xx.xx.2000-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 136 nömrə ilə qeyd edilmişdir.

12. Bakı şəhəri Orcanikidze (Suraxanı) rayon VVAQ şöbəsi tərəfindən 1996-cı il tarixdə verilmiş AZ seriyalı ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1955-ci ildə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1955-ci il tarixdə 410 nömrə ilə qeyd edilmişdir. Atası: Məmmədsadıx Əbdülhüseyn oğlu, anası: Ədilə Məmməd qızı.

13. 19 yanvar 2001-ci il tarixli arayışdan görünür ki, Fatmaxanım Məmməd qızı 17 yanvar 1966-cı il tarixdə ölmüşdür. Bu barədə xx.xx.1966-cı il tarixdə 35 nömrə ilə qeyd edilmişdir.

14. Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş 30 yanvar 1997-ci il tarixli 2B-İ-İİ reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Törə Rza qızı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir.

15. Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoru (Ofisi) tərəfindən verilmiş 19 iyul 2001-ci il tarixli, 2B-İ-103 №-li vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş Törə Rza qızı xx.xx.1997ci ildə təsdiq edilən və reyestrdə 2B-İ-İİ nömrə ilə qeydə alınan vəsiyyətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evini (ümumi torpaq sahəsi 340.90 kv.m) Cavabdeh1 vəsiyyət etmişdir.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət 3 yaşayış otağı və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsi (açıq qalır) xüsusi mülkiyyət hüququ əsasında X11 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İşin faktiki halları

17. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin Törə Rza qızı tərəfindən Cavabdeh1 vəsiyyət edilməsi və 36,17 kv.m sahədən ibarət yaşayış otağı və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahənin X11 adına açıq qalması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

18. İddiaçı Talıbov Akı̇ f Arı̇ f oğlu cavabdeh Hüseynova Zenfı̇ ra Məmmədsadıx qızı və Bakı Şəhərı̇ 10 Sayli Dövlət Notarı̇ at kontoruna qarşı "vərəsəlik haqqında şəhadətnamənin qismən ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2001-ci il tarixli, 2b-İ-103 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən ləğv edilməsi, miras qoyan Törə Rza qızının adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət yaşayış otağına və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsinə onun vərəsəlik hüququnun tanınması və həmin miras əmlakın onun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Sonradan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 19 iyul 2001-ci il tarixli, 2b-İ-103 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən, yəni miras qoyan Törə Rza qızının adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət yaşayış otağına və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsinə münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

20. Cavabdehlər Hüseynova Zenfı̇ ra Məmmədsadıx qızı və Bakı Şəhərı̇ 10 Sayli Dövlət Notarı̇ at kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Hüseynova Zenfı̇ ra Məmmədsadıx qızı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Bakı Şəhərı̇ 10 Sayli Dövlət Notarı̇ at kontoru isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

21. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Törə Rza qızının nəvəsidir və Törə Rza qızının adına mirasdan açıq pay qalıb. Törə Rza qızı ölmədən əvvəl bütün əmlakını digər nəvəsi-Cavabdeh1 vəsiyyət edib. Vəsiyyətnamə üzrə cavabdeh notariusa müraciət edib və vəsiyyətnamə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə veriblər. Həmin şəhadətnamə icra edilməyib, Cavabdeh1 da həmin evdə yaşamayıb. O, evi satmaq istədikdə başqalarının evdə qeydiyyatlı olduğunu görüb və evi satması mümkün olmayıb. Özü də könüllü olaraq məhkəməyə müraciət edərək miras payından qismən imtina edib. Məhkəmə onun miras payından qismən imtinasını qəbul edib və onun payını qətnamədə müəyyən edib. Qətnamədə onun konkret otaqlarda vərəsəlik hüququ tanınıb, digər qanun üzrə vərəsələrin isə otaqlar üzrə vərəsəlik hüququ tanınmayıb, yalnız istifadə hüququ tanınıb. Qətnamə bir çox şəxsin adını bütövlükdə qeyd edib, halbuki, həmin şəxslərdən bəziləri vərəsələr deyil. Bu iş üzrə əvvəldən mübahisə olmayıb, mübahisə olsa belə, 2005-ci il tarixli qətnamə ilə öz həllini tapıb. Vərəsə öz payından qismən imtina edibsə, qalan hissə açıq qalıbsa, açıq qalan hissə mütləq həll edilməlidir. Onun həll edilməsi üçün maneələr aradan qaldırılmalıdır, əsas maneə də şəhadətnamədir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, yəni miras qoyan Törə Rza qızının adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət yaşayış otağına və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsinə münasibətdə ləğv edilməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

22. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh Hüseynova Zenfı̇ ra Məmmədsadıx qızı iddia tələbini qəbul edərək bildirmişdir ki, o, iddiaçıya aid hissəni vermiş, öz hissəsini isə satmışdır, hazırda onunla əlaqəli məsələ yoxdur. İddiaçı onun dayısıoğludur və o, dayı uşaqlarının payını özlərinə vermişdir. Buna görə də qeyd edilənlərin nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Vərəsələr 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyət edə bilən şəxs Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1170. Vəsiyyət edənin payları müəyyənləşdirməsi 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1174. Miras payının müəyyənləşdirilməsində üçüncü şəxsin iştirakının yolverilməzliyi Vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz. Maddə 1177. Vərəsəlik hüququnun saxlanması Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. Maddə 1178. Qanun üzrə vərəsəliyin yolverilməzliyi Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1323. Şəhadətnaməyə yazılmağa razılıq Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.

24. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 17. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Maddə 57. Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Maddə 60. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...1/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır.

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

28. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

29. Məhkəmə işin faktiki hallarını, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

30. Belə ki, məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 5 saylı fərdi yaşayış evinin mülkiyyətçisi Törə Rza qızı olmuş və o, 1993-cü ildən 2000-ci ilə kimi həmin ünvanda övladları Ədilə Məmməd qızı, Fatmaxanım Məmməd qızı və X8 ilə birgə yaşamışdır. xx.xx.1997-ci il tarixli vəsiyyətnaməyə əsasən Törə Rza qızı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evini nəvəsi (Ədilə Məmməd qızının qızı) Cavabdeh1 vəsiyyət etmiş və qeyd olunan fərdi yaşayış evinə dair Cavabdeh1 19 iyul 2001-ci il tarixli, 2B-İ-103 №-li vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Törə Rza qızı xx.xx.2000-ci il tarixdə ölmüşdür. Sonradan Cavabdeh1 30 yanvar 1997-ci il tarixli vəsiyyətnamədən qismən imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-551/2005 nömrəli iş üzrə qəbul etdiyi 19 may 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, X1, X10, X3, X4, X7 qarşı real pay bölgüsünə dair Cavabdeh1 30 yanvar 1997-ci il tarixli vəsiyyətnamədən qismən imtina edilməsinə dair tələbinin təmin edilməsi, Bakı şəhəri, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 5 saylı fərdi yaşayış evinin 22,43 kv.m ibarət 1 saylı 13,4 kv.m-dən ibarət 4 saylı, 21,6 kv.m-dən ibarət 6 saylı otaqları və 25,38 kv.m-dən ibarət həyət üzərində Cavabdeh1 mülkiyyət hüququnun təsdiq edilməsi, evin 20,87 kv.m-dən ibarət 2 saylı, 7,5 kv.m-dən ibarət 3 saylı, 12,0 kv.mdən ibarət 5 saylı, 13,3 kv.m-dən ibarət 3 saylı, 12,0 kv.m-dən ibarət 8 saylı otaqlarının isə cavabdehlərin istifadəsində saxlanılması, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsində və mübahisəli evin texniki pasportunda dəyişiklik edilməsinin Baki şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət 3 yaşayış otağı və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsi X11 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin hissə açıq qalmışdır.

31. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və o, haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, qanunla notariuslara vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi səlahiyyəti verilmədiyi üçün həmin tələbə məhkəmədə baxılmalı və məhkəmə qətnaməsi əsasında ləğv edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi hazırkı tələblə bağlı tərəflər arasında mübahisə yoxdur, əksinə, Cavabdeh1 məhkəmə iclasında da iddia tələbi qəbul edərək, öz payını aldığını və qalan hissələrdən imtina etdiyini bildirmişdir. Qeyd olunan hallar məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmış və Cavabdeh1 vəsiyyətnamədən qismən imtina edilməsinə dair tələbi təmin edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət yaşayış otağı və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsi hazırda X11 adında açıq qalmışdır. X11 nəvəsi, hazırkı iş üzrə İddiaçı (X2 oğlu) isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, X11 adında açıq qalmış hissədə yaşayır. Qeyd olunan faktla bağlı hal konkret olsa da, norma mücərrəddir. Belə ki, qanunvericilikdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə bağlı birbaşa norma olmasa da, Mülki Məcəllənin 1323-cü maddəsi dolayı olaraq həmin halla əlaqədardır. Həmin normaya əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Cavabdeh1 razılığı isə şəhadətnamənin verilməsindən sonra baş verdiyi üçün dolayı olaraq həmin hal şəhadətnamənin qismən ləğvi üçün əsasdır.

Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoru (Ofisi) tərəfindən verilmiş 19 iyul 2001-ci il tarixli, 2B-İ-103 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qismən, X11 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət yaşayış otağına və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsinə münasibətdə ləğv edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoru (Ofisi) tərəfindən verilmiş 19 iyul 2001ci il tarixli, 2B-İ-103 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qismən, X11 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin 36,17 kv.m sahədən ibarət yaşayış otağına və 19,9 kv.m sahədən ibarət olan köməkçi sahəsinə münasibətdə ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar