Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-301/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə verilmiş qaza dair X7 hesablanmış 6970,97 manat borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək, həmin borcun onun **********00000 saylı abonent kod hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evini iddiaçı 24 may 2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən almış və həmin evin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olması barədə dövlət reyestrindən Çıxarışı da almışdır. İddiaçı həmin evi X5 alsa da, həmin evə dair X10 ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə imzalanmış və **********00000 saylı abonent kodu açılmışdır. İddiaçı həmin evi X1 alaraq, həmin evə dair abonent kodunun onun adına keçirilməsi üçün Cavabdehnə müraciət etmişdir. Onun müraciətindən sonra evə baxış keçirilmiş, X6 qaza görə 6366,72 manat məbləğində borcunun olması bildirilərək, həmin borcun ödənildiyi təqdirdə abonent kodunun onun adına keçəcəyi şifahi qaydada ona bildirilmişdir. O, bunun əsasını cavabdehdən tələb etdikdə isə cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktları ona təqdim etmişdir. Bundan sonra o, Cavabdehnə müraciət edərək, **********00000 saylı abonent kodu altında mavi qazla təchiz edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə dair evin əvvəlki sakini X10 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilməsini, həmin evə dair Cavabdeh ilə onun arasında yeni müqavilə bağlanmasını, həmin evə dair **********00000 saylı abonent kodunun ləğv edilərək ona yeni abonent kodu verilməsini xahiş etmişdir. Cavabdeh 07 avqust 2023-cü il tarixli məktubla onun müraciətindən imtina etsə də, sonradan 08 sentyabr 2023-cü il tarixində onunla Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” D-100689 saylı müqavilə imzalanmış və həmin fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu onun adına keçirilmişdir. Bununla əlaqədar onlar arasında 08 sentyabr 2023-cü il tarixli “Qaz paylayıcısı və istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti barədə” AKT tərtib edilmişdir. Bildirmək istəyir ki, həmin evə dair Cavabdeh tərəfindən verilmiş **********00000 saylı abonent kodu üzrə X6 ödənilməmiş 6970,97 manat borcu qalsa da, Cavabdeh əməkdaşları həmin borcu ondan tələb etdiyinə və borcun onun Smart kart üzrə ödədiyi pul vəsaitindən tutulacağı ona bildirildiyinə görə, o, cavabdehə ərizə yazaraq X7 hesablanmış 6970,97 manat borcun onun **********00000 saylıa bonent kod hesabından silinməsini xahiş etmişdir. Cavabdeh 21 sentyabr 2023-cü il tarixli məktubla ona cavab verərək, Suraxanı rayon məhkəməsinin 16(010)-199/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhər, Suraxanı rayonu, Ziğ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R fərdi yaşayış evinə **********00000 saylı abonent kodu üzrə verilən qazın dayandırılmasının (smart kartın bloklanmasının, qaz xəttinin kəsilməsinin və ya sayğacın qaz xəttindən ayrılmasının) və borcun smartkartla vurulmuş məbləğdən çıxılması Cavabdehnə qadağan edilməsi, həmin qərardadın tələbinin icrası ilə bağlı ounla Cavabdeh İB arasında müvəqqəti müqavilə bağlanmasını bildirmiş, istehlakçı hesabında olan 6970,97 manat debitor borcun tam ödənilməsi ondan tələb edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, həmin evi 24 may 2023-cü ildə almış və evə qaz sayğacı 21 avqust 2023-cü il tarixdə quraşdırılmış, onunla müqavilə isə 08 sentyabr 2023-cü il tarixdə bağlanmışdır. O, evi alan zaman ona əvvəlki sakinin mavi qaza görə borcunun qalması bildirilməmişdir. Hər bir halda Cavabdeh qeyd edilən borca görə pulun ödənilməsini yalnız X3 tələb etmək hüququ olduğuna görə həmin borcun ondan tələb edilməsi qanunsuzdur. Cavabdehin etirazı. xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 məhkəməyə etiraz ərizəsi göndərərək, İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iddiasını qəbul etməməsini və iddia tələbinin əsassız olduğunu bildirmişdir. İddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddia ərizəsində qeyd olunan ünvan üzrə Cavabdeh İB-də istehlakçı kimi X10 qeydiyyata alınmış və həmin ünvana **********00000 saylı istehlakçı kodu verilmişdir. Göründüyü kimi qeyd olunan ünvanda istehlakçı X8r, hazırki iddiaçı həmin evi alqı-satqı müqaviləsinə əsasən əldə etsə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada Birliyə müraciət edərək, istehlakçı hesabını öz adına keçirməmişdir. İddiaçının hazırda məhkəməyə təqdim etdiyi 3 aylıq müqavilə isə məhkəmənin müvəqqəti təminat tədbirinə dair qərardadının icrası ilə əlaqədar imzalanmışdır və xx.xx.2023-cü il tarixində qüvvədən düşür. Azərbaycan Respublikası NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Lakin, göstərilən hallarla bağlı iddiaçı hər hansı bir tədbir görməmişdir. Yalnız məhkəmənin qərardadının icrası ilə əlaqədar hazırki iddiaçı ilə qısamüddətli müqavilə imzalanmışdır. Bundan əlavə qeyd olunan ünvanda istifadədə olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə təbii qazdan istifadə faktları aşkar olunmuşdur. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamələr tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi X11 iddiaçının iddia qaldırmağa subyektiv hüququn omadığını, müqavilənin Nəzərov Telman ilə bağlandığını bildirmişdir. Həmin şəxs də Azəriqaza böyük ziyan vurmuşdur. Məhkəmə qərarının icrasına görə Cavabdeh İB iddiaçı ilə məcburi müvəqqəti müqavilə bağlamışdır. İş materialları. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2023-cü il müraciətə baxılması məktubundan görünür ki, İddiaçı Zakir oğlu borcu barəsində Cavabdeh İstehslat Birliyinə müraciət etmiş, müraciətə baxılması nəticəsində müəyyən edilmişdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 96R yerləşən fərdi yaşayış evinə **********00000 saylı abonent kodu üzrə verilən qazın dayandırılması (smart kartın bloklanmasının, qaz xəttinin kəsilməsinin və ya sayğacın qaz xəttindən ayrılmasını) və borcun smartkartla vurulmuş məbləğdən çıxılması Cavabdehnə qadağan edilmişdir. Qərardadın tələblərinin icrası ilə bağlı Cavabdeh ilə onun arasında xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 45 günlük D-100689 nömrəli müvəqqəti müqavilə bağlanmışdır. İstehlakçı hesabında olan 6970,97 manat debitor borc tərəflərindən tam ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, D -100689 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı İddiaçı arasında fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin müddəti 3 ay kimi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Qaz paylacısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan görünür ki, Cavabdeh Bakı Regional qazın Satışı Departamenti ilə istehlakçı İddiaçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılmışdır. **********00000 kodlu 22 iyun 2023-cü il tarixli abonentin saldosundan görünür ki, X7 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilə görə 4241.28 manat, 2023-cü ilə isə 2125,44 qalıq hesablanmışdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Nəzərov Raminə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Göyüşov 98 ünvanında yerləşən sayğacda kənar qeyri-qanuni qaz xətti olduğu üçün 8856m3 həcmində qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Nəzərov Raminə məxsus Suraxanı, Zığ, Göyüşov 98 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edilir. Dəymiş ziyan 8856 m3 kimi hesablanmışdır. 24 may 2023-cü il tarixli, AN-İ ******* nömrəli notarial qaydasında təsdiq edilmiş “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, satıcı X12 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 73,8 kv/m yaşayış sahəsini həmin ünvanında yerləşən 0.02 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. Müqavilənin 10-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X13 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışın sürətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73.80 kv.m olan fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********39-10301). Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi ...648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Maddə 649. Satılmış daşınmaz əşyanın uyğun olmaması Satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 1. Əsas anlayışlar istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; məişət abonenti – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs; Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir...
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən X7 hesablanmış borcun silinməsini tələb edir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvan üzrə Cavabdeh İB-də istehlakçı kimi X10 qeydiyyata alınmış və həmin ünvana istehlakçı kodu verilmişdir. İddiaçının ünvanı isə Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X13 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 6 ünvan iddiaçı ilə cavabdeh arasında bağlanmış D-100689 xx.xx.2023-cü il tarixli müqavilədə göstərilmişdir. Mənzil nömrələri üst-üstə düşmədiyindən və iddiaçı tərəfindən mənzillərin eyni olması barədə məhkəməyə sübut təqdim edilmədikdən, məhkəmə hesab edir ki, iddiaçının başqa istehlakçının borcun silinməsini tələb etmək subyektiv hüququ yoxdur. Həmçinin qeyd edilir ki, iddiaçı satıcı X12 ilə 24 may 2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsi bağlamış, ondan ünvan 4 ünvanında yerləşən torpaq sahəsini və evi almışdır. Yəni, iddiaçıya məxsus mənzilin əvvəlki mülkiyyətçisi X10 yox, X12 olmuşdur. X3 qaz sayğacı üzrə sahibliyi X2 barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, alğı-satqı müqaviləsinin 10-cu bəndində qeyd olunur ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Bundan başqa, yuxarıda göstərilmiş qanunvericiliyin tələbinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməlidir. Məhkəmə bir də vurğulayır ki, iş materiallarına əlavə olunmuş abonent saldosunda və çıxarışda qeyd olunan mənzillərin nömrələri üst-üstə düşmür, lakin iddiaçının mənzili həmin mənzil olduğu halda, qaz sayğacını daşınmaz əmlakın ləvazimatı hesab edərək, iddiaçı borcun silinməsini hazırki cavabdehdən deyil, əvvəlki mülkiyyətçidən tələb edə bilərdi. Çünki belə olan halda, məhz mənzilin əvvəlki mülkiyyətçisi (satıcı) müqavilə üzrə öz vəzifələrini icra etmədiyindən, yeni mülkiyyətçiyə (alıcıya) ziyan vurmuş hesab olunur. Belə ki, yuxarıda şərh olunanlara əsasən, iddiaçının subyektiv hüququ müəyyən edilmir. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdeh tərəfindən yazılan borcun silinməsini tələb etmə hüququ yoxdur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Lakin, bu iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verildikdən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Belə olan halda, dövlət rüsumu tutulmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə verilmiş qaza dair X7 hesablanmış 6970,97 manat borcun İddiaçı tələb edilməsinin qanunsuz hesab edilərək, həmin borcun İddiaçı **********00000 saylı abonent kod hesabından silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva