Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2928/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai – X** maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai – X** maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmrinə əsasən 2-0627A kodu ilə “Ərizəçi R oğlu” kimi qeyd olunmuş sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 28 saylı, 2* may 2003-cü il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının *5 aprel *999-cu il tarixli, 096 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X* təşkilatının *7 may 2003-cü il tarixli 02 saylı Protokoluna əsasən (Buzovna Tərəvəzçilik-südçülük Sovxozunun) 2-0627A kodla fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0.05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün ona ayrılmış torpaq sahəsinə dair müvafiq arxiv arayışı və plan cizginin təqdim edilməsini xahiş etmişdir. Vətəndaşın müraciətinə X*2- X7 *9 fevral 2024-cü il tarixli və 05 noyabr 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir: '‘Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 20*5ci il *3 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20*5-ci il 30 oktyabr tarixli, 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda müvafiq arxiv arayışı və plan cizginin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 2-0627A kodla Ərizəçi R oğlu (ata adı göstərilməyib) adına fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə adınızın Ərizəçi qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün arxiv sənədlərində adınızın qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ona görə də, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük sovxozu) 2* may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 2-0627A kodla “Ərizəçi R oğlu” kimi qeyd olunmuş sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsini istəyir. Faktın müəyyən olunması Ərizəçi mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün lazımdır. Sadiqov X6 şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da, X5 ilə bağlanmış *3.*0.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən, ünvan 2 ünvanında daimi olaraq yaşayır (*0.04.2025-ci il tarixli yaşayış yerindən arayış), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Mülki müdafiə alayında (9923 nömrəli hərbi hissə) həqiqi hərbi xidmətdədir (*9.09.2024-cü il tarixli arayış). Bu səbəbə görə ərizəçinin olduğu yer üzrə Suraxanı rayon məhkəməsinə müraciət olunmuşdur. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi (vəkili) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai – X** tərəfindən *9.06.2025-ci il tarixdə verilmiş cavab məktubuna əlavə edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmrindən müəyyən olunur ki, Kənd X* İttifaqı Komitəsinin *7.05.2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışa əsasən, siyahıda adı göstərilən X4 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.*0 ha torpaq sahəsi ayrılması əmr edilmişdir. Həmin cavab məktubuna əlavə edilən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7.05.2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışdan müəyyən olunur ki, aşağıdakı siyahıda qeyd olunan X4 işçilərinə və vətəndaşlara 0.*0 ha hesabı ilə hər adama ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır:..Sadıqov Ramin R.o. 0,05... Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai – X** tərəfindən Ərizəçi ünvanlanmış *9.02.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmrinə əsasən, 2-0627A kodu ilə Sadıqov Ramin R. oğlunun (ata adı göstərilməyib) adına fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmiş, müvafiq arxiv arayışının verilməsi üçün arxiv sənədlərində göstərilən adın qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənədin alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, *786*88394 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə ərizəçinin xahişinin məhz hüquqi əhəmiyyətli faktın – sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı olmasına dair ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmrinə ilə Kənd X* İttifaqı Komitəsinin *7.05.2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışa əsasən, siyahıda adı göstərilən X4 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.*0 ha torpaq sahəsi ayrılması əmr edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7.05.2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışına əsasən, siyahıda qeyd olunan X4 işçilərinə və vətəndaşlara 0.*0 ha hesabı ilə hər adama ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır: “Sadıqov Ramin R.o.”. Daha sonra ərizəçi həmin əmrə əsasən ona ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizə ilə müraciət etmiş, lakin müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ardınca ərizəçi ondan tələb olunan arxiv sənədlərinin əldə olunması məqsədilə hazırkı iş üzrə maraqlı şəxs – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – X8 müvafiq ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai – X** tərəfindən Ərizəçi ünvanlanmış *9.02.2024-cü il tarixli cavab məktubu ilə müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmrinə əsasən, 2-0627A kodu ilə Sadıqov Ramin R. oğlunun (ata adı göstərilməyib) adına fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmiş, müvafiq arxiv arayışının verilməsi üçün arxiv sənədlərində göstərilən adın qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənədin alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırda ərizəçi həmin sənədin, yəni ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmri üzrə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7.05.2003-cü il tarixli, 02 saylı protokolunda 0627 sıra nömrəsi ilə qeyd edilmiş sənədin ona məxsus olmasını məhkəmədən xahiş etmiş, xahişini həmin sənədin hüquqmüəyyənedici sənəd olması, müvafiq sənədin ona məxsus olmasının müəyyən edilməsi əsasında əmlak hüquqlarının dövlət qeydiyyatının mümkünlüyü, eləcə də lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmaması ilə əsaslandırmışdır. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı və atasının adı Ərizəçidur. Lakin, mənsubluğun müəyyən edilməsi xahiş edilən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmri üzrə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7.05.2003-cü il tarixli, 02 saylı protokolunda 0627 sıra nömrəsi ilə qeyd edilmiş səhifədə müvafiq olaraq “Sadıqov Ramin R.o.” qeyd edilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki soyadı və atasının adı ilə mənsubluğun müəyyən edilməsi xahiş edilən sənəddəki soyad və ata adı ilə üstüstə düşməməsi, həmin sənədin hüquqmüəyyənedici sənəd olması (bu sənəd əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü) və hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının bildirilməsi aşkar görünür. Göründüyü kimi qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin vəhdəti təmin edilmiş və faktın müəyyən edilməsinə maneə olan əsaslar aradan qalxmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin (sənədin şəxsə məxsus olması) məhkəmədən kənar qaydası nəzərdə tutulmamışdır və hüquq haqqında mübahisə mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Məhkəmə tərəfindən ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmri üzrə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7.05.2003-cü il tarixli, 02 saylı protokolunda 0627 sıra nömrəsi ilə qeyd edilmiş sənədin Ərizəçi məxsus olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 (keçmiş Buzovna Tərəvəzçilik – Südçülük Sovxozu) 2*.05.2003-cü il tarixli, 28 nömrəli əmri üzrə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X* Təşkilatı Komitəsinin *7.05.2003-cü il tarixli, 02 saylı protokolunda 0627 sıra nömrəsi ilə qeyd edilmiş sənədin Ərizəçi məxsus olması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva