Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3104/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 mart 2022-ci il tarixə 515.25 manat gecikdirilmiş əsas, 320.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 276.06 manat dəbbə pulu, 828 manat dəymiş zərər, ümumilikdə 1940.08 manat borc və ödənilmiş 39.81 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili Lizinq" müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, 99- PV-321 dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800574 ban, 147H0560625 mühərrik nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 mart 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 828 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022- ci il tarixdə 240 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 mart 2022-ci il tarixə 515.25 manat gecikdirilmiş əsas, 320.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 276.06 manat dəbbə pulu, ümumilikdə 1112.08 manat gecikmə borcu yaranmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X1 AZEMİS vasitəsi ilə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili Lizinq" müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, 99- PV-321 dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800574 ban, 147H0560625 mühərrik nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə gecikdirilmiş borcu 515,25 manat əsas, 320,77 manat mükafat borcu, 276,06 manat cərimə olmaqla cəmi 1112,08 manat məbləğində təşkil edir. Qüsur aktından müəyyən olunur ki, “Khazar LX” minik markalı, 99- PV-321 dövlət qeydiyyat nişanlı avtomaşına 815 manat xidmət haqqı, 13 manat ehtiyat hissələrinin dəyəri olmaqla ümumilikdə 828.00 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilə hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmənin mövqeyi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili Lizinq" müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, 99- PV-321 dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800574 ban, 147H0560625 mühərrik nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi irəli sürərək cavabdehin cəmiyyətə olan 515.25 manat gecikdirilmiş əsas, 320.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 276.06 manat dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə iş materiallarında olan qüsur aktına əsasən müəyyən edir ki, “Khazar LX” minik markalı, 99- PV-321 dövlət qeydiyyat nişanlı avtomaşına 815 manat xidmət haqqı, 13 manat ehtiyat hissələrinin dəyəri olmaqla ümumilikdə 828.00 manat məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli MAS-3158 saylı daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə görə təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı hazırki iddia tələbi üzrə 276,06 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 50 (əlli) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borca görə 515,25 manat, mükafat borcuna görə 320,77 manat və cərimə borcuna görə 50 manat, lizinq obyektinə dəymiş zərərə görə 828 manat, ümumilikdə 1714,02 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 39,81 manat məbləğdə vəsait də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 mart 2021-ci il tarixli MAS-3394 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borca görə 515,25 (beş yüz on beş manat iyirmi beş qəpik) manat, mükafat borcuna görə 320,77 (üç yüz iyirmi manat yetmiş yeddi qəpik) manat və cərimə borcuna görə 50 (əlli) manat, lizinq obyektinə dəymiş zərərə görə 828 (səkkiz yüz iyirmi səkkiz) manat, ödənilmiş dövlət rüsumuna görə 39,81 (otuz doqquz manat səksən bir qəpik) manat olmaqla ümumilikdə 1753,83 (bir min yeddi yüz əlli üç manat səksən üç qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-3104/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3104/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver