Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2632/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP 15 komputer, MİCROSOFT WİNDOWS 10 PRO üçün 1094 manat ödənilməmiş hissə,109 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, MARVİN - CARPAYİ, DOSHEK URETA üçün 840 manat ödənilməmiş hissə, 84 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********68898 XİAOMİ REDMİ 8A markalı telefon üçün 301 manat ödənilməmiş hissə, 30 manat cərimə pulu; xx.xx.2020 -ci il tarixli müqaviləsinə əsasən, paltaryuyan Samsung üçün 283 manat ödənilməmiş hissə, 28 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********39610 Samsung Galaxy A10 üçün 243 manat ödənilməmiş hissə, 24 manat cərimə pulu; xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********61758 Samsung Galaxy A10, Power Bank, aksesuar üçün 88 manat ödənilməmiş hissə, 8 manat cərimə; ümumilikdə, 3132 manat borc və 51.32 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, “ABC TELECOM’’ MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən HP 15 komputer, Microsoft Windows 10 pro, Marvin Carpayı doshek uretan, İmei kodu **********68898 Xiaomı Redmı 8A, paltaryuyan Samsung, İMEİ **********39 Samsung Galaxy A10, İMEİ **********61758 Samsung Galaxy A10, Power Bank, Aksesuar almış və nəticədə 3132 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1250.4 manat (24 ay x 52.1 manat + 0 manat ilkin ödəniş) olan HP 15 komputer, Microsoft Windows 10 pro üçün ümumilikdə, 1203 manat olmaqla ondan 1094 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 109 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1320 manat (24 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan marvin carpayı, doshek ureta üçün ümumilikdə, 924 manat olmaqla ondan 840 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 84 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 manat (18 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********68898 Xiaomı Redmı 8A markalı telefon üçün ümumilikdə, 331 manat olmaqla ondan 301 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 30 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 707.4 manat (18 ay x 39.3 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan Samsung üçün ümumilikdə, 311 manat olmaqla ondan 283 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 28 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378.6 manat (12 ay x 30.3 manat + 15 manat ilkin ödəniş) olan İmei **********39610 Samsung Galaxy A10 üçün ümumilikdə, 267 manat olmaqla ondan 243 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 24 manat cərimə pulu; xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 418 manat (12 ay x 34 manat + 10 manat ilkin ödəniş) olan İmei **********61758 Samsung Galaxy A10, Power Bank, Aksesuar üçün ümumilikdə, 96 manat olmaqla ondan 88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 8 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1657.4 manat təşkil edir. İş materiallarına əlavə edilmiş:
1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC HP 15 komputer, Microsoft Windows 10 pro Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 24 ay müddətinə ayda 52,1 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Marvin carpayı, doshek ureta Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 24 ay müddətinə ayda 55 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomı Redmı 8A markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 24 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC paltaryuyan Samsung Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 39,3 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A10 Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 30,3 manat ödəməyi öhdəsinə götürmüşdür.
6. xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A10, Power Bank, Aksesuarı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 34 manat ödəməyi öhdəsinə götürmüşdür.
"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1094 manat ödənilməmiş hissə, 109 manat cərimə; xx.xx.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 840 manat ödənilməmiş hissə, 84 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 301 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 283 manat ödənilməmiş hissə, 28 manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 243 manat ödənilməmiş hissə, 24 manat cərimə və xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 88 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla ümumilikdə 3132 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.
Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1250,4 manat olan özünə məxsus HP 15 komputer, Microsoft Windows 10 pro cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 24 ay müddətinə ayda 52.1 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1320 manat olan özünə məxsus marvin carpayı, doshek ureta cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 24 ay müddətinə ayda 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 432 manat olan özünə məxsus Xiaomı Redmı 8A markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 24 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 707.4 manat olan özünə məxsus paltaryuyan Samsung cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 39,3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 378.6 manat olan özünə məxsus Samsung Galaxy A10 cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 30.3 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 418 manat olan özünə məxsus Galaxy A10, Power Bank, Aksesuar cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1094 manat ödənilməmiş hissə, 109 manat cərimə; xx.xx.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 840 manat ödənilməmiş hissə, 84 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 301 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 283 manat ödənilməmiş hissə, 28 manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 243 manat ödənilməmiş hissə, 24 manat cərimə və xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 88 manat ödənilməmiş hissə, 8 manat cərimə olmaqla ümumilikdə 3132 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 10 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 3 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 3 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 3 manat və xx.xx.2019-ci il tarixli müqavilə üzrə cərimə borcunun 3 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1094 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 840 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 301 manat ödənilməmiş hissə, 3 manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 283 manat ödənilməmiş hissə, 3 manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 243 manat ödənilməmiş hissə, 3 manat cərimə və xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 88 manat ödənilməmiş hissə, 3 manat cərimə olmaqla ümumilikdə 2876 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 51,32 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1094 (bir min doxsan dörd) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 840 (səkkiz yüz qırx) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 301 (üç yüz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 243 (iki yüz qırx üç) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə və xx.xx.2019-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 51.32 (əlli bir manat otuz iki qəpik) manat olmaqla cəmi 2927,32 (iki min doqquz yüz iyirmi yeddi manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova