Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2753/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********80000 olan, ünvan 1 ünvanı üzrə cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 6460 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək, məhkəmə araşdırması zamanı iddiaçının borcu 7139,74 manat olmasının müəyyən olunduğunu və 7139,74 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. Hazırda övladları ilə birlikdə yaşayır. Cavabdeh "xxxx" ASC tərəfindən yazılmış əsassız borca görə neçə illərdir ki, əziyyət çəkirlər. Hüquqlarını bilməmələri səbəbindən mərhum həyat yoldaşı X1 adına olan **********80000 abonent kodu üzrə 6460 manat pul vəsaiti onlardan tələb olunur. Bu borc kimi qeyd edilən vəsait qanunsuz olaraq və uzun illər öncə onlara yazılmışdır. Dəfələrlə "xxxx" ASC-yə müraciət etsələr də, yazılmış borc məbləği silinməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilən borc barədə bu günədək hər hansı akt tərtib edilməyib və onlara bu barədə məlumat verilməmişdir. Cavabdeh təşkilat tələb hüququ barədə iddia müddətini də ötürmüşdür.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mövcud borc məbləği abonentə 2001-2010cu illəri əhatə edən müddət ərzində yaranmışdır. Burada müddətin ötürülməsi halı mövcuddur. Borcun ödənilməsi ilə bağlı dəfələrlə "xxxx" ASC tərəfindən İddiaçı bildirişlər göndərilmişdir. Lakin yaşadığı ünvanda yaranmış borc əsassız olaraq hesablanmışdır. Abonent kodu iddiaçının həyat yoldaşı X1 adınadır və o, 2001-ci ildə vəfat etmişdir. olan **********80000 abonent kodu üzrə 6460 manat pul vəsaiti onlardan tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçının borcunun 7139,74 manat olması müəyyən olunmuş və qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciəti əsassızdır. Belə ki, ünvan 1 ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" ASC və "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2010-cu il aralığında yaranmış borcdur. Abonentin 2010-cu ildən sonra borcu yaranmamışdır. Hal-hazırda mövcud olan borclar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb edilmir, lakin həmin məbləğ abonent kodunun ad dəyişməsi və fərdi yaşayış evinin alqı-satqısı zamanı "xxxx" ASC tərəfindən tələb edilə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.
İş materialları.
7. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.1976-cı il tarixdə 36 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva, ərə Quliyev soyadı verilmişdir.
8. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 882483 Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2001-ci ildə ölmüşdür.
9. "xxxx" ASC tərəfindən verilmiş Bildirişdən görünür ki, ödəniləcək məbləğ 6461,80 manatdır.
10. Abunə Haqqında bildirişdən görünür ki, xx.xx.1999-cu il tarixli BOEO saylı qeydiyyata əsasən X2 xx.xx.2024-cü il tarixinə 647.01 manat, 30.93 manat və 6461,80 manat borcu vardır.
11. "xxxx" ASC tərəfindən verilmiş X4 görünür ki, X2 adına quraşdırılmış **********80000 saylı abonent kodu üzrə sayğaca görə 2025-ci il tarixə 6461,80 manat borc yazılmışdır.
12. Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş Rəydən müəyyən olunur ki, araşdırma sənədlərindən məlum olmuşdur ki, "xxxx" ASC-nin kompüter məlumat bazasında vətəndaşın mərhum həyat yoldaşı X2 adına qeydiyyata alınmış **********80000 abonent kodu üzrə xx.xx.2025-ci il tarixinə elektrik enerjisinə görə borc yoxdur. Lakin abunə haqqında cədvəl üzrə 7139,74 manat məbləği tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd edilən məbləğ aylar üzrə sərf edilmiş elektrik enerjisinə görə təqdim edilən bildirişdə öz əksini tapmır. Həmin məbləğ abonent kodunun ad dəyişməsi və fərdi yaşayış evinin alqı-satqısı zamanı "xxxx" ASC tərəfindən tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, abunə haqqında cədvəldə qeydə alınan 7139,74 manat məbləğinin silinməsi məqsədəuyğun hesab edilir. İşin faktiki halları.
13. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş Rəydən müəyyən olunur ki, araşdırma sənədlərindən məlum olmuşdur ki, "xxxx" ASC-nin kompüter məlumat bazasında vətəndaşın mərhum həyat yoldaşı X2 adına qeydiyyata alınmış **********80000 abonent kodu üzrə xx.xx.2025-ci il tarixinə elektrik enerjisinə görə borc yoxdur. Lakin abunə haqqında cədvəl üzrə 7139,74 manat məbləği tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd edilən məbləğ aylar üzrə sərf edilmiş elektrik enerjisinə görə təqdim edilən bildirişdə öz əksini tapmır. Həmin məbləğ abonent kodunun ad dəyişməsi və fərdi yaşayış evinin alqı-satqısı zamanı "xxxx" ASC tərəfindən tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, abunə haqqında cədvəldə qeydə alınan 7139,74 manat məbləğinin silinməsi məqsədəuyğun hesab edilir.
14.Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı
4. X3 Rejimləri və Əsas Şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
8. Elektrik Enerjisindən (X11) X5 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.
16. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə abonent kodu iddiaçının mərhum həyat yoldaşı X2 adına qeydiyyata alınmış və o, 2001-ci ildə vəfat etmişdir. Həmin ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2010-cu il aralığında yaranmış borcdur.
20. Məhkəmə qeyd edir ki, iddiaçının elektrik enerjisindən istifadə etməklə borcun yaranmasında təqsirli olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).
21. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
22. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
23. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, abonent saldosuna əsasən cavabdeh təşkilat borcun yarandığını iddia edərək bununla bağlı sübut təqdim etmədən iddiaçıdan özündən əvvəlki qurumlara olan 2001-ci ildən 2010-cu il aralığında yaranmış borcu iddiaçıdan tələb edir.
24. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı tərəfindən verilmiş Rəydən müəyyən olunur ki, araşdırma sənədlərindən məlum olmuşdur ki, "xxxx" ASC-nin kompüter məlumat bazasında vətəndaşın mərhum həyat yoldaşı X2 adına qeydiyyata alınmış **********80000 abonent kodu üzrə xx.xx.2025-ci il tarixinə elektrik enerjisinə görə borc yoxdur. Lakin abunə haqqında cədvəl üzrə 7139,74 manat məbləği tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd edilən məbləğ aylar üzrə sərf edilmiş elektrik enerjisinə görə təqdim edilən bildirişdə öz əksini tapmır. Həmin məbləğ abonent kodunun ad dəyişməsi və fərdi yaşayış evinin alqı-satqısı zamanı "xxxx" ASC tərəfindən tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, abunə haqqında cədvəldə qeydə alınan 7139,74 manat məbləğinin silinməsi məqsədəuyğun hesab edilir.
25. Məhkəmə qeyd edir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəf istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməyi, cavabdeh tərəf isə iddiaçıya məxsus mənzili elektrik enerjisi ilə təchiz etməyi və hesablaşma dövrü ərzində istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödənişi tələb etməyi üzərinə götürmüşdür. İş materiallarından göründüyü kimi tərəflər arasında yaranmış borc 2001-2010-cu illəri əhatə edir və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir.
26. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin olunmalı və abonentin hərəkət cədvəlinə əsasən borc "xxxx" ASC və "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə yarandığından, hesablaşma dövrü 1 ay qəbul olunduğundan və həmin dövr ərzində abonentdən tələb olunmadığından 7139.74 manat borcu abonentin saldosundan silinməlidir.
Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan 91,40 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********80000) elektrik enerjisindən istifadə nəticəsində yaranmış 7139,74 (yeddi min yüz otuz doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 91,40 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. 29.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. ünvan 1 ünvanında İddiaçı tələb olunan (abonent kodu **********80000) elektrik enerjisindən istifadə nəticəsində yaranmış 7139,74 (yeddi min yüz otuz doqquz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 91,40 (doxsan bir manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova