Məhkəmə qərarları › İş №e-2(010)-3152/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3152/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3152/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********72384 Samsung Galaxy S10 markalı telefon üçün 1928 (min doquz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********37000 iPhone 8 plus markalı telefon üçün 1552 (min beş yüz əlli iki) manat ödənilməmiş hissə, 344 (üç yüz qırx dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED Tv üçün 783 (yeddi yüz səksən üç) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********21203 Samsung Galaxy A30s markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********80465 Samsung Galaxy A20s markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********83771 Samsung Galaxy A6 Plus markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Acer Kompüter, Logitech Mouse üçün 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 46 (qırx altı) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********73531 Samsung J2 2018 markalı telefon üçün 119 (yüz on doqquz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu ümumilikdə 7210 manat borc, 92.10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il və xx.xx.2019- cu il tarixlərindəki müqavilələrinə əsasən, İmei Kodu **********72384 Samsung Galaxy S10 markalı telefon, İmei Kodu **********37000 iPhone 8 plus markalı telefon, HOFFMANN LED Tv, İmei Kodu **********21203 Samsung Galaxy A30s markalı telefon, İmei Kodu **********80465 Samsung Galaxy A20s markalı telefon, İmei Kodu **********83771 Samsung Galaxy A6 Plus markalı telefon, Acer Kompüter, Logitech Mouse, İmei Kodu **********73531 Samsung J2 2018 markalı telefon almışdır. Cavabdehin 13.12,2019-cu il. xx.xx.2021-ci il. xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 7210 (yeddi min iki yüz on) manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1990.4 (min doqquz yüz doxsan, qırx qəp) manat (31 ay x 62.2 manat ^ 62.2 manat ilkin ödəniş) olan İmei Kodu **********72384 Samsung Galaxy S10 markalı telefon üçün 2188 (iki min yüz səksən səkkiz) manat olmaqla ondan. 1928 (min doquz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1644 (min altı yüz qırx dörd) manat (19 ay x 82.2 manat + 82.2 manat ilkin ödəniş) olan İmei Kodu **********37000 iPhone 8 plus markalı telefon üçün 1896 (min səkkiz yüz doxsan altı) manat olmaqla ondan, 1552 (min beş yüz əlli iki) manat ödənilməmiş hissə, 344 (üç yüz qırx dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810 (səkkizyiiz on) manat (29 ayx 21 manat + 27 manat ilkin ödəniş) olan HOFFMANN LED Tv üçün 896 (səkkiz yüz doxsan altı) manat olmaqla ondan 783 (yeddi yüz səksən üç) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 (altıyüz iyirmi dörd) manat (25 ayx 24 manat + 24 manat ilkin ödəniş) olan İmei Kodu **********21203 Samsung Galaxy A30s markalı telefon üçün 701 (yeddi yüz bir) manat olmaqla ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat dəbbə pulu, xx.xx.2020- ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556.6 (beş yüz əlli altı, altmış qəp) manat (21 ay x 25.3 manat + 25.3 manat ilkin ödəniş) olan İmei Kodu **********80465 Samsung Galaxy A20s markalı telefon üçün 363 (altı yüz otuz altı) manat olmaqla ondan 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu, xx.xx.2019- cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 457.2 (dörd yiiz əlli yeddi, iyirmi qəp) manat (17 ay x 25.4 manat + 25.4 manat ilkin ödəniş) olan İmei Kodu **********83771 Samsung Galaxy A6 Plus markalı telefon üçün 537 (beş yüz otuz yeddi) manat olmaqla ondan 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 105 (yüz beş) dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 175 (yüz yetmiş beş) manat (9 ay x 17.5 manat + 17.5 manat ilkin ödəniş) olan Acer Kompüter, Logitech Mouse üçün 204 (iki yüz dörd) manat olmaqla ondan 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 46 (qırx altı) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 129.6 (yüz iyirmi doqquz, altmış qəp) manat (11 ay x 10.8 manat + 10.8 manat ilkin ödəniş) olan İmei Kodu **********73531 Samsung J2 2018 markalı telefon üçün 152 (yüz əlli iki) manat olmaqla ondan 119 (yüz on doqquz) manat ödənilməmiş hissə, 33 (otuz üç) dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 283.8 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1990.24 manat olan olan İmei Kodu **********72384 Samsung Galaxy S10 telefon, hər ay 62.2 manat ödəmək şərti ilə 31 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 1644 manat olan olan İmei Kodu **********37000 iPhone 8 plus markalı telefon, hər ay 82.2 manat ödəmək şərti ilə 19 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 810 manat olan olan HOFFMANN LED Tv, hər ay 27 manat ödəmək şərti ilə 29 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 624 manat olan İmei Kodu **********21203 Samsung Galaxy A30s markalı telefon, hər ay 24 manat ödəmək şərti ilə 25 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 556.6 manat olan olan İmei Kodu **********80465 Samsung Galaxy A20s markalı telefon, hər ay 25.3 manat ödəmək şərti ilə 21 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 457.2 manat olan olan İmei Kodu **********83771 Samsung Galaxy A6 Plus markalı telefon, hər ay 25.4 manat ödəmək şərti ilə 17 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 175 manat olan olan , Acer Kompüter, Logitech Mouse, hər ay 17.5 manat ödəmək şərti ilə 9 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 129.6 manat olan olan İmei Kodu **********73531 Samsung J2 2018 markalı telefon, hər ay 10.8 manat ödəmək şərti ilə 11 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 09 iyun 202q-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********72384 Samsung Galaxy S10 markalı telefon üçün 1928 (min doquz yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 260 (iki yüz altmış) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********37000 iPhone 8 plus markalı telefon üçün 1552 (min beş yüz əlli iki) manat ödənilməmiş hissə, 344 (üç yüz qırx dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED Tv üçün 783 (yeddi yüz səksən üç) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********21203 Samsung Galaxy A30s markalı telefon üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat dəbbə pulu, xx.xx.2020ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********80465 Samsung Galaxy A20s markalı telefon üçün 531 (beş yüz otuz bir) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. İmei Kodu **********83771 Samsung Galaxy A6 Plus markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Acer Kompüter, Logitech Mouse üçün 158 (yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 46 (qırx altı) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********73531 Samsung J2 2018 markalı telefon üçün 119 (yüz on doqquz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu – cəmi 7210 manat məbləğində borcu vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə 1928 (min doquz yüz iyirmi səkkiz) manat, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1552 (min beş yüz əlli iki) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 783 (yeddi yüz səksən üç) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 600 (altı yüz) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 531 (beş yüz otuz bir) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 432 (dörd yüz otuz iki) manat, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə 158 (yüz əlli səkkiz) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 119 (yüz on doqquz) manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən əsasən 20 manat, 1xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat məbləğində pul, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 92.10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə müqavilə üzrə 1928 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1552 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 783 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 600 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 531 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 432 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 158 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 119 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, və 92.10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 6355,10 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar