Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3229/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Akustik çarpayı, Akustik dolab, Akustik termo, Akustik tumba, Lotus Matras üçün 3089 (üç min səksən doqquz) manat ödənilməmiş hissə, 923.4 (doqquz yüz iyirmi üç manat, qırx qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mira masa, Mira stul üçün 712.6 (yeddi yüz on iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 209.1 (iki yüz doqquz manat, on qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Paltaryuyan, GORENJE Ütüçün 495 (dördyüz doxsan beş) manat ödənilməmiş hissə, 49.5 (qırx doqquz manat, əlli qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Tozsoran üçün 448.9 (dörd yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 133.2 (yüz otuz üç manat, iyirmi qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TVüçün 402 (dörd yüz iki) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01385 X4 7 markalı telefon, 2 ədəd Xiaomi Mi qulaqlıq, Redmi 7 üçün case üçün 273.8 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********54197 Samsung galaxy A10 markalı telefon üçün 144.3 (yüz qırx dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 46.2 (qırx altı manat, iyirmi qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********55544 Samsung J2 markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu olmaqla ümumilikdə 7293 manat borc, 92.93 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilö5.12.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Akustik çarpayı, Akustik dolab, Akustik termo, Akustik tumba, Lotus Matras, Mira masa, Mira stul, HOFFMANN Paltaryuyan, GORENJE Ütü, Philips Tozsoran, HOFFMANN LED TV, İMEİ koc **********01385 X4 7 markalı telefon, 2 ədəd Xiaomi Mi qulaqlıq, Redmi 7 üçün case, İMEİ kodu **********54197 Samsung galaxy A10, İMEİ kodu **********55544 Samsung J2 markalı telefonlar almış və nəticədə 7293 (yeddi min iki yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı- satqı qiyməti 4201 (dörd min iki yüz bir) manat (24 ay x 171 manat + 97 manat ilkin ödəniş) Akustik çarpayı, Akustik dolab, Akustik termo, Akustik tumba, Lotus Matras üçün ümumilikdə, 4012.4 (dörd min on iki manat, qırx qəpik) manat olmaqla ondan, 3089 (üç min səksən doqquz) manat ödənilməmiş hissə, 923.4 (doqquz yüz iyirmi üç manat, qırx qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 984 (doqquz yüz səksən dörd) manat (24 ay x 41 manat + 0 manat ilkin ödəniş) Mira masa, Mira stul üçün ümumilikdə 921.7 (doqquz yüz iyirmi bir manat, yetmiş qəpik) manat olmaqla ondan, 712.6 (yeddi yüz on iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 209.1 (iki yüz doqquz manat, on qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Paltaryuyan, GORENJE Ütüçün ümumilikdə 544.5 (beş yüz qırx dörd manat, əlli qəpik) manat olmaqla ondan, 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 49.5 (qırx doqquz manat, əlli qəpik) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (18 ay x 37 manat + 6 manat ilkin ödəniş) Philips Tozsoran üçün ümumilikdə 582.1 (beş yüz səksən iki manat, on qəpik) manat olmaqla ondan, 448.9 (dörd yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 133.2 (yüz otuz üç manat, iyirmi qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə 522 (beş yüz iyirmi iki) manat olmaqla ondan, 402 (dördyüz iki) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 800 (səkkiz yüz) manat (16 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01385 X4 7 markalı telefon, 2 ədəd Xiaomi Mi qulaqlıq, Redmi 7 üçün case üçün ümumilikdə 363.8 (üç yüz altmış üç manat, səksən qəpik) manat olmaqla ondan, 273.8 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********54197 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 190.5 (yüz doxsan manat, əlli qəpik) manat olmaqla ondan, 144.3 (yüz qırx dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 46.2 (qırx altı manat, iyirmi qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 400 (dörd yüz) manat (20 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********55544 Samsung J2 markalı telefonüçün ümumilikdə 156 (yüz əlli altı) manat olmaqla ondan, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 3327.4 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 4201 manat olan olan Akustik çarpayı, Akustik dolab, Akustik termo, Akustik tumba, Lotus Matras, hər ay 171 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 984 manat olan olan Mira masa, Mira stul, hər ay 41 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 660 manat olan olan HOFFMANN Paltaryuyan, GORENJE Ütü, hər ay 55 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 672 manat olan Philips Tozsoran, hər ay 37 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 900 manat olan olan HOFFMANN LED TV, hər ay 50 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 800 manat olan olan İMEİ kodu **********01385 X4 7 markalı telefon, 2 ədəd Xiaomi Mi qulaqlıq, Redmi 7 case, hər ay 50 manat ödəmək şərti ilə 16 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 396 manat olan olan İMEİ kodu **********54197 Samsung galaxy A10 markalı telefon, hər ay 22 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh dəyəri 400 manat olan olan İMEİ kodu **********55544 Samsung J2 markalı telefon, hər ay 20 manat ödəmək şərti ilə 20 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Akustik çarpayı, Akustik dolab, Akustik termo, Akustik tumba, Lotus Matras üçün 3089 (üç min səksən doqquz) manat ödənilməmiş hissə, 923.4 (doqquz yüz iyirmi üç manat, qırx qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mira masa, Mira stul üçün 712.6 (yeddi yüz on iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 209.1 (iki yüz doqquz manat, on qəpik) manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Paltaryuyan, GORENJE Ütü çün 495 (dördyüz doxsan beş) manat ödənilməmiş hissə, 49.5 (qırx doqquz manat, əlli qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Tozsoran üçün 448.9 (dörd yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 133.2 (yüz otuz üç manat, iyirmi qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV üçün 402 (dörd yüz iki) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01385 X4 7 markalı telefon, 2 ədəd Xiaomi Mi qulaqlıq, Redmi 7 case üçün 273.8 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********54197 Samsung galaxy A10 markalı telefon üçün 144.3 (yüz qırx dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 46.2 (qırx altı manat, iyirmi qəpik) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********55544 Samsung J2 markalı telefon üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu – cəmi 7293 manat məbləğində borcu vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 3089 (üç min səksən doqquz) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 712.6 (yeddi yüz on iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 495 (dördyüz doxsan beş) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 448.9 (dörd yüz qırx səkkiz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 402 (dörd yüz iki) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 273.8 (iki yüz yetmiş üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 144.3 (yüz qırx dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat,xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 20 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 92.93 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3089 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 712.6 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 495 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 448.9 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 402 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 273.8 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 144.3 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 120 manat məbləğində borc və 20 manat məbləğində dəbbə pulu, və 92.93 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 5938.53 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-3229/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3229/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver