Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2850/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED Tv üçün 1392 (min üç yüz doxsan iki) manat ödənilməmiş hissə, 139 (yüz otuz doqquz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu üçün 1366 (min üç yüz altmış altı) manat ödənilməmiş hissə, 136 (yüz otuz altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Lenovo Kompüter, Logitech Mouse, Sumdex Çanta üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********87537 Samsung Galaxy A50 markalı telefon, Samsung Soyuducu üçün 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED Tv üçün 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə ümumilikdə 4547 manat borc, 65.47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "ABC TELECOM” MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED Tv, Samsung Soyuducu, Lenovo Kompüter, Logitech Mouse, Sumdex Çanta, İmei kodu **********87537 Samsung Galaxy A50 markalı telefon, Samsung Soyuducu, Samsung LED Tv almış və nəticədə 4547 (dörd min beş yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1474.2 (min dörd yiiz yetmiş dörd, iyimi qəp) manat (18 ay x 81.9 manat + 0 manat ilkin ödəniş) olan, LG LED Tv üçün ümumilikdə, 1531 (min beş yüz otuz bir) manat olmaqla ondan, 1392 (min üç yüz doxsan iki) manat ödənilməmiş hissə, 139 (yüz otuz doqquz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2496 (iki min dörd yüz doxsan altı) manat (24 ay x 104 manat + 0 manat ilkin ödəniş) olan Samsung Soyuducu üçün ümumilikdə, 1502 (min beş yüz iki) manat olmaqla ondan, 1366 (min üç yüz altmış altı) manat ödənilməmiş hissə, 136 (yüz otuz altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 954 (doqquz yüz əlli dörd) manat (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) olan Lenovo Kompüter, Logitech Mouse, Sumdex Çanta üçün ümumilikdə, 643 (altı yüz qırx üç) manat olmaqla ondan, 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2432 (iki min dörd yüz otuz iki) manat (16 ay x 152 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********87537 Samsung Galaxy A50 markalı telefon, Samsung Soyuducu üçün ümumilikdə, 600 (altı yüz) manat olmaqla ondan, 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1998 (min doqquz yüz doxsan səkkiz) manat (18 ay x 111 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED Tv üçün ümumilikdə, 271 (iki yüz yetmiş bir) manat olmaqla ondan, 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 5218.2 manat təşkil edir. İş materiallarına əlavə edilmiş:
1. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC LG LED Tv Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 81,9 manat ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X1 İlahə Nazim qızına verməyi, Cavabdeh isə bunun müqabilində 24 ay müddətinə ayda 104 manat ödəməyi öhdəsinə götürmüşdür.
3. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Lenovo Kompüter, Logitech Mouse, Sumdex Çantanı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 53 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung Galaxy A50 markalı telefon, X1 İlahə Nazim qızına verməyi, Cavabdeh isə bunun müqabilində 16 ay müddətinə ayda 152 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Samsung LED Tv Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay müddətinə ayda 111 manat ödəməyi öhdəsinə götürmüşdür.
"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1392 manat ödənilməmiş hissə, 139 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 585 manat ödənilməmiş hissə, 58 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 546 manat ödənilməmiş hissə, 54 manat cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 247 manat ödənilməmiş hissə, 24 manat cərimə olmaqla ümumilikdə 4547 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.
Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1474,2 manat olan özünə məxsus LG LED Tv cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 81,9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2496 manat olan özünə məxsus Samsung Soyuducunu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 24 ay müddətinə ayda 104 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 954 manat olan özünə məxsus Lenovo Kompüter, Logitech Mouse, Sumdex Çantanı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 53 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2432 manat olan özünə məxsus Samsung Galaxy A50 markalı telefon, Samsung Soyuducunu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 16 ay müddətinə ayda 152 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1998 manat olan özünə məxsus Samsung LED Tv cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay müddətinə ayda 111 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1392 manat ödənilməmiş hissə, 139 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1366 manat ödənilməmiş hissə, 136 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 585 manat ödənilməmiş hissə, 58 manat cərimə; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 546 manat ödənilməmiş hissə, 54 manat cərimə və xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 247 manat ödənilməmiş hissə, 24 manat cərimə olmaqla ümumilikdə 4547 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat; xx.xx.2019cu il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 3 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1392 (bir min üç yüz doxsan iki) manat, cərimə borcuna görə 5 (beş) manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1366 (bir min üç yüz altmış altı) manat, cərimə borcuna görə 5 (beş) manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 585 (beş yüz səksən beş) manat, cərimə borcuna görə 3 (üç) manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 546 (beş yüz qırx altı) manat, cərimə borcuna görə 5 (beş) manat və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 247 (iki yüz qırx yeddi) manat, cərimə borcuna görə 5 (beş) manat olmaqla cəmi 4159 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 65,47 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1392 (bir min üç yüz doxsan iki) manat, cərimə borcuna görə 5 (beş) manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 1366 (bir min üç yüz altmış altı) manat, cərimə borcuna görə 5 (beş) manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 585 (beş yüz səksən beş) manat, cərimə borcuna görə 3 (üç) manat; xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 546 (beş yüz qırx altı) manat, cərimə borcuna görə 5 (beş) manat və xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 247 (iki yüz qırx yeddi) manat, cərimə borcuna görə 5 (beş) manat və ödənilmiş dövlət rüsumuna görə 65,47 (altmış beş manat qırx yeddi qəpik) manat olmaqla cəmi 4224,47 (dörd min iki yüz iyirmi dörd manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova