Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-273/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa olunması üçün tələb olunan 10833.46 manat pul və ödənilmiş 122.50 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə X3 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MAS-1120 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi'’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 12 mart 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(008)-2694/2023 saylı qətnaməsi ilə (hakim N.Cəfərli) İddiaçı MMC- nin iddası təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1967.06 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 10833.46 manat ziyan dəymişdir. Tərəflərin izahatları İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları İddiaçı MMC ilə X3 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MAS-1120 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, «Alıcı» adlanan İddiaçı MMC, "Satıcı" adlanacaq "xxxx" MMC və "Lizinq alan" adlanacaq X2 iştirakı ilə tərtib edilmiş akta əsasən “Khazar SD” markalı, ban NVAW01HHFKE166736 avtomobili Alıcı və Lizinq alana təhvil verilmişdir. Bu Təhvil-təslim aktını imzalayaraq Alıcı bütün lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə Satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. 12 mart 2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil təslim aktından görünür ki, X3 və Cavabdeh iştirakı ilə tərtib edilmiş akta əsasən X2 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan KHAZAR SD markalı, 77PD368 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2694/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair İddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilmiş, lizin obyekti olan 2019-cu ilk buraxılışlı, “khazar SD” markalı 77- PD-368 dövlət qeydiyyat nişanlı NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMCyə geri qaytarılması, Cavabdeh 1690.98 (min altı yüz doxsan manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 226.08 (iki yüz iyirmi altı manat, səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat cərimə, cəmi 1967.06 (min doqquz yüz altmış yeddi manat, altı qəpik) manat borc və 39.7 (otuz doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, lizinq obyektinə dəymiş ziyanı 7 gün ərzində ödənilməsini ondan tələb edilmiş, Əks təqdirdə lizinq obyektinə dəymiş ziyanın məhkəmə qaydasında tələb ediləcəyi bildirlmişdir. Qüsur aktından müəyyən olunur ki, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşınına ehtiyat hissələrinin ümumi dəyəri 5380,90 manat, ümumi xidmət haqqı 3800,00 manat və Ə.D.V 1652,56 manat olmaqla, ümumilikdə 10833,46 manat məbləğində ziyan dəymişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 747.Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1 Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 748. Lizinq müqaviləsinin subyektləri 748-1.5 Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1120 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsf’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Hazırda iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi irəli sürərək sonuncudan lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 10833.46 manat pulun tutulmasını tələb edir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2694/2023 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1120 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilmiş, lizin obyekti olan 2019-cu ilk buraxılışlı, “khazar SD” markalı 77- PD-368 dövlət qeydiyyat nişanlı NVAW01HHFKE166736 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 1690.98 (min altı yüz doxsan manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 226.08 (iki yüz iyirmi altı manat, səkkiz qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat cərimə, cəmi 1967.06 (min doqquz yüz altmış yeddi manat, altı qəpik) manat borc və 39.7 (otuz doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(010)-273/2025 saylı qiyabi qətnaməsi ilə Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10833,46 (on min səkkiz yüz otuz üç manat qırx altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 122,50 (bir yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə qiyabi qətnamənin ləğvinə dair ərizə vermiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(010)-273/2025 saylı qəraradadı ilə ərizə təmin edilmiş və qiyabi qətnamə ləğv edilmişdir. Lakin bundan sonra da cavabdeh məhkəmə iclaslarının vaxt və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş və iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Məhkəmə müəyyən edir ki, hazırda “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda iddiaçının istifadə və sahibliyindədir. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 10833,46 manat ziyan dəymişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10833,46 (on min səkkiz yüz otuz üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 122,50 (bir yüz iyirmi iki manat əlli qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10833,46 (on min səkkiz yüz otuz üç manat qırx altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 122,50 (bir yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10833,46 (on min səkkiz yüz otuz üç manat qırx altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 122,50 (bir yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-273/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-273/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver