Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2735/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********92713 iPhone 11, İMEİ kodu **********98111 iPhone 11 markalı telefonlar üçün 3818.6 manat ödənilməmiş hissə, 1142.4 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. Atron Kombi, Eurogas Qaz requlyatoru, Kombi Stabilizator üçün 639 manat ödənilməmiş hissə. 192 manat dəbbə pulu: xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. Xiaoıni Saat üçün 50.8 manat ödənilməmiş hissə, 13.2 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Apple Saat, Mi saat üçün 579 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu ümumilikdə 6597 manat borc. 85.97 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi. İddia tələbinin dəlilləri Cavabdeh. ‘ABC TELECOM” MMC ilə xx.xx.2020-ci il. xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92713 iPhone 11, İMEİ kodu **********98111 iPhone 11 markalı telefonlar, Atron Kombi. Eurogas Qaz requlyatoru, Konıbi Stabilizator, Xiaonıi Saat, Apple Saat, Mi saat almış və nəticədə 6597 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4696.6 manat (18 ay x 238. ~ manat - 400 manat ilkin ödəniş) İMEİ kodu **********92713 iPhone 11, İMEİ kodu **********98111 iPhone 11 markalı telefonlar üçün ümumilikdə, 4961 manat olmaqla ondan, 3818.6 manat ödənilməmiş hissə, 1142.4 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1545 manat (24 ay x 64 manat - 9 manat ilkin ödəniş) Atron Kombi, Eurogas Qaz requlyatoru, Kombi Stabilizator üçün ümumilikdə 831 manat olmaqla ondan. 639 manat ödənilməmiş hissə, 192 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 367 manat (8 ay x 44 manat - 15 manat ilkin ödəniş) Xiaomi Saat üçün ümumilikdə 64 manat olmaqla ondan. 50.8 manat Ödənilməmiş hissə, 13.2 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1343 manat (12 ay x 108 manat + 4~ manat ilkin ödəniş) Apple Saat, Mi saat üçün ümumilikdə 741 manat olmaqla ondan 579 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixində Mi markalı saatdan imtina etmiş və məhsul 147 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi Ödədiyi məbləğ 617 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 147 manat, ümumilikdə, 764 manat təşkil edir. Digər tarixli müqavilələr üzrə üçün isə cəmi ödədiyi məbləğ 2100.2 manat təşkil edir. Tərəflərin izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş:
1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC iPhone 11 markalı telefonları Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 238,7 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Atron Kombi, Eurogas Qaz requlyatoru, Kombi Stabilizatorı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 24 ay müddətinə ayda 64 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Xiaomi Saatı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 8 ay müddətinə ayda 44 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Apple Saat, Mi saatı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 108 manat ödəməyi öhdəsinə götürmüşdür.
"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3818,6 manat məbləğində əsas borc, 1142,4 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 639 manat məbləğində əsas borc, 192 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 50,8 manat məbləğində əsas borc, 13.2 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 579 manat məbləğində əsas borc, 162 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 6597 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.
Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 4696,6 manat olan özünə məxsus iPhone 11 markalı telefonları cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 238,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1545 manat olan özünə məxsus Atron Kombi, Eurogas Qaz requlyatoru, Kombi Stabilizatorı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 24 ay müddətinə ayda 64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 367 manat olan özünə məxsus Xiaomi Saatı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 8 ay müddətinə ayda 44 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1343 manat olan özünə məxsus Apple Saat, Mi saatı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 12 ay müddətinə ayda 108 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3818,6 manat məbləğində əsas borc, 1142,4 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 639 manat məbləğində əsas borc, 192 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 50,8 manat məbləğində əsas borc, 13.2 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 579 manat məbləğində əsas borc, 162 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 6597 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1142,4 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 192 manat; xx.xx.2019cu il tarixli müqavilə üzrə 13,2 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 162 məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 200 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 30 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 25 məbləğində cərimə miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3818,6 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 639 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli isyə alqı-satqı müqaviləsi üzrə 50,8 manat məbləğində əsas borc, 5 manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 579 manat məbləğində əsas borc, 25 manat məbləğində cərimə borcu olmaqla cəmi 5347,4 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 85,97 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3818,6 (üç min səkkiz yüz on səkkiz manat altmış qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 639 (altı yüz otuz doqquz) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli isyə alqı-satqı müqaviləsi üzrə 50,8 (əlli manat səksən qəpik) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 579 (beş yüz yetmiş doqquz) manat məbləğində əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu və 85,97 (səksən beş manat doxsan yeddi qəpik) manat dövlət rüsumu olmaqla cəmi 5433,37 (beş min dörd yüz otuz üç manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova