Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2741/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********82243 İPHONE 11 PRO İMAX üçün 4219,5 manat ödənilməmiş hissə, 1237,5 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, APPLE markalı saat üçün 1230.90 manat ödənilməmiş hissə, 362,1 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG GALAXY markalı saat üçün 501,6 manat ödənilməmiş hissə, 143,4 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, APPLE markalı qulaqcıq üçün 451.5 manat ödənilməmiş hissə, 276.5 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Mİ markalı POWER üçün 86,7 manat ödənilməmiş hissə, 24,3 manat dəbbə pulunun, ümumilikdə 8534 manat borcun və 105.34 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh “ABC TELECOM“ MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********82243 İPHONF İİ PROMAX, APPLE markalı saat, SAMSUNG Galaxy markalı saat, APPLE markalı qulaqcıq, Ml markalı POWER almış və nəticədə 8534 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qivməti 4960,8 manat (18 ay x 275.6 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********82243 İPHONF 11 PRO MAX üçün ümumilikdə, 5457 manat olmaqla ondan 4219,5 manat ödənilməmiş hissə, 1237.5 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1535.8 manat (18 ay x 71.6 manat +247 manat ilkin ödəniş) APPLE markalı saat üçün ümumilikdə 1593 manat olmaqla ondan. 1230,9 manat ödənilməmiş hissə. 362,1 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 645,6 manat (12 ay x 53.8 manat + 0 manat ilkin ödəniş), SAMSUNG GALAXY markalı saat üçün ümumilikdə 645 manat olmaqla ondan. 501,6 manat ödənilməmiş hissə, 143,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 494 manat (12 ay x 41 manat +2 manat ilkin ödəniş) APPLE markalı qulaqcıq üçün ümumilikdə 728 manat olmaqla ondan 451,5 manat ödənilməmiş hissə, 276.5 manat dədə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96 manat (10 ay x 9.6 manat + 0 manat ilkin ödəniş) Mİ markalı POWER üçün ümumilikdə 111 manat olmaqla ondan, 86.7 manat ödənilməmiş hissə, 24,3 manat dəbbə puludur. Cavabdehin cəmi ödədiyi məbləğ 1242 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. COVİD-19 koronavirus pandemiyası səbəbindən əmək haqqının verilməsində gecikmələr olduğuna görə qeyd edilən ödənişləri vaxtı-vaxtında ödəyə bilməmişdir. Hazırda həmin borcu birdəfəyə ödəmək iqtidarında deyil. Ailə vəziyyətini və maddi imkanlarının nəzərə alınmasını, buna əsasən dəbbə borcunun silinməsi və borcun hissəhissə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20116654 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 10 ay müddətinə hər ay 9.6 manat nağd ödəməklə, qiyməti 96 manat olan Mİ markalı POWER satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20309525 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh oğluna 18 ay müddətinə hər ay 275.60 manat nağd ödəniş olmaqla, qiyməti 4960.80 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20114164 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 41 manat nağd ödəniş olmaqla, qiyməti 494 manat olan qulaqcıq satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20327583 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hər ay 71.6 manat nağd ödəniş olmaqla, qiyməti 1535.8 manat olan saat satmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci tarixli, 20143003 saylı bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hər ay 53.8 manat ödəniş olmaqla, qiyməti 645.6 manat saat satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh"xxxx" ilə aralarında bağlanmış müqavilələr üzrə ümumilikdə 6490.20 manat ödənilməmiş məbləğ, 2043.80 manat dəbbə borcu, ümumilikdə 8534 borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı müqavilələrə əsasən telefon və digər əşyalar almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 6490.20 manat ödənilməmiş hissə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 2043.80 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 6490.20 manat ödənilməmiş məbləğ, 200 manat dəbbə pulu və 105.34 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 6490.20 manat ödənilməmiş məbləğ, 200 manat dəbbə pulu, ümumilikdə 6690.20 (altı min altı yüz doxsan manat, iyirmi qəpik) manat və 105.34 (yüz beş manat, otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-2741/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2741/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver