Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2942/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ECK551997 saylı müqavilə üzrə 682 manat əsas borc, 204 manat faiz borcu, ECK552585 saylı müqavilə üzrə 640 manat əsas borc, 191 manat faiz borcu və 38 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1755 manat tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton’* mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 27 iyun 2018-ci 11 və 18 sentyabr 2018-ci il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 27 iyun 2018-ci il tarixli ECK551997 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1905 manat olan 1 ədəd “Grandig” markalı kondisioner almış, ilkin ödəniş etməmiş, nəticədə 1905 manat borc yaranmış və 18 sentyabr 2018-ci il tarixli ECK552585 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2173 manat olan 1 ədəd “Samsung Galaxy S8” markalı telefon almış, ilkin ödəniş olaraq 253 manat ödəniş etmiş, nəticədə 1920 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 27 iyun 2018-ci il tarixli ECK551997 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 80 manat ödəniş edilmiş və 18 sentyabr 2018-ci il tarixli ECK552585 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 20 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ECK551997 saylı müqavilə üzrə ümumi 1905 manat olan 1 ədəd “Grundig” markalı kondisioner üçün ümumilikdə 682 manat ödənilməmiş hissə, 204 manat faiz borcu yaranmış və alqı-satqı qiyməti ECK552585 saylı müqavilə üzrə ümumi 2173 manat olan 1 ədəd “Samsung Galaxy S8” markalı telefon üçün ümumilikdə 640 manat ödənilməmiş hissə, 191 manat faiz borcu yaranmışdır. Tərəflərin izahatları: İddiaçı elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında Cavabdeh bildirmişdir ki, o, müqaviləyə imza atsa da, faktiki olaraq həmin mallardan birini özü üçün götürməmişdir. Belə ki, telefonu özü üçün, kondisoneri isə başqa şəxs üçün götürmüşdür. Buna görə də kondisoner üçün nə qədər ödəniş edilib-edilmədiyini dəqiq olaraq bilmir. O, 2019-2020-ci illərdə ona zəng gələn zaman borcun ödənilmədiyini bilmişdir. Bundan sonra borclunu axtardıqda onun avtoqəza nəticəsində öldüyünü bilmişdir. Hazırki məsuliyyətin onun üzərinə düşdüyünü dərk edir, lakin birdəfəlik ödəniş etmək iqtidarında deyil. Həmin borcu 1 il ərzində hissə-hissə ödəniş edərək bağlaya bilər. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ECK551997 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı ümumi dəyəri 1905 manat olan 1 ədəd “Grandig” markalı kondisioner almışdır. xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, Cavabdeh tərəfindən 1 ədəd “Grandig” markalı kondisioner təhvil alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ECK552585 saylı müqavilənin şərtlərinə əsasən Cavabdeh İddiaçı ümumi dəyəri 2173 manat olan 1 ədəd “Samsung Galaxy S8” markalı telefon almışdır. xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, Cavabdeh tərəfindən “Samsung Galaxy S8” markalı telefon təhvil alınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli ECK551997 saylı müqavilə üzrə 682 manat əsas, 204 manat faiz olmaqla, cəmi 886 manat, xx.xx.2018-ci il tarixli ECK552585 saylı müqavilə üzrə 640 manat əsas, 191 manat faiz olmaqla, cəmi 831 manat, ümumilikdə 1717 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə tezliklə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2018-ci il tarixli ECK551997 saylı müqavilə üzrə 682 manat əsas, 204 manat faiz olmaqla, cəmi 886 manat, xx.xx.2018-ci il tarixli ECK552585 saylı müqavilə üzrə 640 manat əsas, 191 manat faiz olmaqla, cəmi 831 manat, ümumilikdə 1717 manat borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli ECK551997 saylı müqavilə üzrə 682 manat əsas, 204 manat faiz olmaqla, cəmi 886 manat, xx.xx.2018-ci il tarixli ECK552585 saylı müqavilə üzrə 640 manat əsas, 191 manat faiz olmaqla, cəmi 831 manat, ümumilikdə 1717 manat məbləğində pul tutularaq, İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli ECK551997 saylı müqavilə üzrə 682 manat əsas, 204 manat faiz olmaqla, cəmi 886 manat, xx.xx.2018-ci il tarixli ECK552585 saylı müqavilə üzrə 640 manat əsas, 191 manat faiz olmaqla, cəmi 831 manat, ümumilikdə 1717 (bir min yeddi yüz on yeddi) manat pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 (otuz səkkiz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-2942/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2942/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver