Məhkəmə qərarları › İş №e-2(010)-328/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-328/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-328/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 2380 manat məbləğində vurulmuş zərər və 43,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 2423,80 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi. İddia tələbinin dəlilləri “VAZ 21074” markalı, **-LZ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 13-də Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21074” markalı, **-LZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “NİSSAN SUNNY” markalı, **-PE-*** dövlət nömrə nişanlı və “HYUNDAİ ELANTRA” markalı, **-XY-*** avtomobillərlə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən xx.xx.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 333cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbirlərin görülməsi üçün qərarın surəti Nərimanov DYPŞ-yə göndərilmişdir. Nərimanov DYPŞ-in xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 286 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “NİSSAN SUNNY” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilə 1800 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 287 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ELANTRA” markalı, **-XY- *** dövlət nömrə nişanlı avtomobilə 580 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 580 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1800 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə AZEMİS vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, o, vurulmuş zərəri ödəməkdən imtina etmir. Lakin özü heç bir yerdə işləmir, maddi imkanı ağırdır, özü xəstə valideyninə qulluq etdiyi üçün 100 manat məbləğində pensiya alır. İddiaçıya vurduğu ziyana görə tələb olunan məbləği birdəfəyə ödəyə bilmir, yalnız hissəhissə ödəməyə imkanı var. İddiaçı tərəfə bu barədə dedikdə razılaşmadı. Həmin məbləği birdəfəyə ödəyə bilməyəcəkdir. İş materiallarına əlavə edilmiş: TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sığorta aktından müəyyən olunur ki, Cavabdeh “VAZ 21074” markalı, **-LZ-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 55000 manata sığortalanmışdır. Nərimanov rayon Pİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X4 22.012.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına örə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 286 saylı qiymətləndirmə aktından görünür ki, “NİSSAN SUNNY” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilə 1800 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 287 saylı qiymətləndirmə aktından görünür ki, “HYUNDAİ ELANTRA” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobilə 580 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 7 iş günü ərzində ödəməsini, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun 25.1.2. Bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4) Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “VAZ 21074” markalı, **-LZ-***dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisə törədərək “NİSSAN SUNNY” markalı, **-PE-*** və “HYUNDAİ ELANTRA” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomaşınlarına maddi zərər vurmuşdur. TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) törətdiyinə görə, barəsində 700 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin tərəfindən hadisə nəticəsində zərər dəymiş “HYUNDAİ ELANTRA” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X5 580 manat və “NİSSAN SUNNY” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X1 1800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 2380 (iki min üç yüz səksən) manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 2380 (iki min üç yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 43,80 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2380 (iki min üç yüz səksən) manat və dövlət rüsumuna görə 43,80 (qırx üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar