Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-326/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3623 (üç min altı yüz iyirmi üç) manat əsas borcun 1080 (min səksən) manat dəbbə pulunun, mediasiyaya dair ödənilmiş 100 manat mediasiya xərcinin, cəmi 4803 (dörd min səkkiz yüz üç) manatın və 104 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Cavabdeh tərəfindən müəyyən qədər ödəniş edildikdən sonra hazırki əsas borcun 2831 manat olduğunu nəzərə alaraq tərəflər qeyd olunan mübahisəni qarşılıqlı razılaşma əsasında barışıq sazişi bağlamaqla həll etmək barədə razılığa gəlmişlər. Həmin barışıq sazişinin şərtləri: “1. Cavabdeh 2831 manat əsas borc, 100 manat mediasiya xərcinin və 104 manat dövlət rüsumu olmaqla ümumilikdə 3035 (üç min otuz beş) manatı xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 15-nə qədər hər ay 380 (üç yüz səksən) manat ödənişin sonuncu ayı xx.xx.2023-cü il tarixində 375 (üç yüz yetmiş beş) manat olmaqla ödəməyi öhdəsinə götürür. 2. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və ya qeyd olunan formada yerinə yetirmədiyi halda əlavə olaraq 1080 (min səksən) manat dəbbə məbləğini iddiaçıya ödəyəcəkdir. 3. İddiaçı aralarında olan mübahisəni bu barışıq sazişi şərtləri əsasında həll etdikləri üçün iddia tələbindən imtina edir. Məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.” Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı MMC-ti ilə onun arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlandığından mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, cavabdeh tərəfindən müəyyən qədər ödəniş edildikdən sonra hazırkı əsas borcun 2831 (iki min səkkiz yüz otuz bir) manat olduğunu nəzərə alaraq tərəflər qeyd olunan mübahisəni qarşılıqlı razılaşma əsasında bu barışıq sazişi şərtləri əsasında həll etmək barədə razılığa gəldilər:
1. Cavabdeh 2831 manat əsas borc, 100 manat mediasiya xərci və 104 manat dövlət rüsumu olmaqla ümumilikdə 3035 (üç min otuz beş) manatı xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 15-nə qədər hər ay 380 (üç yüz səksən) manat, ödənişin sonuncu ayı xx.xx.2023-cü il tarixində 375 (üç yüz yetmiş beş) manat olmaqla ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və ya qeyd olunan formada yerinə yetirmədiyi halda əlavə olaraq 1080 (min səksən) manat dəbbə məbləğini iddiaçıya ödəyəcəkdir.
3. İddiaçı aralarında olan mübahisəni bu barışıq sazişi şərtləri əsasında həll etdikləri üçün iddia tələbindən imtina edir.
Məhkəmə iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarınıın izahatlarını dinləyib hesab edir ki, iş üzrə tərəflər arasında ümumi razılaşma əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq Sazişi qeyd olunmuş şərtlərlə məhkəmə tərəfindən təsdiq olunaraq işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmçinin iş üzrə tərəflərə izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflərin xx.xx.2023-cü il tarixdə bağladıqları Barışıq Sazişi aşağıda göstərilən şərtlərlə məhkəmə tərəfindən təsdiq olunsun və mülki işin icraatına xitam verilsin:
1. Cavabdeh 2831 manat əsas borc, 100 manat mediasiya xərci və 104 manat dövlət rüsumu olmaqla ümumilikdə 3035 (üç min otuz beş) manatı xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 15-nə qədər hər ay 380 (üç yüz səksən) manat, ödənişin sonuncu ayı xx.xx.2023-cü il tarixində 375 (üç yüz yetmiş beş) manat olmaqla ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və ya qeyd olunan formada yerinə yetirmədiyi halda əlavə olaraq 1080 (min səksən) manat dəbbə məbləğini iddiaçıya ödəyəcəkdir.
3. İddiaçı aralarında olan mübahisəni bu barışıq sazişi şərtləri əsasında həll etdikləri üçün iddia tələbindən imtina edir. İş üzrə tərəflərə izah edilsin ki, hazırki mülki işin icraatına xitam verildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər.
Sərdlik edən Rübabə Qafarova