Məhkəmə qərarları › İş №e-2(010)-286/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-286/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-286/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********41292 olan X6 9 Pro markalı telefon üçün 640 manat ödənilməmiş hissə, 189 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung soyuducu üçün 1484 manat ödənilməmiş hissə, 421 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 10 ədəd seksiya üçün Hoffmann kran, Hoffmann Seksiya və Hoffmann kombi üçün 1976 manat ödənilməmiş hissə, 564 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG markalı kinoteatr üçün 939 manat ödənilməmiş hissə, 233 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Remington maşa və Beurer ütü fen üçün 178 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, ümumilikdə 6672 manat borc, 86.72 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********41292 olan X6 9 Pro markalı telefon, Samsung soyuducu, 10 ədəd seksiya üçün Hoffmann kran, Hoffmann Seksiya və Hoffmann kombi, LG markalı kinoteatr və Remington maşa və Beurer ütü fen almış və nəticədə 6672 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 851.2 manat (18 ay x 45.9 manat + 25 manat ilkin ödəniş) olan, İMEİ kodu **********41292 olan X6 9 Pro markalı telefon üçün ümumilikdə 829 manat olmaqla ondan, 640 manat ödənilməmiş hissə, 189 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1785.6 manat (24 ay x 74.4 manat + 0 manat ilkin ödəniş) olan Samsung soyuducu üçün ümumilikdə 1905 manat olmaqla ondan, 1484 manat ödənilməmiş hissə, 421 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2258.4 manat (24 ay x 94.1 manat + 0 manat ilkin ödəniş) olan 10 ədəd seksiya üçün Hoffmann kran, Hoffmann Seksiya və Hoffmann kombi üçün ümumilikdə 2511 manat olmaqla ondan, 1976 manat ödənilməmiş hissə, 564 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 984 manat (24 ay x 41 manat + 0 manat ilkin ödəniş) olan LG markalı kinoteatr üçün ümumilikdə 1172 manat olmaqla ondan, 939 manat ödənilməmiş hissə, 233 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 198 manat (12 ay x 16.5 manat + 0 manat ilkin ödəniş) Remington maşa və Beurer ütü fen üçün ümumilikdə 226 manat olmaqla ondan 178 manat ödənilməmiş hissə, 48 manat dəbbə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 860.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

6. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 45.9 manat məbləğində olmaqla edilməsi müəyyən edilmişdir.

7. xx.xx.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

9. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasında hər ay 74.4 manat məbləğində olmaqla edilməsi müəyyən edilmişdir.

10. xx.xx.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

11. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

12. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2020 - xx.xx.2022-ci il tarixləri arasında hər ay 94.1 manat məbləğində olmaqla edilməsi müəyyən edilmişdir.

13. xx.xx.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

14. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

15. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 41 manat məbləğində olmaqla edilməsi müəyyən edilmişdir.

16. xx.xx.2021-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

17. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

18. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişlərin xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 16.5 manat məbləğində olmaqla edilməsi müəyyən edilmişdir.

19. xx.xx.2021-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

20. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir

21. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh bütün müqavilələr üzrə borcundan cəmi 860.2 manat ödəmiş, 5217 manat əsas borca görə ödənilməmiş məbləğ, 1435 manat cərimə olmaqla, cəmi 6672 manat məbləğində borcu qalmışdır.

İşin faktiki halları.

22. Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən müxtəlif dəyərli mallar almış, aldığı malların pulunu ödəniş cədvəlinə uyğun olaraq hər ay hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, beş müqavilə üzrə də ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilələr üzrə ödənilməmiş əsas borcu və hesablanmış cəriməni Cavabdeh tələb etmişdir.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsi. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

26. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alqı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alqı-satqı müqavilələrinin hər biri üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir.

27. Lakin məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, dəbbə puluna münasibətdə qismən təmin edilməlidir.

28. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər.

29. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən beş müqavilə üzrə cəmi 1435 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir.

30. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməsində ifаdə оlunаn iddiaçının ümumi mаrаğı ilə cavabdehin mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin azaldılaraq birinci müqavilə üzrə 10 manat, ikinci müqavilə üzrə 40 manat, üçüncü müqavilə üzrə 50 manat, dördüncü müqavilə üzrə 20 manat və beşinci müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən beş müqavilə üzrə cəmi 130 manat məbləğində cərimə tutulmalıdır.

Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 86.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur.

32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (73.47 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cəmi 5217 manat məbləğində əsas borc və 130 manat məbləğində cərimə olmaqla, ümumilikdə 5347 (beş min üç yüz qırx yeddi) manat məbləğində borc və 73.47 manat (yetmiş üç manat qırx yeddi qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 5217 manat məbləğində əsas borc və 130 manat məbləğində cərimə olmaqla, ümumilikdə 5347 (beş min üç yüz qırx yeddi) manat məbləğində pul və 73.47 manat (yetmiş üç manat qırx yeddi qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar